“Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq”. Bunu Xalq artisti Rasim Balayev avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ona “İstiqlal” ordenini təqdim etmə mərazsimində səmimi söhbət zamanı deyib.
“Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq" , - deyə Xalq artisti bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. Ondan bir gün əvvəl - avqustun 7-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Əhməd oğlu Balayevin “İstiqlal” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.