Türkiyənin xarici işlər naziri Hakan Fidan Ərbildə İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə birgə keçirdiyi mətbuat konfransında bir sıra açıqlamalarla çıxış edib. Onun sözlərinə görə, PKK terrorçuları hələ İraq torpaqlarında mövcudluğunu qorumaqdadır: “Bu virusu İraqda birlikdə təmizləyəcəyik. Biz İraqı terrorçulardan təmizləməkdə qətiyyətliyik”.
Türkiyə XİN rəhbəri diqqətə çatdırıb ki, “Terror bəlasından xilas etmək üçün görəcəyimiz çox iş var. Türkiyədə bu məsələni, demək olar, həll etmişik.”
Mətləb Salahov