Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan ədliyyəsi ermənilərin Bakı və Naxçıvandan "deportasiya şousuna" başladı - İcmamıza uğursuz cavab...

Image


Bu gün Ermənistan sülh prosesini uzatmaq üçün müxtəlif təxribatlara əl atır. Qondarma "qaçqın", "deportasiya" iddiaları ilə çıxış edən Ermənistanın rəsmi qurumları bununla dünyanın diqqətini öz cinayətkar əməllərindən yayındırmağa çalışır.

 Qərbi Azərbaycan İcması beynəlxalq qurumlara müraciət edərək, onları Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtması üçün tədbirlər görməyə çağırır. Əlbəttə, azərbaycanlıların geri qayıtmaq hüququ var və bu bütün beynəlxalq sənədlərdə təsbit olunub. Azərbaycanda bu istiqamətdə Qərbi Azərbaycan İcması tərəfindən işlər görüldüyü bir vaxtda Ermənistanda da "canlanma" yaranıb. Azərbaycanın haqlı mübarizəsinə qarşı öz uğursuz iddialarını irəli sürən ermənilər özlərini növbəti dəfə biabır edib. Belə ki, Ermənistan Ədliyyə Nazirliyində Azərbaycandan "deportasiya olunmuş" erməni "qaçqınların" geri qayıtmaq  "hüququ" məsələsinin müzakirə olunduğu barədə məlumat yayılıb. 

Ədliyyə nazirinin müavini Karen Karapetyan "1988-1992-ci illərdə", eləcə də 44 günlük müharibə dövründə "Azərbaycan SSR-dən, Naxçıvandan və "Dağlıq Qarabağdan" "məcburi köçkün" düşmüş erməni "qaçqın" və "məcburi köçkünlərin" "problemləri" ilə məşğul olan ictimai təşkilatların nümayəndələrini qəbul edib.

İddia edilib ki, guya 2020-ci ildə baş verən müharibədə "onlarla erməni deportasiya edilib". Görüşdə "deportasiya edilmiş" erməni "qaçqınların" hüquqi statusu" və geri qayıtmaq "hüququ" ilə bağlı məsələlər müzakirə edilib.

Göründüyü kimi, ermənilər saxta deportasiya şousuna başlayır. Məsələ ilə bağlı mövqe bildirməsi üçün Qərbi Azərbaycan İcmasına sorğu göndərdik, sorğumuza cavab almadığımız üçün mövzunu ekspertlə müzakirə etdik. Qurumun mövqeyini də öyrənməyə çalışacağıq. 

  • "Görünür, artıq beynəlxalq qurumlar Ermənistana təzyiq edir ki, Qərbi azərbaycanlıların hüquqlarını bərpa etsin, Ermənistan da öz vəzifəsini icra etmək əvəzinə bizə qarşı qondarma iddialarla çıxış edir"

AVCİYA-nın vitse-prezidenti, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində "Ermənilər  çalışırlar ki, həmişə məqam və fürsət düşəndə saxta iddialardan istifadə etsinlər. Hər zaman saxta, əsassız bir  iddia ortaya atıblar və hər dəfə də biz onlara əsaslı cavab vermişik.

Bu dəfə biz irəli düşmüşük. Bilirsiz ki, bizə qarşı ənənəvi olaraq erməni yalanları, iftiralar olub, biz isə ayılıb sonradan cavab vermişik, hətta bir çox hallarda gecikmişik də. Amma Qərbi Azərbaycan İcmasının azərbaycanlıların hüquqlarının bərpası istiqamətində fəaliyyətilə bu dəfə biz irəli düşmüşük və artıq icma dünyanın müxtəlif beynəlxalq qurumlarına, o cümlədən də Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra indi də sərhədlərin müəyyənləşməsi prosesi gedir. Azərbaycan artıq Zəngəzur dəhlizinin açılması məsələsini gerçəkləşdirəcək. Son zamanlar Qərbi Azərbaycan İcması soydaşlarımızın öz torpaqlarına qayıtması, onların pozulmuş hüquqlarının bərpa olunması istiqamətində fəaliyyətə başlayıb. Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları olub, ermənilər həmişə bu iddia ilə çıxış ediblər. Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyətinin get-gedə genişlənməsi erməniləri təşvişə salıb.

Biz bu icmanı çoxdan yaratmalı idik. Amma gec də olsa yarandı, artıq müsbət fəaliyyəti də mövcuddur. Ermənistanın yalandan "Naxçıvandan deportasiya edilən ermənilər"in olduğunu iddia etməsi çox gülüncdür. Bu tamamilə uydurma bir iddiadır. Guya ermənilər bizim ərazilərdən "deportasiya edilib", onların "hüquqları" pozulub kimi mənasız iddialarla  Qərbi Azərbaycan İcmasının fəaliyyətinə cavab vermək istəyirlər..."-deyə bildirdi. 

M.Zülfüqarlının sözlərinə görə, ermənilərin "istinad" etdiyi mənbələr uydurmadır və Naxçıvanın onlara aidiyyəti yoxdur, Naxçıvandan ermənilər deportasiya olunmayıblar. "1828-ci ilin mart ayının 21-də, Novruz bayramı günü Çar Rusiyası İrəvan, Naxçıvan xanlıqları ərazisi və Ordubad mahalında, yəni bizim üç ərazidə "erməni vilayəti" yaradıb. Yəni onlar həmişə ona "istinad" ediblər ki, burada erməni vilayəti" olub, bura zaman-zaman ermənilər köçürülüb və sair. İrəvan Ermənistanın paytaxtı olduğu üçün onun adını çəkmirlər, Naxçıvana isə bu cür iddia edirlər. 

Bədnam Türkmənçay müqaviləsinə qədər onlar burda yox idilər. İndi durub qondarma tarix yaradıblar. 

Qərbi Azərbaycan İcmasının fəaliyyəti onları narahat edir və bu səbəbdən də növbəti saxtakarlığı əl atırlar. Guya icmaya alternativ icma yaradıblar, amma onların yaratdığı təşkilatlatın heç bir mənası yoxdur. Qərbi Azərbaycan İcması qarşıya qoyduqları hədəfə tam olaraq çatacaq və erməni yalanları tamamilə iflasa uğrayacaq. Guya öz aləmlərində Azərbaycana təzyiq göstərmək istəyirlər, amma bu mümkün olmayacaq. Görünür, artıq beynəlxaq qurumlar Ermənistana təzyiq edir ki, Qərbi azərbaycanlıların hüquqlarını bərpa etsin, Ermənistan da öz vəzifəsini icra etmək əvəzinə bizə qarşı qondarma iddialarla çıxış edir. Ermənilər deportasiya edilməyib, onlar azərbaycanlıları deportasiya ediblər" - deyə M.Zülfüqarlı qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ