Bazar ertəsi günü, 09 noyabr 2026
     

Separatçı ermənilər sülhməramlılarla "toqquşma ssenarisi" oynayırlar...

Image


Separatçılar son günlər Rusiya sülhməramlılarına qarşı aqressivlik nümayiş etdirirlər. Ermənilərin zirehli texnikanın qarşısını kəsməsi ciddi mahiyyət daşıyırmı? Belə qənaət çıxır ki, separatçı rejim beynəlxalq aləmə sülhməramlıların fəaliyyətini qənaətbəxş hesab etmədikləri ilə bağlı mesaj göndərmək istəyirlər.

Onlar bu görüntüləri yayaraq, Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına və beynəlxalq qüvvələrin orada yerləşdirilməsinə nail olmaq niyyətinə düşüblər. Necə ki, Ermənistanda Avropa Birliyinin “mülki missiyası” yerləşdirilib, eynisini də Qarabağa tətbiq etmək istəyirlər. Bu baxımdan, sülhməramlı-separatçı “insidenti” ssenari saymaq olarmı?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, separatçıların Azərbaycan ərazilərindəki davranışını müşahidə etdikcə belə təsəvvür formalaşır ki, onlar hələ harada yerləşdiklərini başa düşmürlər: “Başa düşmürlər ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi Ermənistanın özü belə tanıyıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünü Ermənistan da daxil olmaqla bütün dünya tanıyıb. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onlar həm revanşist, həm separatçı qüvvələrdir və ona görə də Azərbaycanın gücü, müstəqilliyi ilə barışmaq istəmirlər. Hələ də başa düşmürlər ki, Azərbaycan ərasisində oturub, Azərbaycan dövlətinə və xalqına meydan oxumaq olmaz. Bunun ağır fəsadları ola bilər. Yəni dünya 30 il bundan əvvəlki dünya deyil. Artıq Azərbaycan istər təhlükəsizlik baxımdan, silahlı qüvvələr, quruculuq baxımından, istərsə də siyasi bazalar yaratmaq baxımından çox ciddi irəliləyişlərə nail olub. Azərbaycan bu irəliləyişləri öz həqiqətlərini dünya birliyinə çatdırmaqla əldə edib. Yəni, biz nə yalan danışmışıq, nə ikiüzlülük etmişik. Sadəcə Azərbaycan öz həqiqətini 30 ildən sonra Prezidentimiz İlham Əliyevin simasında bütün dünyaya çatdırıb və bütün dünya da bu reallıqlarla barışıb. Əslində isə 30 il əvvəl də dünya birliyi Azərbaycan ərazi bütövlüyünü tanımışdı. Bu sırada bəzi ölkələr, həmçinin Ermənistan da yox idi. Ermənistan da bu sıraya qatıldı. Ancaq, separatçıların bu günki hərəkəti, rus separatçılarına qarşı aqresiv münasibəti sadəcə onların qurduqları bir teatrdı. Onlar bir qrup adamdı. Kütləvi və total xarakter daşıyan heç nə yoxdu ortada. Orada 5 - 6 nəfər revanşist, separatçı hansı ki, bandaların, kollektivin,partiyaların yerləşdirdiyi adamlardır. Onlar çıxıb Rusiya sülhməramlıların qarşısını kəsirlər. Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlı biz əvvəldən dəfələrlə bəhs etmişik. İndi də, təəssüf hissi ilə xatırlatmaq istəyirəm ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərinə tərəf kimi daxil oldular. Sülhməramlı missiyanın əsas istiqaməti ərazidə təhkükəsizlik, barışıq əhval - ruhiyyəsi aparmaqdan ibarətdir. Bunların hərəkətlərindən belə görünürdü ki, guya Ermənistan yox, Azərbaycan Ermənistanın torpaqlarını işğal edib. Onların tərəf kimi özlərini təqdim etməsi sirr deyil. Ermənilərin buna baxmayaraq, sülhməramlılara qarşı aqresiv hərəkətini başa düşmək çətindir. Ermənilər reallıqlarla barışmazlarsa, onlara nə Avropa Birliyi, nə siyasi missiyalar kömək etməyəcək. Burada yeganə variant Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycanın vətəndaşlığını qəbul etmək, qanunlarına tabe olmaq, silahı yerə qoymaq, heç bir status, xüsusi üstünlük tələb etmədən adi qaydada yaşamaqdan ibarətdir. Mən xüsusilə qeyd edirəm ki, bu gün Rusiya sülhməramlılarına qarşı bu cür kəskin şəkildə hərəkət etmək, onları azərbaycanlıların müdafiəçisi kimi təqdim etmək növbəti erməni təxribatıdır. Bu təribatın arxasında da Avropadan gələn güclərin obrazı dayanır. Yəni istənilən halda rus sülhməramlılarına qarşı bu cür münasibət Avropadan və Qərbdən qaynaqlanan münasibətdir. Siz onların hərəkətlərinə yəqin ki, fikir verdiz. İnsana, kişiyə yaraşmayan hərəkətlər nümayiş etdirirdilər. Onlar uşaq oyunu oynayırlar və reallığın nədən ibarət olduğunu anlamırlar. Bir toplum nə qədər həyasız ola bilər ki, Azərbaycan ərazisində oturub, ona meydan oxusun? Bunlar keçməyəcək. Artıq Azərbaycan bölgədə yeni geosiyasi reallıq yaradıb və bu reallıqla barışmaq Ermənistana xeyir gətirəcək yeganə yoldur. Ona görə də, Azərbaycanın siyasi və hərbi qüdrətinə qarşı çıxmaq, Azərbaycanda yaşayan azsaylı erməni toplum üçün baha başa gələ bilər. Azərbaycan dövlət rəhbəri səviyyəsində birbaşa bəyan etdi ki, ya bizim qanunlarımıza tabe olacaq, Azərbaycan vətəndaşlığını qəbul edəcək, bizimlə sülh şəraitində yaşayacaq, ya da hara sizə xoşdur, gedin orda da yaşayın. Mən bu cür mövqeyi əslində azərbaycanlıların xeyrinə kimi qiymətləndirirəm. Çünki, qoy sülhməramlıların özləri də görsün ki, öz fikri, düşüncəsi olmayan ermənilər hansı sifətə sahibdirlər. Bütün bunlar heç nəyi dəyişməyəcək. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində kifayət qədər ciddi və qəti siyasi kordinatlara, kursa malikdir. Azərbaycan bu kursla inamla sona kimi addımlayacaq. Bu addımların gec - tez Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyi ilə nəticələnəcəyinə inanıram”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ