Separatçıların qondarma “blokada”, “aclıq” şousu içindən yeni bir şou çıxıb. Maraqlıdır ki, separatçılar hər gün “blokadadayıq”, “aclıqdan ölürük” deyirlər, amma restoranlarda, barlarda qurduqları kef məclislərindən real görüntülər onların yalanlarını ifşa edir.
İndi də məlumat yayıblar ki, “aclığa, gicliyə baxmayaraq” Xankəndi “Dövlət Dram Teatrı”nda yeni tamaşa səhnəyə qoyulacaq. Yəni “ac” haylar “Yırtıcılar bayramı” adlı tamaşa ilə növbəti şou keçirəcəklər. Guya tamaşa “çarəsiz vəziyyətdə olan”, lakin öz seçimlərinə “sadiq qalan” insanlarla bağlıdır. Bu arada separatçıların qondarma “hüquq müdafiəçisi” Geqam Stepanyan yenidən “səhnədə görünür” və iddia edir ki, guya separatçılar arasında “ölüm aclılğı başlayıb”, guya aparılan araşdırma zamanı” Xankəndidə 1983-cü il təvəllüdlü K.Hovannisyanın “xroniki qida çatışmazlığından dünyasını dəyişdiyi” “məlum olub”. Guya camaat “acından ölür” və sair. Yaxşı, orada insanlar “acından ölürlər”sə, bəs onda bu tamaşalar niyə qoyulur? Bunlar bir tərəfdən teatr çıxarıb şou düzəldirlər, o biri tərəfdən də yazırlar ki, guya orada “ölüm aclığı” başlayıb. Heç gerçək su, qida çatışmazlığının hökm sürdüyü Afrikada qida çatışmazlığından bu qədər ölən yoxdur. O ölkədəki ki, doğrudan da orada insanların vəziyyəti dəhşətli dərəcədə ağırdır. Amma bunlar Xankəndinin ortasında “ölüm acılığı başladığından” dəm vururlar, halbuki belə bir şey yoxdur.
“Necə acından ölürlər ki, qondarma tearda tamaşa qoyurlar?”
“Müasdir İnkişaf” Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, separatçılar və onları himayə edənlər dünyanı çaşdırmaq üçün çox yanlış addımlar atırlar. Xankəndidə yaşayan ermənilərin aclıqdan əziyyət çəkməsi barədə separatçıların iddiasının heç bir əsası olmadığını deyən M.Göyüşlü bildirdi ki, G.Stepanyanın da yaydığı birbaşa dezinformasiyadır. “Bunlar necə acından ölürlər ki, tamaşa qoymaqdan, şou yaratmaqdan, restoranlara getməkdən əl çəkmirlər? Ermənilərin “blokada”ya alınması ilə bağlı yayılan iddiaların hamısı ucuz şoudur. Onlar növbəti dəfə beynəlxalq aləmdə erməni lobbisinin, iri dövlətlərin oyununa gəlirlər. Erməni lobbisi də böyük dövlətlərin, ayrı-ayrı xarici dairələrin, beynəlxalq təşkilatların, qüvvələrin maraqlarının ifadəçisinə çevrilib. Acından öləni teatr, şou, restoran maraqlandırmaz. Bunlar toy edirlər, restoranlarda, gecə klublarıbnda əylənirlər, zəngin süfrələr təqdim edirlər. Bu barədə videolar, fotolar var. Bütün bu faktlar bir daha təsdiqləyir ki, “blokada”, “ölüm aclığı” kimi iddialar şou və saxtakarlıqdan başqa bir şey deyil. Blokada olan bir ərazidə teatr tamaşasının qoyulması mümkünsüz bir işdir. Bunlar “humanitar fəlakət”lə üzləşiblərsə, pulları yoxdursa, yeməyə çörək tapmırlarsa, aclıqdırsa bu tamaşa məsələsini haradan ortaya çıxarıblar? Bütün bunlar hamısı saxta iddialardır” - deyə bildirən M.Göyüşlü qeyd etdi ki, Azərbaycan ordusunun gücündən nəticə çıxarmayıb yenidən təxribatlara hazırlaşan, saxta “Arsax” iddiaları ilə çıxış edən separatçıların davranışları onları fəlakətə aparır. O hesab edir ki, ermənilər separatçılıqdan əl çəkib Azərbaycan dövlətinin iradəsinə uyğun hərəkət etməlidir.
İradə SARIYEVA