Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiyadan Azərbaycana daha valyuta gəlməyəcək, Ermənistan lap bərbad günə qalacaq...

Image


Rus rublu yenə digər məzənnələr qarşısında sürətlə ucuzlaşmaqda davam edir. Şimal qobşumuzun milli valyutanı sabitləşdirmə cəhdləri hələ ki, istənilən nəticəni vermir. Xatırladaq ki, hələ bu il iyulun 21-də Rusiya Mərkəzi Bankı faiz dərəcələrini gözləniləndən iki dəfə çox – 1 faiz artırmaqla iqtisadçıları təəccübləndirdi.

Bu addım dekabrdan bəri dəyərsizləşən rublu dəstəkləməyi hədəfləyib Amma Rusiya valyutası ard-arda 3 həftə boyunca ABŞ dollarına nisbətdə dəyər itirməyə davam edib. Rubl avqustun 14-də psixoloji 100 həddini keçib və ertəsi gün Mərkəzi Bank faiz dərəcələrini 3.5 faiz artıraraq, 12 faizə çatdırıb.

Rublun bu son dəyərsizləşməsi neft qiymətlərinin yuxarı olması fonunda baş verir, axı bahalaşan neft çox vaxt rublu gücləndirir. Bu dəfə belə deyil: Rusiyanın Ukraynaya hücumu ölkənin iqtisadiyyatına və milli valyutasına təsirsiz ötüşmür. Rusiya Mərkəzi Bankının keçmiş rəhbəri Sergey Aleksaşenko  qeyd edir ki, rubl güvən böhranı keçirir. İndi Kremlin tənqidçisinə çevrilən bu şəxs həmin fikrini avqustun 15-də faiz dərəcələrinin kəskin artımından sonra paylaşdığı tvitdə dilə gətirib. O, faiz dərəcələri artımının valyutaya təsirinin az olacağını proqnozlaşdırıb. Rublun aylarla sürən dəyərsizləşməsi savaşın gedişiylə birbaşa bağlıdır. Ukraynanın sərt dirənişi Rusiyanı hərbi xərcləri artırmağa məcbur edir. Bir yandan da Qərbin sanksiyaları neft gəlirlərini əvvəlki səviyyədə saxlamağa imkan vermir. Nəticədə, iri büdcə kəsiri yaranır və bu da öz növbəsində məzənnəyə təzyiq göstərir. Bununla yanaşı, Rusiyanın müxtəlif maşın və texnologiyalara, digər idxalat məhsullarına və deməli, indiki durumda qıt olan dollar və avroya tələbatını çoxaldıb. İqtisadçılar deyirlər ki, rublun zəifliyi prezident Vladimir Putini çətin duruma salır. O, inflyasiyanı zəiflətmək və rublu sabitləşdirmək üçün xərcləri azaltmalıdır. Ancaq Putin dəfələrlə deyib ki, hücumu qeyri-müəyyən müddətədək davam etdirmək niyyətindədir. Üstəlik, növbəti prezident seçkiləri gələn ilin martındadır. Ölkədə  mövcud durumda Putinin qalib gələcəyi gözlənilir. Bu üzdən, onun hərbi və sosial xərcləri azaldacağı gözlənilmir və deməli, rublu qorumaq yükü Mərkəzi Bankın üzərinə düşəcək. Londonda yerləşən “Capital Economics” araşdırma şirkətinin iqtisadçısı Liam Piç bildirir: “Hazırda Rusiyada bir tərəfdən prezident Putinin hərbi iddiaları, digər tərəfdən Mərkəzi Bank və Maliyyə Nazirliyinin siyasi vəzifələri arasında çəkişmə var”. O hesab edir ki, faiz dərəcələrinin kəskin artması ərəfəsində hakim elita daxilindəki gərginliyin bir bölümü olan bu çəkişmə çox aydın sezilir. Putinin iqtisadiyyat müşaviri Maksim Oreşkin Mərkəzi Bank və onun rəhbəri Elvira Nabiullinanın adını çəkmədən banka hücum edib. O yazıb ki, rublun zəifləməsi və inflyasiyanın artmasının mənbəyi monetar siyasətin yumşaqlığıdır. Ölkə xaricində çox böyük nüfuza sahib olan və mərkəzi bank rəhbəri çalışdığı 10 il boyunca Rusiya iqtisadiyyatına dəyə biləcək zərəri minimallaşdırdığı düşünülən Nabiullina isə rublun zəifliyinin əsas səbəbi kimi xarici ticarətin zəifləməsini göstərib. O, eyni zamanda dövlət xərclərinin artması və müharibə nəticəsində yaranan işçi qüvvəsi qıtlığının inflyasiya doğurduğunu söyləyib. İndi Nabiullinanın işi asan olmayacaq. Piç deyir ki, Qərb Rusiya Mərkəzi Bankının 300 milyard dollar həcmində xarici valyuta rezervini dondurub, ölkəyə gələn investisiyaların önü kəsilib və Rusiyanın neft ixracatına qiymət limiti qoymaqla hökumətin rublu dəstəkləmək imkanlarını məhdudlaşdırıb.

Ukraynaya tammiqyaslı hücum və onun ardınca tətbiq olunan sanksiyalardan öncə milli valyuta zəifləyəndə, Mərkəzi Bank öz xarici valyuta ehtiyatlarından milyardlarla dolları pul bazarına buraxaraq rublu dəstəkləyə bilirdi. Piçin sözlərinə görə, Rusiya iqtisadiyyatındakı sabitliklə bağlı risqlər gözlənildiyindən daha tez reallaşır. O, indi Mərkəzi Bankın faiz dərəcələrini ilin sonunadək daha 2 faiz artıraraq 14 faizə çatdıracağını gözləyir. Yüksək faiz dərəcələri şirkət və istehlakçıların kredit götürməsini məhdudlaşdırır, inflyasiyanın sürətini azaldır və rubl əmanətlərini daha cəlbedici edir. Piç qeyd edir: “Qarşıdakı bir neçə ay rublun daha çox dəyərsizləşməsi, eləcə də indikindən xeyli yüksək inflyasiya və faiz dərəcələrinin artması ilə yadda qalacaq”. Keçmiş Sovet İttifaqı ölkələri üzrə ixtisaslaşan “Macro-Advisory” konsaltinq şirkətinin qurucusu Kris Uifer “Azadlıq” radiosuna deyib ki, rublun zəifləməsi maliyyə böhranının başlanma əlaməti deyil,: “Axı bu, tənzimlənən iqtisadiyyatda tənzimlənən valyutadır. Burada]normal qaydalar işləmir”. Uifer deyir ki, ötənilki fevral hücumundan öncə rubl üzən məzənnəli valyuta idi. Həmin ilin martından bəri, yəni Qərbin ölkəyə ağır maliyyə sanksiyaları tətbiqindən sonra Mərkəzi Bank rublu valyutaya nəzarət mexanizmlərinin köməyilə tənzimləyir. Onun sözlərinə görə, Mərkəzi Bank və Maliyyə Nazirliyinin özü büdcə kəsirini daraltmaq üçün rublu zəiflətmək istəyib, amma onu çox aşağı sürüşməyə qoyublar. İndi isə onlara “yuxarıdan” tapşırılıb ki, rublu geri qaytarın. Ötən ilin iyununda neft və qaz qiymətləri qalxandan və sanksiyalar üzündən ixracat azalandan sonra rublun məzənnəsi özünün 7 illik rekord səviyyəsinə yüksəlmişdi: 1 dollar 53 rubl idi. Rublun məzənnəsi aşağı olanda ixracatçılar Rusiya büdcəsinə daha çox vergi ödəyirlər. Ancaq digər valyutalarla müqayisədə kəskin düşüş eyni zamanda ixracat mallarının rublla qiymətinin yüksəlməsinə və deməli inflyasiyanın artmasına yol açır. Rusiya valyutası bu il içində 30 faizədək, ötən ilin iyunundakı pik həddinə nisbətdə isə, demək olar, yarıbayarı dəyər itirib. Bu, neft və qaz qiymətlərinin düşməsindən və idxalatın artmasından qaynaqlanıb. Uifer iddia edir ki, 15 avqustdakı faiz dərəcələri artışı “Mərkəzi Bankın nəzarəti əlində saxlaması və rublu bərpa etmək istəməsi” mesajını vermək üçün olub. Britaniyanın iqtisadi proqnozlar və ekonometrik təhlillər aparan “Oxford Economics” şirkətinin iqtisadçısı Tatyana Orlova deyib ki, Mərkəzi Bank rublu sabitləşdirmək üçün kapitala nəzarət metoduna əl atmalı ola bilər. Onun sözlərinə görə, bu bank ixracatçıları əllərində olan xarici valyutanı satmağa məcbur edə, yaxud vətəndaşların xaricə göndərdiyi xarici valyutanın həcmini məhdudlaşdıra bilər. “Financial Times”ın xəbərində deyilir ki, Putin avqustun 16-da Maliyyə Nazirliyinin rəsmiləri ilə görüşündə kapitala nəzarət mexanizmlərinin tətbiq edilməsini müzakirəyə çıxarıb. Hesab edilir ki, bu halda Rusiyadan MDB ölkələrinə, o cümlədən Azərbaycana göndərilən xarici valyutanın həcmi kəskin azalacaq. Amm adigər MDB ölkələri, məsələn, Ermənistan bundan çox təsirlənəcək. Rusiya Mərkəzi Bankının keçmiş müşaviri, hazırda Berlində fəaliyyət göstərən Karnegi Rusiya Avrasiya Mərkəzinin qeyri-rezident araşdırıcısı Aleksandra Prokopenko özünün yazdığı hesabatda qeyd edir ki, ötən ilin yanvarından bu ilin mayınadək rusiyalılar xarici banklara, əsasən, Ermənistan, Gürcüstan və Qazaxıstana 43 milyard dollar köçürüblər. Orlova deyir ki, rubla təsir edən başqa amillər də var. Məsələn, Rusiyanın ixracat sayəsində əldə etdiyi xarici valyuta ilə idxal etdiyi mallara görə ehtiyacı olan valyutanın həcmi arasındakı uyğunsuzluq. Bu, Qərb sanksiyalarının doğurduğu yeni fenomendir. Qərb Rusiyaya qarşı enerji sanksiyaları da tətbiq etdiyindən, Moskva özünün neft ixracatını Asiyaya, o cümlədən Çin və Hindistana yönəltməli olub. Rusiya bu satışların əvəzində dollar deyil, rubl, Çin yuanı və Hindistan rupisi alır. Ancaq idxal etdikləri maşınlar, texnologiya və istehlak mallarını ala bilmək üçün Rusiya şirkətləri və vətəndaşlarının dollar və avroya ehtiyacı var. Bütün bunlar valyutanın zəifləməsinə təsir göstərir. Orlovanın sözlərinə görə rublun məzənnəcə düşməsinə bəzi mövsümi amillər də təsir edir: “Rusiyalılar yay istirahətinə xaricə getməzdən öncə xarici valyuta alırlar ki, bu da tezliklə tükənəcək”. Hələlik isə rublun mövqeyi laxlamaqda davam edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ