Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rodni Dikson: "Okamponun emosional hesabatı kökündən yanlışdır"

Image


Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Ocamponun 7 avqust 2023-cü il tarixli ekspert rəyində irəli sürülən iddialar əsassız və tamamilə etibarsızdır. "Report" "Temple Garden Chambers" saytına istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, "Temple Garden Chambers" hüquq firmasının müşaviri Rodni Dikson bildirib.

Qeyd olunur ki, Azərbaycan müstəqil ekspert kimi M.Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi xahişi ilə R.Diksona müraciət edib: "Mənim tam qiymətləndirməm yaxın vaxtlarda dərc olunacaq. Məsələyə dair tam qiymətləndirməm tezliklə dərc olunacaq. Bununla belə, beynəlxalq hüquqda heç bir möhkəm əsası olmayan təxribat xarakterli belə iddiaların Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh danışıqlarına mane olmasına və bölgədə gərginliyi qızışdırmasına yol verilməməsi əhəmiyyət kəsb edir”.

Qeyd edilir ki, Okamponun hesabatı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə cavab vermir: "Hazırda Qarabağda soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükəli bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməməlidir. Rəydə aşağıda vurğuladığım müəyyən əsas çatışmazlıqlar mövcuddur".

R.Diksonun rəyində vurğulanır ki, Okamponun 30 iyul 2023-cü il tarixində X platformasında (əvvəllər "Twitter" kimi tanınan) açıqladığı kimi, onun rəyi “Artsax Prezidenti” kimi istinad etdiyi şəxsin müraciəti əsasında hazırlanıb: "O, Qarabağdakı etnik erməni separatçı qurumun qondarma rəhbəridir. Həmin qurumun 1990-cı illərdə Ermənistanın dəstəyi ilə hərbi güclə qanunsuz yaradılması yüz minlərlə azərbaycanlının qovulması nəticəsində baş verib. Onilliklər ərzində qurum beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunsa da, Ermənistan hökumətinin dəstəyi sayəsində mövcudluğunu qoruyub. Lakin 2020-ci ildə Azərbaycan 44 günlük müharibədən sonra sözügedən ərazinin bir hissəsini geri qaytarıb. O zamandan etibarən Ermənistan hökuməti beynəlxalq hüquqa uyğun olaraq, Qarabağın həqiqətən də Azərbaycan olduğunu açıq şəkildə tanıyıb. Beləliklə, qeyri-qanuni “Artsax” qurumu öz himayədarını itirib. Okampo kimi beynəlxalq hüquq müdafiəçisinin bu zəifləmiş administrasiyanın Ermənistan siyasətində itirilmiş mövqelərini bərpa etmək üçün göstərdiyi səylərə töhfə verməsi məyusedicidir. Moreno Okamponun bunu etmək həvəsində olarkən cəmi bir həftə ərzində öz rəyini verərək və “#StopArmenianGenocideinArtsakh” və “StopArmenianGenocide2023” həştəqlərini yerləşdirərək öz təhlilini qabaqcadan hazırlamaqla kifayətlənməsi sual doğurur.

Bütün bunlar, müstəqil və ədalətli ekspertin metodologiyası deyil. Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlardan siyasi məqsədlər üçün istifadə olunmasına xidmət etməsi təəssüf doğurur".

İkincisi, deyilir ki, M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımının” əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur. Rəydə “soyqırımının” tərifini vermək yaxşı ola bilər, lakin bu, heç bir dəlil və əsas olmayan şəraitdə məsələni irəli aparmaq iqtidarında deyil:

"Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) “Xorvatiya Serbiyaya qarşı” işində izah olunduğu kimi, “soyqırımı iki tərkib elementi ehtiva edir: fiziki element, yəni törədilən əməl və ya “actus reus” və psixoloji element və ya “mens rea”. İlk növbədə fiziki elementi götürsək, Okamponun fikrincə, belə görünür ki, Azərbaycanın Qarabağla Ermənistanı birləşdirən dağ yolu olan “Laçın dəhlizini” “bağlaması” və bununla da Qarabağın etnik erməni sakinlərini həyati ehtiyaclarından məhrum etməsi səbəbindən “soyqırımı” mövcuddur. Rəyə əsasən, bu “fakt” Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya ilə bağlı Ermənistan və Azərbaycan arasında aparılan icraatlarda aşkar edilib. Hətta bütün bu işlərin (birinin Azərbaycanın Ermənistana qarşı, digərinin isə Ermənistanın Azərbaycana qarşı qaldırdığı) heç də “soyqırımı” ilə bağlı olmadığını söyləsək belə, məhkəmənin Azərbaycan tərəfindən belə bir blokadanın olduğunu fakt kimi müəyyən etdiyini söyləmək yanlışdır.

Məhkəmənin ən son açıqlamalarını Ermənistanın qaldırdığı iş üzrə 6 iyul 2023-cü il tarixli qərarında tapmaq olar. Bu qərar “Azərbaycanın hərbi keçid məntəqələri yaratmaqla Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinə əsaslı şəkildə maneə törətməsi” ilə bağlı Ermənistanın iddiasına cavab olaraq verilib. Qərarda Ermənistanın iddiasında faktiki uyğunsuzluqlar qeydə alınıb və belə nəticəyə gəlinib ki, Məhkəmə “Laçın dəhlizi” ilə bağlı artıq verdiyi qərara dəyişiklik edilməsini əsaslandırmaq üçün hər hansı bir fərqli şəraitin mövcud olduğunu müəyyən edə bilməyib. Qeyd edək ki, bu son qərar Moreno Okampo tərəfindən ümumiyyətlə xatırlanmır.

Məhkəmə 2023-cü ilin fevralında vəziyyətlə bağlı daha əvvəlki qərarında sadəcə olaraq “12 dekabr 2022-ci il tarixində Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin “pozulduğunu” ifadə edirdi və buna görə də Azərbaycan “Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün öz ixtiyarında olan tədbirləri görməyə” çağırılırdı. Məhkəmənin istər Moreno Okampo rəyinin istinad etdiyi etirazlar (hansı ki, Ermənistanın Məhkəməyə izah etdiyi kimi artıq baş vermir), istərsə də müzakirə etdiyi sərhəd buraxılış məntəqəsi ilə bağlı konkret qərarlar açıqlamadığı məlumdur. Məhkəmə nə Ermənistanın, nə də Azərbaycanın aralarında gedən icraatlarla bağlı verdiyi qərarlara əməl edib-etmədiyi barədə açıqlama verməyib.

Beləliklə, M.Okampo rəyi məhkəmənin icraatlarını tamamilə yanlış təqdim edir".

R.Diksonun hesabatında əks olunur ki, beynəlxalq hüquq məsələsi kimi yüksək hədd olan soyqırımının müəyyənedici elementini – qrupu tamamilə və ya qismən fiziki cəhətdən məhv etmək niyyətini əsaslandırmaq üçün heç bir sübut yoxdur. Rəydəki istinadlar bu əsas tələbə cavab vermir. Heç bir sübut olmadan ekspert tərəfindən soyqırımı ittihamlarının irəli sürməsi tamamilə yanlışdır.

"Psixoloji elementə gəlincə, Moreno Okampo rəyi BƏM-in qəti şəkildə bəyan etmədiyi məsələlər əsasında onun mövcudluğunu “qeyd etməyə” – yəni yanlış nəticə çıxarmağa çalışır. Bu, açıq şəkildə “soyqırımı” üçün tələb olunan xüsusi niyyətin, yəni “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin” olub-olmadığını müəyyən etməyə çalışmaq üçün qeyri-münasib üsuldur (Məhkəmənin Xorvatiya Serbiyaya qarşı işində izah etdiyi kimi). Hətta, məhkəmə rəyin nəzərdə tutduğu nəticələri çıxarmış olsaydı belə, konkret niyyətin mövcudluğu onlardan çıxarıla bilən yeganə “ağlabatan nəticə” olmazdı və buna görə də Rəyin bu barədə gəldiyi nəticə “Xorvatiya Serbiyaya qarşı” işindəki qərar kontekstində dəstəklənməzdi", - hesabatda bildirilir.

Ekspert deyir ki, Azərbaycan Roma Statutuna tərəf deyil və rəy dolayısı ilə qəbul etdiyi kimi, Qarabağ da daxil olmaqla, öz ərazisinə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməyib.

"Üstəlik, rəy istinad etdiyi “faktlar”da açıq şəkildə selektiv yanaşma tətbiq edir. O, misal üçün, Azərbaycanın Qarabağın etnik erməni sakinlərini təmin etmək üçün alternativ marşrut (“Ağdam-Xankəndi marşrutu”) təklifinə toxunmur, baxmayaraq ki, bu, rəyin iddia etdiyi kimi, açıq şəkildə həmin sakinlərin “fiziki məhvinə səbəb olan həyat şəraitinin” Azərbaycan tərəfindən “qəsdən tətbiq edilib-edilməməsi” məsələsinə aiddir", - Dikson qeyd edib.

Ekspert əlavə edib ki, rəyin nəticələrini açıq şəkildə sual altına alan müvafiq faktiki hallar rahat şəkildə ört-basdır edilir və qeyd olunmur. Beləliklə, rəy balanslaşdırılmış və hərtərəfli ekspert hesabatı olmaqdan çox uzaqdır:

"Okamponun rəyi öz təhlilində natamam və qeyri-dəqiqdir. Buna görə də onun yaxından və diqqətlə yoxlanılması vacibdir. Onun sərtliyinin Azərbaycan və Ermənistanın sülh axtarışında olan hökumətləri arasında əsassız ziddiyyət yaratmasına imkan vermək olmaz. Əvəzində onun nəşri bütün tərəflərə və beynəlxalq ictimaiyyətə beynəlxalq hüquqa uyğun olaraq davamlı sülhü təşviq etmək üçün səylərini ikiqat artırmağa təkan verməlidir. Bütün bu səbəblərdən, regiondakı tərəflər və beynəlxalq ictimaiyyət Moreno Okampo rəyinin iddia edilən nəticələri və tövsiyələrinə qarşı ehtiyatlı olmalıdırlar".

Rodni Dikson aparıcı hüquqşünas və beynəlxalq hüquq üzrə ekspertdir. O, keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunallarından (ICTY/ICTR) başlayaraq bütün beynəlxalq cinayət məhkəmələri və tribunallarında həm ittiham, həm də müdafiə tərəfini təmsil edib. O, Beynəlxalq Cinayət Məhkəməsi qarşısındakı işlərdə, o cümlədən Sudanda prezident Bəşirə qarşı iddia edilən soyqırımı işi, Liviyanın keçmiş kəşfiyyat rəhbərinin işi, Şərqi Türküstan hökumətinə qarşı sürgündə olan uyğurların soyqırımı iddiası təcrübəyə malikdir. Rodni həm də Camalın dul qadınını təmsil edir. Hazırkı rəhbəri Kərim Xan ilə o, beynəlxalq cinayət məhkəmələri üzrə aparıcı dərsliyin həmmüəllifidir. "Temple Garden Chambers", London və Haaqada təcrübə keçir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ