Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvanla Qarabağ ermənilərinin münasibətləri kəskinləşir, Vardanyan silinir...

Image


Qarabağda qalan ermənilər arasında gərgin vəziyyətin hökm sürməsi məlum həqiqətdir. Amma belə görünür ki, Qarabağ erməniləri ilə Ermənistan arasında da münasibətlər rəvan deyil. Xüsusən də Ruben Vardanyanın indiki Ermənistan hakimiyyətinə münasibəti, onu əvəzləmək niyyəti Nikol Paşinyan iqtidarına da sirr deyil.

Belə bir vaxtda Ermənistanda Ruben Vardanyana qarşı ittihamlar kəskin artır. O, Qarabağda vəziyyəti gərginləşdirməkdə, eləcə də Ermənistanda “suyu bulandırmağa” cəhddə ittiham olunur. Vardanyanın Araik Arutyunyana qarşı mövqeyi fonunda Ermənistanda ona qarşı daha sərt münasibət sərgilənməkdədir. Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan bu fonda qeyd edir: “Ruben Vardanyan yenə səhv edir, bəlkə də Qarabağı Tatarıstanla qarışdırır. Vardanyan “sirli şam yeməyi” aşkar edib, lakin onun dediyi şeydə it yiyəsini tanımır. Araik Arutyunyan getsin, sonra nə olsun? Qarabağdan siyasi böhranı Ermənistana ötürməyə cəhd edilir. İndi inadkar olmaq vaxtı deyil, böhrandan çıxmaq üçün bir-birinizə kömək etmək yaxşı olardı. Qarabağdakı “sirli şam yeməyi”nin məqsədi Ermənistanda hakimiyyətdir”. Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan isə bildirir ki, Qarabağdakı “daxili siyasi proseslər” çox narahatedicidir: “Ruben Vardanyan kimdir? Hər “paraşüt turoperatoru” Arutyunyanın “istefası”nı tələb edə bilməz. Arutyunyan keçilməz təzyiqlər altında danışa bilərdi. Rusiyanın Ermənistanı zərərli qərarlar verməyə məcbur etmək kimi siyasi məqsədi var. Ruben Vardanyan Rusiyanın zərərli gündəminə xidmət edir”. Beləliklə, Ermənistanda da hesab edilir ki, Ruben Vardanyan Rusiyadan idarə edilir. Elə bu fonda İrəvanın Rusiyaya qarşı siyasəti kəskinləşir. Hətta Ermənistanın “Qraparak” nəşri yazır ki, Ruben Vardanyanın Qarabağda qalmasına şərait yaradan Rusiyanın sülhməramlı qüvvələri belə Paşinyanı narahat edir: “Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir. Avqustun 24-də hökumətin iclasında o, Laçın dəhlizinin birtərəfli qaydada açılacağı, Qarabağa çıxışa icazə verilməsi barədə mötəbər mənbələrdən məlumat aldığını söyləyib. Paşinyan bildirib ki, Qarabağa girməyə icazə verilməyəcək. Qarabağdakı mənbələrimizin sözlərinə görə, bu iddialar çoxdan var və birbaşa Paşinyanın sülhməramlılardan xilas olmasına xidmət edir”. Nəşrin yazdığına görə, Qarabağdakı sülhməramlılar da bu plandan xəbərdardırlar. Qəzetdə, həmçinin vurğulanıb ki, Paşinyan artıq siyasətlə məşğul olsa da, hələ də jurnalistlik fəaliyyətindən əl çəkməyib və mötəbər mənbələrdən məlumat alır.

Paşinyana yaxınlığı olduğu iddia edilən “Sasna Tsrer” adı ilə tanınan erməni terror qruplaşmasının rəhbəri Jirayr Sefilyan bu fonda qeyd edir ki, Rusiya Ermənistandan həmişəlik yox olacaq. Sefilyan Ermənistanın birdəfəlik Rusiyanın təsirindən çıxacağı zamanın uzaqda olmadığını bildirib: “Söhbət Rusiyanın bölgədən çəkilməsindən gedirsə, o zaman aydındır ki, bu sistem buradan yoxa çıxacaq və bu fürsəti əldən vermək olmaz. Bu əbədi olmalıdır. Biz ermənilər daha heç bir başqa zülmkar sistemin ölkəmizi idarə etməsinə imkan verməməliyik. Tərəfdaşlarımızı əmin edirik ki, bu fürsət yaxın günlərdə bizə veriləcək”. Maraqlıdır ki, Paşinyan Rusiyadakı erməni diasporu ilə də əlaqələri kəsməyə üstünlük verir. Hesab edir ki, diaspor vasitəsilə Rusiya İrəvana təsir göstərməyə çalışır. Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan etiraf edir ki, Paşinyan onlarla əlaqədə deyil. Onun sözlərinə görə, 2018-ci ildə baş tutan inqilabdan əvvəl Rusiya Erməniləri İttifaqı Ermənistanda dövlətlə birlikdə onlarla tədbir keçirib: “Biz Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi ilə işləyirdik. Bu kifayət deyildi, amma az da olsa, nəticə əldə edirdik. Hər şeyin yaxşı olacağına ümid var idi. Bu gün nə Ermənistan-diaspor əlaqələri var, nə yanaşma, nə də siyasət”. O deyib ki, hazırda erməni diasporu bir-birini gözdən salmaqla məşğuldur: “Hamı ayrılıb. Rusiyada 400-ə yaxın milli təşkilat açılıb, lakin onlar çox tez bağlanırlar. Təşkilat açırlar, başa düşürlər ki, işləməlidirlər, amma təcrübələri yoxdur. Sonra görürlər heç nə alınmır, başlayırlar deməyə ki, Rusiya Ermənilər İttifaqı onlara mane olur. Hamı hamıya qarşı çıxır, hamı bir-birini gözdən salır. Rabitə pozulub. Paşinyanın bəyanatlarını götürsək, diasporumuz birdir. Amma onun dediklərinin əksini sübut edən 30 məqamı sadalaya bilərəm. “Bu gün nəinki Rusiyada, bütün başqa yerlərdə diaspor yoxdur, əlaqə kəsilib, Ermənistan qüdrətli qüvvədən məhrum edilib”. O, Ermənistan hakimiyyətinin diaspora qarşı siyasətindən narazı olduğunu bildirib. Abramyan Ermənistanın baş nazirinin diasporun birliyi ilə bağlı bəyanatlarının reallığa uyğun olmadığını qeyd edib. Bütün bunlar İrəvanın Qarabağ siyasətinə də təsir edir. Elə Qarabağdakı qondarma qurumun “nümayəndəsi” Artur Osipyan da hesab edir ki, baş verənlər onlar arasında ümidsizliyi artırır: “Qarabağda “hakimiyyət” uğrunda “siyasi müharibə” gedir. Bu, Qarabağda “hakimiyyət”i ələ keçirmək cəhdidir və Ermənistanda da hakimiyyəti ələ keçirmək üçün zəmin hazırlanır. Qarabağ sakinlərini manipulyasiya etməklə Ermənistanda hakimiyyət əldə etməyə çalışırlar, onları Qarabağ sakinləri maraqlandırmır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ