Ermənistanla ədalətli müharibəmizin davam etdiyi 35 ildə ilk dəfə şahidi oluruq ki, bu ölkə birbaşa özünə aid olan beynəlxalq hadisəyə dərhal heç bir xüsusi rəsmi münasibət bildirə bilmədi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Bəlkə də yaxın saatlarda və ya yaxın günlərdə BMT TŞ-nin 17 avqust müzakirəsinə Ermənistan dövlətinin adından rəsmi dəyərləndirmə olacaq - ya baş nazir, ya da XİN adından. Lakin faktdır ki, başqa hallarda "dərhal partlayış" effekti ilə işləyən Ermənistan rəhbərliyi bu dəfə "gec alışma" pozası aldı. Paşinyanın məsələyə heç bir aidiyyatı olmayan 1-2 anlaşılmaz cümləlik sözlərindən başqa nəsə deyilmədi. Ancaq əminliklə demək olar ki, Ermənistan hakimiyyətində "dərin müzakirə" gedir, necə reaksiya verəcəklərini götür-qoy edirlər. Nə desinlər? Hazırkı nəticəni qəbul edə bilmir, tənqidə isə cəsarət etmirlər. Odla suyun arasındakı kimi vəziyyət Ermənistan diplomatiyasının 35 illik yolunun məntiqi yekunudur...
Ermənistan diplomatiyasının sözü bitdimi?..
Tahir TAĞIYEV