Separatçı Xankəndi rejiminin oyuncaq “prezidenti” Araik Arutunyan beynəlxalq birliyin təmsilçilərinə geniş məktubla müraciət edib. Təbii ki, məktubun bütün məzmunu "Arsax”ın məhv təhlükəsi, Laçın yolunun blokadası, dünyanın çoxdan bezdiyi genosid sayıqlaması" və digər nağıllardan ibarətdir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ancaq məktub bir neçə samballı qənaətə gəlməyə əsas verir... Beləliklə,
1. Bu məktub konkret ünvansız xarakterlidir, yəni "beynəlxalq ictimaiyyət" adı altında ümumi ünvana yönləndirilib. Bu o deməkdir ki, Azərbaycan Prezidentinin ağıllı diplomatiyası sayəsində Qarabağ separatçılarının meydanı sürətlə daralır, onların separatçı fəaliyyəti lokallaşaraq ancaq Xankəndi dağlarının arasında yayıla bilir, sadə ermənilər özlərinin ambissiyalı liderlərinə girov olduqlarını daha yaxşı anlamağa başlayır, istefalar yayılır, separatçı bölgədə nağd pul kütləsi qurtarır, çünki əlinə pul düşən "dığa və haxçiklər" pulu qaçırıb İrəvanda və digər yerlərdə ev və obyekt alır. Bütün bunları "gözü ilə görən"(?) Araik təbdən çıxır və havalanır…
Mənim şərhim - Kimə, hara nə yazdığının artıq fərqində olmayan adamın halına düşür.
2. Araik bundan əvvəl Putinə, Makrona, ABŞ senatorlarına və Şarl Mişelə ünvanlı məktublar yazsa da, onlardan heç bir cavab ala bilmədi...
Mənim şərhim - bu dəfə hansısa cavabı almaq ümidi ilə "məktub diplomatiyasının" üslubunu dəyişməyə məcbur oldu.
3. Ermənistana çağırış edir ki, blokada ilə bağlı BMT TŞ-nin təcili iclasının çağırılmasına nail olsun.
Mənim şərhim - Heç Ermənistanın və Paşinyanın özündən böyük "qoçu qardaşı Makron" bunu edə bilmədi, Ermənistan haradan edə biləcək?!..
4. Ermənistanın dövlət və siyasi elitasına çağırış edir ki, "Arsaxın” öz müqəddəratını təyin etmək hüququnu şübhə altına alan açıqlamalardan uzaq dursunlar"...
Mənim şərhim - Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması onu bərk qıcıqlandırıb.
5. Maraqlıdır ki, Araik ilk dəfə olaraq "Azərbaycanın “Arsaxı” təcrid etməsi" kimi fikir işlədir .
Mənim şərhim - Əslində isə bu, Qarabağ ermənilərinin təcrid edilməsi yox, separatçılıq hərəkətlərinin lokallaşdırılması siyasətidir ki, İlham Əliyev bunu əla icra edir.
Tahir TAĞIYEV