Paşinyanın keçmiş Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını Praqada Şarl Mişelin qarşısında bəyan edərək müvafiq bəyannaməni təsdiqləməsi hara, bu gün Xankəndidəki ermənilərə 4 milyard dram "dövlətlərarası kredit" ayırması hara?!...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Məgər Xankəndidəki xunta ayrıca dövlətdir ki, ona "dövlətlərarası kredit" xətti ilə dəstək verilir?!...
Belə ərazi bütövlüyü tanımaq olur?! ..
Belçikanın XİN başçısı Haca Labibin dünən İrəvanda "dilini 1 metr" çıxararaq Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını "böyük cəsarət " adlandırmasını onun üzünə çırpan olacaqmı?...
Tahir TAĞIYEV