Orden aldığına görə?... Tariximizi və həyatımızı zəngin obrazlar sərgisinə çevirmiş sənətkar bir "İstiqlal"a da layiq olmadı ki, dəqiqə başı başına vuraq? Bəzən hətta bir şöhrətsizin, istiqlalsızın (?) da əlinin bu ordenlərə yetdiyi yerdə Rasim kimisinin ona layiq görülməsi daha müsbət hadisə deyilmi?
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Prezidentə "Əsil Babək sizsiniz" dediyinə görə?... Düz demir ki? Tarixdə və müasirlikdə hər kəsin öz yeri, öz adı olsa da, məgər bu uğursuz fikirdir? Babək bu xalqa aid olanı müvəqqəti ərəb işğalçılarından, İlham Əliyev erməni işğalçılarından həmişəlik geri almadı? Bir xalqa aid olan torpaqdan, iki qəhrəmandan söhbət gedirsə, bu müqayisədə qəbuledilməz nə var?...
Layiq olduğu mükafatı almağa getdiyi, daha doğrusu dəvət olunduğu halda, Prezidentlə siyasi söhbətlər aparmadığına görə?... Rasim peşəkar siyasətçi və ya hansısa partiyanın üzvü olmadığı üçün ona aid olmayan döyüşkən missiyanın yükü altında onu sorumlu tutmaq nə qədər doğru tələbdir?
Bəs Rasim niyə rahat buraxılmır? Təbii ki, səbəbsiz şey olmur.
Məncə bunun unikal səbəbini özü tapmalıdır... İctimaiyyətə açıqlamasa da olar. Yetər ki, özü bilsin...
Tahir TAĞIYEV