ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel keçirdiyi brifinqdə bəyan edib ki, ABŞ Cənubi Qafqaz regionunda dinc və firavan gələcəkdə maraqlıdır.
“Biz Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiq qalır və bu məsələdə də müttəfiqlərimiz və tərəfdaşlarımızla bölgədə fəal iştirak etməyə davam edəcəyik”, - xarici siyasət idarəsinin nümayəndəsi deyib.
Mətləb