Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Volodimir Zelenskiyə təbrik məktubu göndərib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. "Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram."
Məktubda Volodimir Zelenskiyə və bütün Ukrayna xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdıran dövlətimizin başçısı deyib: “Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram”.