Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya-Gürcüstan 2-ci Avqust müharibəsinin səsi gəldi…

Image


Rusiya və Gürcüstan arasında yeni ziddiyyətlər bütün Cənubi Qafqaz regionunda yenidən gərgin vəziyyət yarada bilər. Bu barədə danışmazdan öncə qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedyev Kremlin Gürcüstanın Cənubi Osetiya və Abxaziya rayonlarını ilhaq edə biləcəyini bildirib. O, bu barədə Kremlə bağlı “Arqumentı i faktı” qəzetindəki məqaləsində bildirib.

Məqaləsində sabiq prezident qeyd edir: “Rusiyaya birləşmək ideyası hələ də Abxaziya və Cənubi Osetiyada populyardır. Bunun üçün əsaslı səbəblər olduğu halda ideyanın həyata keçirilməsi tamamilə mümkündür”. Qeyd edək ki, son illər Moskva ilə Tiflis arasında münasibətlər yaxşılaşsa da, Medvedyev Qərb ölkələrini Gürcüstanın NATO-ya mümkün qəbulu məsələsini gündəmə gətirməklə regionda gərginlik yaratmaqda ittiham edib. O, Gürcüstan ərazilərinin mümkün ilhaqına toxunaraq vurğulayıb: “Biz qorxularımızın reallığa yaxınlaşmasını gözləməyəcəyik”. Medvedyev həmçinin iddia edib ki, Rusiyanın 2008-ci ildə prezidenti olduğu zaman Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıması “bu ölkələrin xalqlarının iradəsinə, BMT Nizamnaməsinə uyğundur və bu, tarixi ədaləti təsbit edib”. Gürcüstan rəsmiləri dəfələrlə ABŞ-ın rəhbərlik etdiyi NATO hərbi ittifaqına qoşulmağa sadiq olduqlarını bildiriblər və bunu öz ölkələrinin ərazi bütövlüyünü qorumaq yolu kimi qiymətləndiriblər. Qeyd edək ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Gürcüstan Abxaziya və Cənubi Osetiya bölgələri üzərində nəzarəti itirib. 2008-ci ildə Gürcüstanın Cənubi Osetiyaya güc yolu ilə nəzarəti bərpa etmək cəhdindən sonra bu, Rusiyanın əks hücumuna səbəb olub. Həmin vaxt Moskva qısa müddət ərzində Gürcüstan ərazisini işğal edib. Ardınca isə  Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb. İndi Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən mümkün ilhaqı Gürcüstanda sərt etirazla qarşılanıb. Ölkə parlamenti çoxluğunun üzvü Mixail Sarjveladzenin bəyanatına görə, Dmitri Medvedyevin Abxaziya və Cənubi Osetiya bölgəsi (ilə bağlı bəyanatı qəti şəkildə qəbuledilməzdir. Onun sözlərinə görə, Gürcüstan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq və əraziləri sülh yolu ilə qaytara biləcək. Mixail Sarjveladzedən hökumətin bu bəyanata reaksiyasının necə olacağı soruşulub: “Bu cavabla əlaqədar olaraq elan edilmiş siyasətə böyük sadiqlik var ki, bu da Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün dinc rıçaqlardan və yollardan istifadə etməyi nəzərdə tutur. Gec-tez bu ideya reallaşa bilər, çünki tarixi ədalət belədir, Gürcüstanın ərazi bütövlüyü mütləq bərpa olunacaq”. Digər deputat Anna Natsvlişvili isə qeyd edir: “Rəsmi idarələr Medvedyevin bu bəyanatına dərhal və çox aydın şəkildə cavab verməlidirlər. Gürcüstan Avroatlantika kursu seçib və bu tarixi məqamda Rusiya tərəfinin bəyanatlarının həyəcanverici və biabırçı şəkildə eyni olması çox üzücüdür. Tarixlərə gəlincə, Rusiyaya və onun hər bir nümayəndəsinə xatırlatmaq istərdim ki, Rusiya iki əsrdir Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mübarizə aparır, tarixi yenidən yazmağa çalışır, sanki hər şey yalnız 2008-ci ildə və ya 90-cı illərdə başlamayıb, bu Rusiya siyasətçilərinin imzasıdır. Baxmayaraq ki, dünya bu hekayənin başlanğıcını yaxşı bilir və biz gürcülər yaxşı bilirik ki, Rusiya Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə və kilsənin avtokefaliyasına qarşı mübarizə apararkən Avropa İttifaqı hələ ümumiyyətlə yaranmamışdı. Bu, Medvedyevin və digərlərinin heç bir bəyanatının üstündən xətt çəkə bilməyəcəyi faktdır. Medvedyevin bəyanatı bir daha təsdiqlədi ki, Rusiyanın səbəbə ehtiyacı yoxdur”.

Gürcüstanın “Aqmaşenebeli” təşkilatının üzvü Paata Manjqaladzenin sözlərinə görə, Rusiya tərəfindən ölkəsinə hücum riski həmişə olacaq, lakin bu riski Qərb, NATO və Avropa İttifaqı sığortalayıb: “Rusiyanın səbəbə ehtiyacı yoxdur. Rusiya üçün əsas təhlükə gürcü xalqı və Gürcüstan dövlətidir. Ona görə də nə qədər ki, Gürcüstan dövləti var, hücum riski həmişə olacaq, lakin bu riski Qərb, NATO və Avropa İttifaqı  sığortalayır, necə ki, bu gün milyon yarım əhalisi olan Estoniya qorunur, sərhədi siçan belə keçə bilmir”. Gürcüstan prezidenti Salome Zurabişvili isə qeyd edir ki, ölkə siyasəti dəyişməyib və dəyişməyəcək: Gürcüstan öz ərazilərini güc yolu ilə qaytarmaq niyyətində deyil: “Təhlükəsizlik Şurası Abxaziya və Sxinvalinin reaksiyalarını müzakirə etməlidir ki, separatçılar bu hadisələrdən əhali arasında lüzumsuz qorxu yaratmaq üçün istifadə etməsinlər. Bizim siyasətimiz dəyişməyib və dəyişməyəcək, Gürcüstan öz ərazilərini zorla qaytarmaq fikrində deyil. Bunu söyləmək və təkrarlamaq lazımdır. Nəhayət, məlumat mübadiləsini və tərəfdaşlarımızla sıx əlaqələri davam etdirmək lazımdır. Rusiya təcavüzkar və işğalçıdır. 2008-ci il müharibəsindən 15 il keçməsinə baxmayaraq, bütün beynəlxalq prinsiplərə məhəl qoymayaraq, hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır”. Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” fraksiyasının rəhbəri Rati İonatamişvili isə qeyd edir ki, Gürcüstanın ərazi bütövlüyünə zidd olan hər hansı bəyanat qəti şəkildə qəbuledilməzdir: “Biz öz xalqımızı, ərazilərimizi sülh yolu ilə qaytaracağıq. Bu, abxaz və osetin qardaşlarımıza əsas mesajımızdır”. Bir neçə gün əvvəl isə ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümü ilə bağlı birgə bəyanat yayıb. Sənəddə onlar Moskvanı Cənubi Osetiya və Abxaziyanı Tiflisə qaytarmağa çağırıblar. Bəyanat müəllifləri qeyd ediblər ki, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana təcavüzü Kremlin qonşu ölkələrə qarşı siyasətində daha aqressiv tendensiyadan xəbər verir və bu, hazırda Ukraynada müşahidə olunur: “Biz Rusiyanın açıq-aşkar işğalını, davam edən hərbi mövcudluğunu və Gürcüstanın ayrılmaz hissələri olan Abxaziya və Cənubi Osetiyadakı Sxinvali bölgəsi üzərində effektiv nəzarət həyata keçirməsini, həmçinin Rusiyanın bu bölgələri ilhaq etmək üçün atdığı addımları pisləyirik”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ