çərşənbə axşamı günü, 08 sentyabr 2026
     

Mərkəzi Asiya ölkələri Rusiyadan qopur - Onların dövlət müstəqiliyinin qorunması Azərbaycandan asılıdır

Image


Son vaxtlar Mərkəzi Asiyanın türkdilli ölkələrinin Rusiya ilə münasibətlərində gərginlik hiss olunur. Bu dövlətlər Rusiyanın nəzarətindən çıxmağa çalışır. Bu proses Mərkəzi Asiya regionu üçün hansı yeniliklərə gətirib çıxara bilər?

TNS mövzunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevlə müzakirə edib.

Politoloq bildirib ki, Mərkəzi Asiyanın türkdilli ölkələri ilə bağlı bu gün geosiyasətin dərin qatlarında çox ciddi proseslər gedir. SSRİ dağılandan sonra başlanmış bu proses getdikcə daha dərinə kök atır və müxtəlif istiqamətlərə şaxələnir. Sovet imperiyası dağılan kimi bu ölkələr də müstəqillik elan etdilər, lakin dərhal da Qərbin və  hələ o zaman çox zəif vəziyyətdə olan Rusiyanın arasında gərgin geosiyasi mübarizənin əsas nöqtələrindən birinə çevrildilər.

Politoloq deyib ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan müstəqil dövlətlər olmağa nə qədər can atsalar da, həmişə qarşılarında Rusiyanı görüblər. Rusiya Yeltsinin və erkən Putinin dövründə bir qədər zəif olsa da, yenə də Mərkəzi Asiyanı öz məhvərində saxlamağa çalışıb.

“Mərkəzi Asiya ölkələrinin strategiyası müstəqilliyin ilk dövrlərində bir qədər ziddiyyətli idi. Belə ki, həm Rusiyanın təsirindən mümkün qədər çıxmağa çalışırdılar, həm də daxili idarəçilikdə avtoritar sistemə üstünlük verdikləri üçün Qərbə çox da yaxınlaşmaq istəmirdilər. Heç Qərbin özü də 90-cı illərdə və 21-ci əsrin əvvəllərində Mərkəzi Asiya ölkələrinə daha sıx dəstək vermək şansından istifadə edə bilmədilər. Qərb səhvə və ləngliyə yol verdi. Nəticədə zaman-zaman özünə gələn və Putinin dövründə səfərbər olunan Rusiya Mərkəzi Asiyada öz mövqelərini xeyli  möhkəmləndirə bildi. Bu vəziyyət 2022-ci ildə Ukraynaya təcavüzün başlanmasına qədər davam etdi. Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələri üçün nisbətən müstəqil siyasət aparmaq imkanlarının yeni mərhələsini açdı. Çünki Rusiya zəifləməkdədir. İndi daha fəal və inamlı hərəkətlər Qazaxıstan və Özbəkistanın siyasətində özünü göstərir. Bu ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsinə çox ehtiyatla yanaşırlar. Hətta Ukraynanın ərazi bütövlüyünü çəkinmədən müdafiə edirlər. Baxmayaraq ki, Mərkəzi Asiya ölkələrinin 3-ü KTMT üzrə Rusiyanın hərbi-təhlükəsizlik müttəfiqləridir. 2021- ci ilin yanvarında KTMT qüvvələri Qazaxıstanın daxili vəziyyətini daha da gərginləşməkdən qorumaq üçün ölkəyə girdi, lakin qazax hakimiyyəti o qüvvələrin ölkədə çox qalmasına imkan vermədi. Təbii ki, bu davranış Rusiyanın xoşuna getmədi. Çünki Kreml KTMT qüvvələrinin Qazaxıstanda daha çox qalmasını planlamışdı, - Aydın Quliyev qeyd edib.

Onun szölərinə görə, bu gün Qazaxıstan, Qırğızıstan, Özbəkistan Çin-Orta dəhliz-Qafqaz-Türkiyə -Avropa xətti boyunca Şərq-Qərb dəhlizinin imkanlarına daha maraqla baxırlar:

“Çünki bu yol onları Qərbə daha çox bağlayır və bu yolun imkanlarına Rusiyanın təsirlərini zəiflətmək üçün alternativ vasitə kimi baxırlar. Qazaxıstanla Rusiyanın münasibətlərində hələlik pərdə arxası ziddiyyətlər nisbətən daha kəskindir. Qazaxıstan Rusiyanın ərazisindən keçən Xəzər Boru kəmərləri konsorsiumu ilə neftini Avropaya ixrac etməyə fasilə verdi, Transxəzər marşrutu  ilə Azərbaycanın üstündən nəqlə üstünlük verdi, bu fakt da Rusiya ilə münasibətlərə öz neqayiv təsirini göstərdi.

Rusiyada yaxşı bilirlər ki, Qərb hələ sovet imperiyası dağılan kimi Qafqaza, Mərkəzi Asiyaya, Ural  dağları  bölgəsinə  və Ukraynaya xüsusi geosiyasi əhəmiyyətli nöqtələr kimi baxır, fürsət düşən kimi bu nöqtələrdə möhkəmlənməyə çalışacaq. Odur ki, Rusiya Qərbi qabaqlamaq üçün 1996-97-ci illərdən başlayaraq işini qururdu. Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiyadan ibarət əvvəlcə Şanxay 5-liyi deyilən zəif hərbi təmayüllü müzakirə formatı qurdu, 2001-ci ildə Özbəkistan da bura qoşmaqla Şanxay 6-lığını yaratdılar ki, bu ölkələrin üzərində Qərbin təsirlərinin güclənməsinə imkan verməsinlər. Rusiya Avrasiya İqtisadi Birliyini də 2001-ci ildə məhz bu məntiqlə qurdu və 2014- cü ildə onu Avrasiya İqtisadi İttifaqına çevirdi. Baxın, burada kimlər təmsil olunur - Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan. İndi də Putin hələ 2016-cı ildə irəli sürdüyü “Avrasiya super inteqrasiya” deyilən modeli reallaşdırmaq istəyir. Yəni Şanxay təşkilatı ilə Avrasiya İqtisadi İttifaqını birləşdirmək. Yəni Rusiya Hindistan və Çinlə birlikdə bütün Avrasiyanın ərazisinin az qala 70 faizini , 3, 5 milyard əhalini  əhatə edən bir iqtisadi- coğrafi məkan qurmaq istəyir. Təbii ki, ilk növbədə Mərkəzi Asiyanın 4 türk dövləti və + Tacikistan da bu bayrağın altında olmaq şərtilə”.

Politoloq deyib ki, Qərb Mərkəzi Asiya ölkələrinə və Ural İqtisadi zonasına xüsusi strategiya ilə baxır. Bu onun 1-2 illik planı yox, on illərə hesablanmış strategiyasıdır: “Mərkəzi Asiya ölkələrini bir-bir Qərbə tərəf döndərmək və sonra daha uzaq gələcəkdə Ural dağları boyunca Rusiyanı bölməklə onun Sibir və Ural qaynaqlarına sahiblənmək hədəfi var. Bunlar romantika deyil, içində Ukrayna müharibəsinin də olduğu geniş bir plandır. Baxın, 2001-ci ildə Əl-Qaidənin Nyu-Yorku partlatmasının ardınca Əfqanıstanda qlobal terrorla müharibə başladı, kimin ağlına gələrdi ki, Özbəkistanda və Qırğızıstanda Amerikanın Əfqanıstana logistik dəstək adı altında hərbi bazaları olacaq, ancaq oldu. Hətta 2004-cü ildə Ukraynada, 2005- ci ildə Gürcüstanda ilk narıncı inqilablardan sonra 3- cü “Lalə” inqilabını Qırğızıstanda başladılar və Əsgər Akayevi qovdular Moskvaya getdi. Bunlar Mərkəzi Asiya ölkələrini Rusiyanın təsirindən qoparmaq strategiyasının tərkib hissələri idi. Düzdür, alınmadı, Rusiya əlli-ayaqlı tərpəndi, Ukraynada qərbyönümlü ilk  məxməri prezident Yuşşenkonu elə məxməri yolla devirib Yanukoviçi gətirdilər, Gürcüstanda İvanişvili kimi Moskvapərəst maqnatı siyasətə necə pərçim etdilərsə, Saakaşvili hələ də türmədən çıxa bilmir, cəmi 4 il sonra da Qırğızıstanın qərbyönümlü ilk məxməri prezidenti Bakiyevi yenə yarı  məxməri üsulla  “keçmiş komsomol”  Roza Otombayevanın əli ilə devirdilər. Bakiyev hələ də Lukaşenkonun yanında siyası mühacir həyatı yaşayır. Dediyim kimi, 2005-2010-cu illərdə Qərb oyanmış Mərkəzi Asiya ölkələrinə daha sıx dəstək vermək şansını buraxdı. Səhv etdi və nəticədə Mərkəzi Asiya ölkələrinin Rusiya təsirindən çıxmaq cəhdləri öz gücünü itirdi, Qərbin bu ölkələrdəki hərbi bazaları, o cümlədən Qırğızıstandakı Manas bazası, və Özbəkistandakı hərbi bazalar yığışıb getdilər. Bütün hallarda bu mərhələdə Qərb Mərkəzi Asiyada Rusiyaya uduzdu. Bəlkə də 2009-2010- cu illərdə ərəb ölkələrində artıq başlanmış Ərəb baharları Qərb üçün Mərkəzi Asiya ölkələrindən daha cəlbedici göründüyü üçün bu ölkələrə dəstəyi zəiflətdilər. Burada Türkiyə faktorunu da nəzərə almaq lazımdır. Hər halda Qərb ölkələri ilə müqayisədə Türkiyənin Mərkəzi Asiya dövlətləri üzərində daha üstün təsiri var. Dil, din, mədəniyyət, etnik kök birliyi və sair amillər nəzərə alınmaya bilməz. Türkiyənin isə Qərblə, əsasən də NATO ölkələri ilə münasibətləri sərin olduğu üçün Qərbin Mərkəzi Asiyaya təsirləri daha da zəiflədi. Yəni Mərkəzi Asiya dövlətləri ABŞ və Avropaya yox, Ərdoğan Türkiyəsinə daha məhrəm baxdılar”.

Aydın Quliyevin fikrincə, Mərkəzi Asiya uğrunda Qərb - Rusiya mübarizəsinin yeni mərhələsi başlayıb:

“Bu da maraqlı və gərgin mərhələdir. Bu mərhələ ABŞ qoşunlarının 2021-ci ilin avqustunda Əfqanıstandan səssiz- səmirsiz çıxması ilə başladı. Çox müəmmalı gediş idi bu ABŞ üçün. İkinci hadisə isə Ukraynada müharibənin başlanmasıdır. Hər iki hadisə Rusiya üçün əlavə başağrılarıdı, əlavə resurs məsrəfləridi.

Sözsüz ki, Mərkəzi Asiya ölkələrinin liderləri öz gələcəklərini düşünür, xüsusən də Ukrayna müharibəsindən sonra dünyanın nə şəkil alacağını götür- qoy edirlər. Hamı bilir ki, Ukrayna müharibəsində kimin qalib-məğlub olmasından asılı olmayaraq, dünya 2022- ci ilin fevralına qədərki dünya olmayacaq. Bütün hallarda Rusiyanın “yaxın və uzaq  peyklər” saydığı ölkələr üzərində təsiri zəifləyəcək, bəzi hallarda tam itəcək. Dünyanın bu vəziyyətində Mərkəzi Asiya ölkələri də öz yerlərini düşünürlər. Bütün hallarda Qərblə münasibətləri daha da sıxlaşdırmalı olacaqlar. Çünki Rusiya hazırda ağır sanksiyalar altındadır, müharibədən isə xeyli zəifləmiş çıxacaq və hazırkı sanksiyaların nə vaxt götürüləcəyi də asan məsələ deyil. O biri yandan da Mərkəzi Asiya dövlətləri ilə qonşuluqdakı Əfqanıstan Talibanı sabitləşdikcə onu da nəzərə almaq problemi var. Hətta indi Özbəkistanda, Tacikistanda, Qazaxıstanda radikal dini cərəyanların alt qatlarda təşkilatlandıqları barədə xəbərlər gəlir. 1996-cı ildə Taliban hakimiyyəti devrilənə qədər orada özbək, tacik liderlərin böyük təsir dairələri olub və indi də Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərinə təsir rıçaqları mövcuddur. Amerikanın Əfqanıstandan sakit yığışıb getməsi və hakimiyyəti Talibana verməsinin arxasında Mərkəzi Asiya ölkələri ilə bağlı ilginc planların olduğu düşüncəsindəyəm. Taliban ABŞ-la gizli işbirliyində ola bilər, Türkiyə ilə açıq əməkdaşlıqda ola bilər və necə ki var, ancaq Taliban Rusiya ilə heç vaxt barışmayacaq. Məncə ABŞ-ın uzaq “Taliban planlarının” içində bu faktor xüsusi nəzərə alınıb. Qısa desək, Taliban Mərkəzi Asiyanın Rusiya təsirlərindən qurtulması planlarında önəmli rollardan birini oynaya bilər”.

Politoloq deyib ki, son illərdə Mərkəzi Asiyanın Azərbaycanın imkanları üzərindən Avropaya üstün meyllənməsi təsadüf deyil. Bu da düşünülmüş siyasətdir. Son vaxtlar Türkiyənin özü də Qərblə soyuq münasibətləri bir qədər isitməyə başlayıb və Mərkəzi Asiya ölkələri bunu görür.

“Taliban və Rusiyanın basqıları qarşısında  Mərkəzi Asiya ölkələri üçün Azərbaycan -Türkiyə-Avropa xətti boyunca əməkdaşlığa əsaslı şəkildə uymaq perspektivdə ən düzgün seçimdir. Rusiya bunu qəti istəmir, ancaq Qərb bu strategiyanı həyati əhəmiyyətli sayır. Çindən başlayıb Qərbə qədər Avrasiya əməkdaşlıq oxunu yaratmaq Qərbin böyük planıdır. Bunun içində Orta Asiya ölkələri də var, Rusiya bu planın çölündədir. Bu planın həyata keçirilməsi üçün Qərb Çinlə dil tapıb yaxınlaşmağa, onunla işləməyə məhkumdur. Bu xəttin içində Orta Asiya dövlətləri gələcəkdə özlərini çox rahat hiss edə bilərlər.

Bəzi Mərkəzi Asiyadan olan təhlilçilər strateji seçimlərdə Rusiya ilə çox ehtiyatlı davranmağı tövsiyyə edirlər. Ancaq onlar bir şeyi bilməlidirlər - Rusiya təkrar onları öz təsiri altına möhkəm şəkildə qaytara bilsə, (ehtimal çox zəifdir), Mərkəzi Asiya ölkələrinin milli dövlətçiliyi formal səviyyədən də aşağıda qərarlaşdırılacaq. Rusiya heç kimi bağışlamaz. Hələ indidən Rusiya siyasi elitası qazax dövlətçiliyinin Rusiyaya borclu olduğu fikrini açıq deyirlər, yəni deyirlər ki, sizin dövlətiniz olmayıb.

Bu ölkələr bütün hallarda Azərbaycandan bərk yapışmalıdırlar. Çünki Azırbaycan onların qarşısında Qərblə yaxınlaşmanın ən etibarlı körpüsüdür”, - Aydın Quliyev əlavə edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

07.09.2026 / 22:28
Trampın elçisi Uitkoff 8-ci dəfə Putinin ayağına gəldi - sülh perspektivi hələ görünmür...

07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...

07.09.2026 / 22:01
İran yenə “Tramp yolu”na ilişdi - ya erməni silahlı qüvvələri qorusun, ya da…

07.09.2026 / 21:54
Putin və Paşinyan Moskvada Ermənistanda referendum keçirilməsini müzakirə edəcəklər...

07.09.2026 / 21:46
İran qadınları ABŞ-ın toyda öldürdüyü şəxsləri qəribə geyimdə dəfn edir...

07.09.2026 / 21:40
Medvedyev Fon der Leyeni “başdanxarab ginekoloq” adlandırdı - almanlar onun yumor hissini bəyəndi…

07.09.2026 / 21:30
Zelenski Rusiyanın hava limanları ilə bağlı yeni strategiyanı işə saldı...

07.09.2026 / 21:17
Trampın sülh missiyası alınmır - ABŞ elçilərinin Moskvaya və Kiyevə səfəri yenə nəticə vermədi

07.09.2026 / 20:55
Kremlə bağlı “Sputnik Armenia” Azərbaycanla aranı yenə qarışdırmağa çalışır...

07.09.2026 / 20:40
Yaxın Şərq Pekin və Vaşinqton arasında - Çin regionu pulla ələ keçirir

07.09.2026 / 20:38
Xətai və Yasamalda motosiklet qaçıran və oğurluq edənlər saxlandı

07.09.2026 / 20:21
Ermənistanın düşmənçilik bitdi, qlobal media şirkərlərinin Azərbaycala düşmənçiliyi bitmir... Niyə?...

07.09.2026 / 20:06
Prokuror katolikosun məhkəməsindən qaçdı, Paşinyan baş keşişi mühakimə etməyə hakim tapa bilmir

07.09.2026 / 19:52
100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

07.09.2026 / 19:29
Rusiya DİN-də “yanacaq əməliyyatı” – aralarında generalın da olduğu bir neçə yüksək vəzifəli şəxs həbs edildi…

07.09.2026 / 19:15
Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdı…

07.09.2026 / 18:48
Paşinyan yeni inqilaba hazırlaşır... Azərbaycana münasibət nəzərdə tutulur (?)

07.09.2026 / 18:43
İrəvandan Moskvaya növbəti zərbə - Ermənistan və Rusiya arasında viza rejimi tətbiq olunur

07.09.2026 / 18:42
Hindistan da Ermənistanda Rusiyanı sıxışdırır

07.09.2026 / 18:37
Kvotadan artıq benzin işlədənlər üçün qiymətlər qaldırılır

07.09.2026 / 18:12
Sabirabad seçiciləri deputat Əhliman Əmiraslanova təşəkkür etdilər - FOTO

07.09.2026 / 17:54
Vergiyə görə büdcə gəliri 10 faiz artdı, ancaq iqtisadiyyatımız böyümür... Qəribəlik...

07.09.2026 / 17:27
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb

07.09.2026 / 16:26
Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi

07.09.2026 / 16:10
"44" bədii filminin premyerasının vaxtı məlum oldu - FOTO

07.09.2026 / 15:57
8 min müsəlmanın qatilini bu qədər qəhrəmanlaşdırmaq? - Serb Vuçiç dünyanı heyrətləndirir...

07.09.2026 / 15:47
Tramp Britaniya ilə Argentinanı da müharibə vəziyyətinə gətirdi - "onlar İran müharibəsində məni müdafiə etmədi"...

07.09.2026 / 14:58
"QHT işi"nd' ittiham olunan Əhməd Məmmədzadə şərti iş aldı

07.09.2026 / 14:45
Peskov "Rusiyanın sülh təşəbbüsləri olubmu" sualından yayındı...

07.09.2026 / 13:58
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu

07.09.2026 / 13:57
Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edildi

07.09.2026 / 13:56
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi

07.09.2026 / 13:52
1700 Ukrayna əsgəri Xarkov bölgəsində rusların mühasirəsinə düşdü…

07.09.2026 / 13:37
İndoneziyanın müxtəlif yerlərində eyni vaxtda altı vulkan püskürdü...

07.09.2026 / 13:14
Putin Prezident İlham Əliyevə zəng etdi - ticarət, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə edildi...

07.09.2026 / 12:53
Litva və Latviyadan Rusiya iqtisadiyyatına ağır zərbə - Baltikdən taxıl tranziti dayandırılır...

07.09.2026 / 12:34
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1300 nəfəri keçdi...

07.09.2026 / 12:18
Tərtərdə 52 yaşlı kişi hər iki ayağından da güllələndi...

07.09.2026 / 11:56
Azərbaycan və İranın həyata keçirdiyi birgə layihələrin icra vəziyyəti müzakirə edildi

07.09.2026 / 11:37
Tramp bu gün Putin və Zelenski ilə telefonla danışacağı gözlənilir…

07.09.2026 / 11:15
İran yeni raketini ABŞ təyyarədaşıyan gəmisi üzərində sınaqdan keçirdi...

07.09.2026 / 11:02
DİN yeni tədris ili ilə bağlı valideyn və tələbələrə müraciət etdi

07.09.2026 / 10:46
İrandan Hörmüzdə güc balansını dəyişdirə biləcək addım - "boğaz yalnız bu halda açıq qala bilər"...

07.09.2026 / 10:29
Kartof və tərəvəz sahələrinə hər hektara 600 manat subsidiya veriləcək

07.09.2026 / 10:17
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir...

07.09.2026 / 10:05
Tramp Hörmüz boğazını ABŞ-ın yeni ərazisi elan etdi…

07.09.2026 / 09:47
Berlin və Avropa şokda - AfD rekord səslə qalib gəldi...

07.09.2026 / 09:32
Paşinyan Moskvaya gedir – Kreml açıqladı…

07.09.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurdu…

07.09.2026 / 07:47
Yəhudilər İsraildəki “erməni ziyarətgahı”na tüpürmədən keçmir - polis də çarəsiz qaldı

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

06.09.2026 / 11:22
İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan gəmiləri vurmaqla hədələdi...

06.09.2026 / 11:04
Trampın elçilərinin Moskva danışıqlarının bəzi detalları açıqlandı...

06.09.2026 / 10:23
Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

06.09.2026 / 10:11
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - YENİLƏNDİ

06.09.2026 / 09:36
İran ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisini vurdu…

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

05.09.2026 / 19:08
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

05.09.2026 / 18:50
Serbiyanın hakim partiyası Vuçiçi rəsmən baş nazir vəzifəsinə namizəd göstərdi....

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ