Bazar ertəsi günü, 09 noyabr 2026
     

Laçın yolu, Cənubi Qafqazın geosiyasi açarı, İlham Əliyevin "yekun partiyası", yarımçıq suverenlikdən qurtuluş düsturu... - Aydın QULİYEV yazır...

Image


Bilmirəm Ermənistanın siyasi rəhbərliyi və strateqləri Laçın yolunun "blokdan(?) çıxarılmasına dəstək"  barədə" separatçı rejimin və İrəvan rəsmilərinin Kremlə etdikləri müraciətlərə müsbət və əməli cavab veriləcəyinə hələ  inanırlarmı? Onlar inanırmı ki, Kreml hakimiyyəti Laçın yolu ilə bağlı hazırkı mübahisəli vəziyyətin tam aradan qaldırılmasında və stabil vəziyyətin bərqərar edilməsində maraqlıdır? Mübahisənin mahiyyətinə bir daha nəzər salaq..

Ermənilər iddia edir ki, yol blokdadır, biz iddia edirik ki, gec-tez Laçın yolu Xankəndi ilə birlikdə Azərbaycanın suveren nəzarətinə qayıtmalı idi və Laçın yolu sahibsiz torpaq kimi "çölə - içəri" daşımaların məkanı kimi əbədi açıq qala bilməzdi. Sirr deyil - ermənilərin istəyi Laçın yolunu 31  illik işğal dövrünün iş rejiminə qaytarmaqdır. Ermənilərin bütün "blokada və genosid oyunu" bunun başındadır. Təbii ki, biz bunu qəti olaraq qəbul etməyəcəyik. Hər kəsin başa düşməsi üçün bunu da açıq deyək ki, Laçın yolunda Azərbaycanın 23 aprel - 15 iyun aralığındakı hadisələrə uyğun tətbiq etdiyi rejim suveren dövlətin siyasətinə əsil uyğun addımdır və bu rejimi istəyərəkdən, ya istəməyərəkdən hamı qəbul etsə, bu o demək olacaq ki, 44 günlük müharibədən geriyə qalmış problemlər də həll olundu və rus sülh korpusu yığışıb bölgədən getməlidir. İndi baxın, Rusiya bunu istəyərmi? Təbii ki, yox.

Rusiya üçün ən məqbul variant 44 günlük müharibənin ardından qalmış mübahisəli məsələlərin həll prosesinin mümkün qədər uzanmasıdır. Bu, sərhədlərin delimitasiyasına, sülh sazişinin imzalanmasına, Qarabağ sakini ermənilərin təhlükəsizliyi deyilən məsələdə vahid mövqeyə gəlinməsinə və əlbəttə ki, Laçın yolundakı vəziyyətin stabilləşməsinə aid məsələdir.

Bu təhlildə Laçın yolunun məsələsi əsas mövzumuzdur. Yaxın ayların çox aydın bir faktını yada salım. Bu ilin 19 mayında Moskvada Bayramov-Lavrov-Mirzoyan görüşündən sonra Lavrov nə dedi? - Nə qədər ki, sərhədlər delimitasiya olunmayıb, kommunikasiyalar açılmayıb, sərhədlərdə davamlı sabitlik təmin olunmayıb, Laçın yolunda sabit vəziyyət yaranmayıb, sülh sazişinin bir çox maddələrini razılaşdırmaq çətin olacaq. Lavrovun sözləridir. Gördünüzmü, cənab Lavrovun bu açıq bəyanatı bir daha sübut edir ki, Laçın yolunda vəziyyətin qeyri-müəyyən, gərgin saxlanması Rusiyanın planlarına cavab verir. Çünki Laçın yolunda vəziyyət barədə ümumi anlaşmanın olmaması Rusiyaya qalan bütün problemlərin həllini uzatmaq imkanı yaradır. Kimə deyirsən gəlin sülh sazişini, ya Naxçıvana yolu müzakirə edək, cavab verir ki, əvvəlcə Laçın yolunun məsələsinə baxaq.

Rusiya Laçın yolu ilə bağlı gərginliyin ümumi anlaşma variantına çevrilməsində qəti maraqlı deyil, olsa- olsa Rusiya Ermənistanı özündən sonadək qırmamaq üçün Laçın yolu ilə Xankəndiyə BQXK-nın maşınlarından əlavə müəyyən miqdarda mülki tələbat mallarının daşınmasına icazə verilməsini istəyər. Heç şübhəsiz ki, buna da Azərbaycan razılaşmaz və razılaşmamalıdır.

Demək, indi Kreml üçün mümkün məqbul variant Laçın yolunda hazırkı status-kvonu mümkün qədər saxlamaqdır.

Rusiyanın bölgədə ermənilərin əli ilə müharibəni yenidən qızışdırmaq imkanı da var, ancaq bunun baş verməsi hazırda Kremlin strateji maraqlarına cavab vermir, çünki yeni müharibənin başlayacağı təqdirdə məlum qeyri-region güclərinin prosesə qoşulacaqlarını bilir, onu da anlayır ki, bu halda başlanmış müharibəni bitirmək imkanı daha Rusiyanın əlində qalmayacaq. Yəni müharibəni mən başladım, mən də bitirim prinsipi olmayacaq. 

Əksinə, bölgəmizdə Qərbin, o cümlədən Fransanın yeni müharibədə marağı olsa da, onların əlində bu müharibəni yenidən başlatmaq imkanı yoxdur, belə ki, Ermənistanın üzərində bu qədər təsirləri yoxdur, Azərbaycan isə bölgədə özgə oyunlarının icraçısı olmadığını artıq kəsinliklə sübut edib.

Hazırda Rusiya və Ermənistan hakimiyyətləri iki məsələ üzərində sanki razılaşmış tərəflər kimi hərəkət edirlər.

1. Qərbin vasitəçiliyi ilə əldə olunmuş razılaşmalardan, xüsusən də Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından Ermənistanı geri çəkmək... Çünki Qarabağın Azərbaycan ərazisi kimi tanınması Rusiyanın bölgədə uzaqlara tuşlanmış planını pozmaqla bərabər həm də ona gətirib çıxarıb ki, geosiyasi müharibənin bu səhnəsində Qərbə faktiki olaraq uduzub.

2. Azərbaycanla Ermənistanın arasında sülh sazişinin hazırkı şəraitdə imzalanmasının mümkünsüzlüyünü təlqin edir. Rusiya özünün bu tezisi ilə Ermənistana "Mən çəkdiyim çərçivədən daha kənara çıxma" mesajını verir, Azərbaycanı isə qorxutmağa çalışır ki, bu şəraitdə sülh imzalansa müharibə ola bilər. Təbii ki, Azərbaycanı qorxutmaq perspektivi böyük deyil, ancaq Azərbaycanın qorxub-qorxmaması burada həlledici deyil, çünki Ermənistan sazişə qol qoymasa, Azərbaycan özü-özü ilə saziş imzalamalı deyil ki...

3. Hazırkı geosiyasi müharibənin Rusiyanın əlində olmayan, ondan asılı olmayan 3-cü təzahürü isə odur ki, Qərbdə erməni lobbisinin təsiri altındakı görüntü ilə əslində geosiyasi mərkəzlərin təsirindəki media orqanlarının Azərbaycana qarşı başladıqları yeni kampaniyadır. Azərbaycanda "o var, bu yoxdur", "İbadoğlu elə tutuldu, belə tutuldu", "dini azadlıqlar elə məhdudlaşdırıldı, belə məhdudlaşdırıldı", Laçın yolu "genosid blokadasına alındı" kimi birbaşa ittihamları Azərbaycana və şəxsən Prezident İlham Əliyevin üstünə yönəldirlər. Əslində Qərb üçün də hədəf Laçın yoludur, son həftələrdə Qərb mediasında Azərbaycana qarşı gücləndirilmiş çıxışların əsas motivi budur. Məqsəd heç də Laçın yolunda vəziyyəti stabilləşdirmək deyil. Məqsəd ilk növbədə Laçın yolu ilə bağlı Rusiyanın oyun taktikasını pozmaq, onun birmənalı şəkildə nə Rusiyanın, nə də Azərbaycanın nəzarətində qalmasına imkan verməmək, bütün Cənubi Qafqazın "STRATEJİ AÇARINA" çevrilməkdə olan Laçın probleminin heç olmasa bir qulpundan tutmaqdır. Hazırda regional vəziyyət o nöqtəyə çatıb ki, Laçın yolu ilə bağlı məsələnin heç olmasa bir qulpundan yapışa bilməyənin bu bölgədən tamam yığışıb getmək təhlükəsi var. Rusiya da bunu istəmir, Qərb də istəmir, bölgədə Qərbsiz və Rusiyasız Azərbaycanla təkbətək, üz-üzə qalmaqdan qorxan  Ermənistan da istəmir.

İstəyən tək Azərbaycandır, bu çox çətin istəyin reallaşmasının həlledici şərti isə Laçın yolunun tam şəkildə Azərbaycanın suverenliyi altında qalmasının hamıya qəbul etdirilməsidir.

Təhlillərimə görə, İlham Əliyev bu strategiya üzrə dəqiq yoldadır, Azərbaycanın bəzi iç məsələləri ilə bağlı Qərbdən gələn tənqidlərin hədəfi Prezidentin diqqətini az da olsa bu strategiyadan yayındırmaq, ya da heç olmasa onu müəyyən kompromislərə razı salmaqdır. Heç təsadüf deyil ki, Qərb formatları çərçivəsindəki müzakirələrdə də Azərbaycanı və Ermənistanı kompromislərə çağıran fikirlər var, Moskvadakı müzakirələrdən də sonra belə çağırışları eşidirik.

Qərb də, Rusiya da Laçın yolu məsələsində İlham Əliyevdən güzəşt umurlar. Bu təmənna "erməni sevgisi (?)" ilə əsla bağlı deyil. İkisinin də öz strateji maraqları var. Qərbin istədiyi güzəştə nail olmaq üsulu Azərbaycanın məlum daxili siyasi məsələlərini tənqid etməklə İlham Əliyevə təzyiq etməsidir. Rusiyanın istədiyi güzəştə nail olmaq üsulu isə "hazırda sülh sazişi mümkün deyil" mesajları ilə İlham Əliyevə basqı göstərməkdir.

Bəs nə etməli? İstənilən tərəfin xeyrinə ediləcək güzəşt Laçın yolu üzərində Azərbaycanın suveren hüquqlarının hansısa hissəsinin qurban verilməsi demək olacaq. Demək, bu situasiyadan qalib, ya məğlub kimi çıxmaq tək Prezidentin yox, bütün Azərbaycanın işidir. Laçın yolunun tam Azərbaycanın suveren nəzarətinə keçməsi Qarabağda separatizmin nəfəsinin kəsilməsi deməkdir. Yoxsa İrəvandan istədikləri köməyi istənilən vaxt gen-boluna almaq imkanları olsa, separatçılar üzərində son qəti qələbəni çala bilmərik. Laçın yolunda ötən ilin dekabrın 12-də başladılmış və bu ilin 23 aprelində "KPP"-nin yaradılması ilə nəticələnmiş proses İlham Əliyevin mübaliğəsiz böyük strategiyasıdır. Bu strategiya öz məzmunu və hədəfləri etibarilə 44 günlük müharibənin özü kimi əhəmiyyətlidir. Əgər müharibə ilə Ermənistanı ölkəmizdən çıxara bildiksə, "KPP"-nin quraşdırılması Xankəndidə separatizmin son yuvasının məhvi prosesinin başlanğıcını qoydu. 44 günlük müharibənin başladığı 27-28 sentyabr günlərində onun nə ilə bitəcəyini çoxları bilmirdi, İlham Əliyev bilirdi. Ötən ilin dekabrında Laçın yolunda ekohərəkat başlananda onun nə ilə bitəcəyini də çoxları bilmirdi, İlham Əliyev bunu da bilirdi, çünki indiyə qədər bölgəmizdə Azərbaycanın əleyhinə qurulmuş bütün oyunların bitirilməsinə yönəlik " yekun  partiyanın" müəllifi İlham Əliyev özüdür. Bu gün Laçın yolu ətrafında gedən "geosiyasi müharibə"nin nə ilə bitəcəyi də Azərbaycan Prezidentinin "yekun partiya" dediyimiz planlarının tərkib hissəsidir .

Yetər ki, onu "yekun partiyanın" əsas hədəfindən yayındırmağa çalışanların kənar təzyiqləri qarşısında Prezidentin təklənməsinə imkan verilməsin... Laçın yolunda tam suverenlik Azərbaycanın Qarabağ üzərində tam suverenliyi deməkdir. Laçın yolunda yarımçıq suverenlik ola bilməz... Yarımçıq suverenlikdən qurtuluş düsturu "yekun partiyadadır"...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ