Bazar ertəsi günü, 09 noyabr 2026
     

İcma BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət etdi

Image


Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət edib.

Müraciətdə deyilir:

"Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməli, qayıdış hüququmuz təmin edilməlidir.

Qərbi Azərbaycan İcması bu yaxınlarda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə ünvanladığı məktubda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində insan hüquqlarının miqyaslı şəkildə pozulması və Ermənistanın qovulmuş azərbaycanlıların öz evlərinə qanuni şəkildə qayıtmasına mane olması barədə məlumat vermişdir. İcma Ali Komissarı bu insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləmə, zorakılıq, mədəni-tarixi irsin məhv edilməsi və qovulanların təhlükəsiz geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırıb. İcma həmçinin beynəlxalq ictimaiyyətin diqqətini sözügedən insan haqları pozuntulara cəlb etmək və məsələnin BMT-nin İnsan Hüquqları Şurasının müzakirəsinə çıxarılması üçün Ali Komissarın dəstəyini xahiş edib.

Surəti BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının, İqtisadi və Sosial Şurasının, İnsan Hüquqları Şurasının sədrlərinə, insan hüquqları sahəsində müqavilə ilə təsis edilmiş beynəlxalq qurumların rəhbərlərinə və müvafiq xüsusi mandat sahiblərinə göndərilmiş məktubda aşağıdakılar bildirilir:

“Ermənistandan zorla qovulmuş azərbaycanlılar adından dərhal beynəlxalq müdaxiləni tələb edən kütləvi, aktual və ciddi narahatlıq doğuran insan hüquqları problemini diqqətinizə çatdırmaq üçün Sizə müraciət edirik.

Azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması, insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl gətirməklə, beynəlxalq konvensiya və müqavilələrə zidd insan hüquqlarının çoxsaylı və kobud pozuntulara səbəb olub. Ermənistan orada yaşamış azərbaycanlılara qarşı qırğın, terror, hədə-qorxu törətməklə, onların əmlaklarını qanunsuz ələ keçirməklə, onları təhlükə və ya az dəyərli varlıqlar kimi qələmə verən sistemli təbliğat və insanlıqdan məhrumetmə kampaniyası aparmaqla, onların hərəkət azadlığını və resurslara çıxışını məhdudlaşdırmaqla etnik təmizləmə aparıb, Ermənistan hakimiyyət orqanları, həmçinin, azərbaycanlıların qəbiristanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıb. Ermənistan hökuməti bunları törədib azərbaycanlıları fiziki olaraq didərgin salmaqla kifayətlənməyib, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd edib.
1987-91-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə nəticəsində bu gün həmin ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan qovduğu yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu təmin etməkdən imtina etməklə, onların iztirablarını daha da artırır. Ermənistan dəfələrlə etdiyimiz çağırışlara rəğmən, bizimlə insan hüquqlarımız mövzusunda dialoqa başlamaqdan belə qəti şəkildə imtina edir.
Azərbaycanlıların Ermənistandan zorla qovulmaları və Ermənistanın onların tarixi vətənlərinə geri qayıtmasına imkan verməməsi aşağıda göstərildiyi kimi, çoxsaylı fundamental insan hüquqlarının kobud şəkildə pozuntusudur.

Ayrı-seçkiliyə məruz qalmamaq hüququ

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi mənfur etnik təmizləmə Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (Maddə 2) və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda (Maddə 26) təsbit edilən ayrı-seçkiliyə məruz qalmamaq hüququnun kobud şəkildə pozulmasıdır. Bu hərəkətlər həm də müxtəlif beynəlxalq konvensiyalarda, o cümlədən “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktda və ən əsası, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyada (2 və 4-cü Maddələr) qeyd olunan öhdəliklərə tamamilə ziddir. Qanun qarşısında bərabərlik hüququ

Azərbaycanlıların Ermənistandan zorla qovulması onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda təsbit olunmuş qanun qarşısında bərabərlik prinsipi hüququnu kəskin şəkildə pozur. Bu pozuntu xüsusilə onların sırf etnik mənsubiyyətinə görə öz ata-baba yurdlarına qayıtmaq hüququnun inkar edilməsində özünü göstərir. Ermənistanın hərəkətləri “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın bütün şəxslərin qanun qarşısında bərabər olduğunu və ayrı-seçkilik olmadan qanunla bərabər müdafiə olunmaq hüququnu təmin edən 26-cı maddəsinə açıq şəkildə ziddir. Yaşamaq, azadlıq və təhlükəsizlik hüququ

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6 və 9-cu maddələrində, “Avropa İnsan Hüquqları Konvensiyası”nın 5-ci maddəsində və insan həyatının toxunulmazlığını, təhlükəsizlik və şəxsi azadlıq kimi fundamental dəyərləri qoruyan çoxsaylı digər beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu kimi, onların yaşamaq, azadlıq və təhlükəsizlik hüquqlarını da pozub. Azərbaycanlılar qətllərə, əsassız həbslərə məruz qalıblar. Onlar öz icmalarından, ailələrindən və dolanışıq vasitələrindən qoparılmış və nəticədə dərin emosional və psixoloji sarsıntı keçiriblər. Kütləvi qovulmanın doğurduğu zorakılıq, qəfil köçkünlük və sonra yaşanmış travmalar təməl hüquqlara ciddi xələl gətirmişdir.

İşgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmama hüququ

Ermənistan tərəfindən azərbaycanlılara qarşı geniş şəkildə tətbiq olunmuş işgəncə, ləyaqəti alçaldan cəza və qeyri-insani rəftar yolu ilə həyata keçirilmiş etnik təmizləmə Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (2 və 5-ci maddələr) və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda (7 və 26-cı maddələr) nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verməmək hüququnun kobud şəkildə pozulmasıdır. Bu hərəkətlər birbaşa olaraq beynəlxalq konvensiyalar, o cümlədən “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt və ən əsası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (2 və 4-cü Maddələr) çərçivəsində qəbul edilmiş öhdəliklərə qarşı çıxır. İşgəncə və ləyaqəti alçaldan rəftardan istifadə həmçinin Ermənistanın da tərəf olduğu “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyada əksini tapmış mütləq qadağaları pozur.

Məcburi şəkildə yoxa çıxmadan müdafiə hüququ

Ermənistanda yaşamış çoxlu sayda azərbaycanlının etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşməsi kimi ciddi narahatlıq doğuran faktı vurğulamaq lazımdır. Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr bu cür hallara məruz qalmamağa dair fundamental hüququn açıq şəkildə pozulmasıdır. Bu hüquq insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (Maddə 3), “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda (Maddə 9) və “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə Beynəlxalq Konvensiya”da təsbit edilmişdir. Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir. Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir.

Vətəndaşlıq hüququ

Azərbaycan əhalisinin Ermənistandan zorla qovulması onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda təsbit olunmuş vətəndaşlıq hüququnun da kobud şəkildə pozulmasına səbəb olub. Ermənistanın hərəkətləri ölkədən qovulmuş azərbaycanlıları faktiki olaraq milli mənsubiyyətindən məhrum etmək və onları hüquqi kimlik və müdafiədən məhrum etməklə vətəndaşsızlıq vəziyyətinin ağırlaşmasına səbəb olub. Bu narahatedici xoşagəlməz vəziyyət hər kəsin vətəndaşlıq hüququ olduğunu və ondan özbaşına məhrum edilmənin yolverilməz olduğunu birmənalı şəkildə bəyan edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsi ilə ziddiyyət təşkil edir. Ermənistanın Azərbaycan əhalisinin qayıtmasına və onların öz vətənlərində vətəndaşlıq hüquqlarından istifadəsinə icazə verməkdən israrlı şəkildə imtina etməsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərə birbaşa ziddir.

Effecktiv hüquqi müdafiə vasitələri hüququ

Qovulmuş azərbaycanlı əhalinin geri qayıtmaq hüququndan məhrum edilməsi onların “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda təsbit edilmiş effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnu da açıq şəkildə pozur. Nəticədə, Ermənistandan olan azərbaycanlılar məruz qaldıqları zərərə görə öz qanuni vətənlərində hüquqi müdafiə əldə edə bilmirlər. Bu, onların vəziyyətini daha da çətinləşdirir. Ermənistanın bu inkarçı mövqeyi təkcə onların “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində təsbit edildiyi kimi ədalətli və qərəzsiz proses hüququnu pozmur, həm də Paktın və digər beynəlxalq sənədlərin müdafiə etməyə çalışdığı ədalət və hesabatlılığın əsas prinsiplərinə birbaşa ziddir. Beynəlxalq ictimaiyyətin müdaxiləsi Ermənistanın “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktdan irəli gələn öhdəliklərini yerinə yetirməsini təmin etmək, məcburi köçkün azərbaycanlı əhalinin səmərəli müdafiə vasitələrinə çıxışını təmin etmək, onların geri qayıtması və hüquqlarının bərpasını asanlaşdırmaq üçün zəruridir. Bu ağır pozuntunun aradan qaldırılması qurbanların ədalət məhkəməsinə çıxışını bərpa etmək və beynəlxalq insan hüquqları hüququ ilə təsdiq edilən insan hüquqları və hesabatlılıq prinsiplərini praktikada təsdiqləmək üçün vacibdir.

Ailə həyatına hörmət hüququ

Azərbaycan əhalisinin zorla qovulması nəinki böyük iztirablara səbəb olub, həm də onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt və çoxsaylı digər sənədlərlə qorunan prinsip olan ailə həyatı hüququnu dərindən pozub. Qovulma səbəbindən ailələrin və icmaların ayrılması Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 23(1) maddəsində tanındığı kimi, onların ailə birliyi hüququnun ağır şəkildə pozulması ilə nəticələnmişdir. Bu pozuntu sadəcə fiziki yerdəyişmədə ilə bitmir, öz yaxınlarından və öz icmalarından qoparılan fərdlərin məruz qaldığı emosional sıxıntı və psixoloji ağrıları əhatə edir. Qayıtmaq hüququnun inkar edilməsi qohumluq əlaqələrinin kəsilməsinin səbəb olduğu ağrını davam etdirməklə bu pozuntunun nəticələrini daha da ağırlaşdırır. Ermənistanın müvafiq konvensiyalar üzrə öz öhdəliklərini yerinə yetirməsini təmin etmək, zorla qovulma nəticəsində dağılmış icmaların bərpasını asanlaşdırmaq üçün beynəlxalq ictimaiyyətin müdaxiləsi mütləqdir. İnsan hüquqlarının bu cür ciddi şəkildə pozulmasının aradan qaldırılması, zərər çəkmiş azərbaycanlı əhalinin çəkdiyi ölçüyəgəlməz əzabın yüngülləşdirilməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda təsbit olunmuş ailə birliyinin və rifahın vacibliyini bir daha təsdiqləmək üçün vacibdir.

Uşağın ən yaxşı mənafeyi prinsipi

Azərbaycanlıların Ermənistandan zorla qovulması həm də “Uşaq hüquqları haqqında” Konvensiyada qeyd olunduğu kimi, uşaqların hüquqlarını kobud şəkildə pozur. Konvensiyanın 3-cü maddəsində təsbit olunmuş uşağın ən yaxşı mənafeyi prinsipi təsdiq edir ki, hökumətlərin qərarları da daxil olmaqla, bütün qərarlarda hər şeydən əvvəl uşaqların rifahı nəzərə alınmalıdır. Ermənistan hökumətinin törətdiyi məcburi köçkünlük bu prinsipi pozaraq uşaqları evlərindən, icmalarından və aid olduqları doğma mühitlərindən qoparıb, onları travma və qeyri-müəyyənliyə məruz qoyub. Ermənistanın siyasəti və hərəkətləri azərbaycanlı uşaqları sabitlikdən, təhlükəsizlikdən və əsas xidmətlərdən məhrum edib. Azərbaycanlı uşaqların təhsil, sağlamlıq və müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Məcburi köçkünlük kontekstində azərbaycanlı uşaqların hüquqlarının Ermənistan tərəfindən pozulması onların nəinki bilavasitə rifahına xələl gətirmiş, həm də onların uzunmüddətli inkişafına mane olmuş, onları ədalətsizlik və çarəsizliyin ağır nəticələri ilə uzun müddət üz-üzə qoymuşdir.

Təhsil və işləmək hüququ

Azərbaycanlı əhalinin Ermənistandan qovulması onların müxtəlif beynəlxalq konvensiyalarla açıq şəkildə təmin olunduğu təhsil və işləmək hüquqlarını da əhəmiyyətli dərəcədə pozmuşdur. Zorla qovulma icmaların həyatını və struktrunu pozaraq, fərdlərin təhsilə və maraqlarına uyğun məşğulluğa çıxışına mane olan ağır nəticələrə səbəb oldu. “Uşaq hüquqları haqqında” Konvensiyanın 28-ci maddəsində və “İqtisadi, sosial və mədəni hüquqlar Haqqında” Beynəlxalq Paktın 13-cü maddəsində öz əksini tapmış təhsil hüququ pozulmuşdur. Eynilə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı maddəsində və “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş əmək hüququ da ciddi şəkildə əngəllənmişdir, çünki zorla qovulma azərbaycanlıları öz dolanışığından və icmalarından qoparıb, yenidən ləyaqətli işlə məşğul olmasına və cəmiyyətə töhfə verməsinə mane olub. Bu pozuntuların çoxşaxəli nəticələri məcburi köçkünlüyün hüdudlarından kənara çıxır və insan hüquqları normalarının bu cür pozulması hallarının aradan qaldırılmasının təxirəsalınmazlığını vurğulayır.

Mülkiyyət hüququ

Zorla qovulmuş Azərbaycan əhalisinin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasını vurğulamaq vacibdir. Ermənistan hökuməti tərəfindən təşkil edilmiş məcburi qovulma kampaniyası təkcə fərdləri vətənlərindən məhrum etməmiş, həm də onların mülkiyyətə sahiblik və mülkiyyətdən dinc şəkildə istifadə etmək kimi fundamental hüquqlarını pozmuşdur. Bu pozuntu mülkiyyət hüququnu əsas insan hüququ kimi tanıyan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 17-ci maddəsi ilə birbaşa ziddiyyət təşkil edir. Bundan başqa, o, Avropa İnsan Hüquqları Konvensiyasının mülkiyyət hüququnu özbaşına müdaxilədən qoruyan 1 saylı Protokolun 1-ci maddəsinə ziddir. Əmlakdan özbaşına məhrum etmə qovulmuş Azərbaycan əhalisinin çəkdiyi iztirabları artırmışdır. İnsan hüquqları pozuntularının bu aspektinə baxılması yol verilmiş haqsızlıqların aradan qaldırılması və mülkiyyət hüquqlarının bərpa olunması, o cümlədən, əmlakın qaytarılmasını təmin etmək və bununla da ədaləti bərqərar etmək üçün zəruridir.

Adekvat mənzillə təmin olunmaq hüququ

Azərbaycan əhalisinin zorla qovulması onların “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktda təsbit edildiyi kimi münasib mənzillə təmin olunmaq kimi əsas hüququnun dərin və kobud şəkildə pozulmasıdır. Paktın 11-ci maddəsində təsbit olunmuş münasib mənzil hüququ təkcə sığınacaq təmin etməyi deyil, həm də təhlükəsizliyin, yaşayış üçün əlverişliliyin və mədəni özünəməxsusluğun təminatını əhatə edir. İnsanların evlərini zorla əllərindən almaqla etməklə, Ermənistan bu mühüm insan hüququnun təməl mahiyyətini pozmuş və bununla da zərər çəkmiş əhalini sahib olduqları evin təmin etdiyi əsas təhlükəsizlik və mənsubiyyət hissini qarət etmişdir.

Mədəni hüquqlar

Azərbaycanlıların Ermənistandan zorla qovulması və onların mədəni irsinin Ermənistan tərəfindən sistematik şəkildə məhv edilməsi onların mədəni hüquqlarının kobud şəkildə pozur. Bu hüquqlar bərabərlik, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi çərçivəsində mədəniyyətdən və onun müxtəlif istiqamətlərindən istifadəni təmin edən əsas insan hüquqlarını əhatə edir. Bu mədəni hüquqlara mədəni həyatda tam iştirak etmək hüququ, mədəni irsə əlçatanlıq və ondan istifadə etmək imkanı, öz mədəni kimliyini ifadə etmək azadlığı, elmi tərəqqinin bəhrələnməq imkanı və bədii yaradıcılıqdan istifadə etmək azadlığı daxildir. Bu hüquqların toxunulmazlığı çoxsaylı beynəlxalq insan hüquqları sənədlərində, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 27-ci maddəsində, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 27-ci maddəsində, “Uşaq hüquqları haqqında” Konvensiyanın 31-ci maddəsində, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın 5-ci maddəsində, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın 13-cü maddəsində, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 30-cu maddəsində və “Mədəni ifadələrin müxtəlifliyinin qorunması və təşviqi haqqında” UNESCO Konvensiyasında təsdiq olunur. Mədəni hüquqların belə kəskin şəkildə pozulması azərbaycanlıların qeyri-maddi mədəni irsini təhlükə altına almış, onların adət-ənənələrinə və mədəni irsinin zəngin naxışlarına ciddi zərər vurur.

Qayıtmaq hüququ

Ermənistanın qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını alması onların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq kimi fundamental hüququnu kobud şəkildə pozur. Bu əsas hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində açıq şəkildə tanınır. Qovulmuş azərbaycanlıların öz dədə-baba torpaqlarına qanuni şəkildə qayıtmalarının qarşısını almaqla Ermənistan onları öz doğma yurdlarında yaşamağa dair əzəli hüququndan məhrum edir. Çoxsaylı beynəlxalq konvensiyalarda öz əksini tapmış bu müddəalara açıq-aşkar etinasızlıq beynəlxalq ictimaiyyətin təcili və qətiyyətli cavabını tələb edir. Qovulmuş əhalinin geri qayıtmaq və onların vətəndə sərbəst hərəkət etmək hüququnun bərpası insan hüquqlarının və ədalətin ümumbəşəri prinsiplərində təsbit olunmuş dəyərlərə sadiqliyi əks etdirən ən vacib şərtdir.

Azərbaycan əhalisinin Ermənistandan zorla qovulması çoxsaylı fundamental insan hüquqları prinsiplərinin və beynəlxalq konvensiyaların kobud və çoxşaxəli pozulmasıdır. Qətliamlar, hədə-qorxu, nifrət təbliği ilə amansız etnik təmizləmənin həyata keçirilməsi və qayıtmaq hüququnun inkarı sonu bitməz insan iztirabları, parçalanmış icmalar və dərin ədalətsizliklərə gətirib çıxarmışdır. Ermənistanın hərəkətləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və digər beynəlxalq sənədlərdə təsdiq edilmiş bərabərlik, ayrı-seçkiliyə yol verməmək və insan ləyaqəti prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu dərin pozuntuları aradan qaldırmaq, zərərçəkmiş əhalinin hüquqlarını bərpa etmək və insan hüquqlarına, ədalətə və bərabərliyə sadiqliyi təsdiqləmək üçün təcili və güclü beynəlxalq müdaxilə zəruridir.

Şübhəsiz ki, geri qayıtmaq hüququnun təmin edilməsi ədaləti bərpa etmək, sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır.
Bu pozuntuların ağırlığını və miqyasını, həmçinin qarşıda duran vəzifələri nəzərə alaraq, hörmətli Komissarlıqdan mandatınıza və təşəkkül tapmış təcrübəyə uyğun olaraq, təcili şəkildə aşağıdakı tədbirləri görməyi xahiş edirik:

- Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı davam edən insan hüquqlarının pozulması ilə bağlı hərtərəfli və qərəzsiz araşdırma aparmaq;
- Zorla qovulmuş azərbaycanlıların öz qanuni yurdlarına təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi mövzusunda Ermənistanla dialoqa başlamaq və bu məqsədlə Ermənistana diplomatik təzyiq göstərmək;
- Etnik təmizləmə, zorakılıq və Azərbaycan irsinin məhv edilməsinə görə məsuliyyət daşıyanların və qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışına maneəçilik törədənlərin məsuliyyətə cəlb edilməsi üçün zəruri addımları atmaq.
- Bərpaedici ədalətin imperativliyini vurğulayaraq, beynəlxalq maarifləndirməni və bu kobud hüquq pozuntuları barədə beynəlxalq ictimaiyyətin məlumandırılmasını təşviq etmək.
- Məsələni BMT-nin İnsan Hüquqları Şurasına təqdim etmək və bu məsələ ilə bağlı müzakirələri təşviq etmək.

Biz, həmçinin, Sizi Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların hüquqlarının pozulması, xüsusilə onların ölkədən qovulması və təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququndan məhrum edilməsi hallarının aradan qaldırılması üçün informasiya mübadiləsi, hesabatların hazırlanması, ictimai vəkillik fəaliyyətinin aparılması və birgə iştirakın təşviq edilməsi ilə müvafiq xüsusi mandat sahiblərini tədbir görməyə təşviq etməyə çağırırıq.
Sizin məsələyə müdaxiləniz qovulmuş azərbaycanlıların məruz qaldıqları dərin haqsızlıqların aradan qaldırılmasında, son nəticədə onların əzəli insan hüquqlarının və ləyaqətinin bərpasında mühüm rol oynayacaqdır“.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ