Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qubad İbadoğlu nə qədər təhlükəli rəqibdir ki, həbsinə siyasi sifariş verilsin?!..

Image


Müxalifət təmsilçiləri ilə bağlı və onların öz aralarında çox qəribə bir tendensiya hökm sürür. Bu maraqlı və ziddiyyətli yanaşmanı biz daha çox hansısa müxalif fəalın həbsi ətrafında yaradılan süni ajiotajlarda aydın şəkildə sezirik.

Bu günlərdə müxalif mövqeli bir jurnalistin həbsi ilə bağlı məhkəmədə açıqlanan faktlar və ona verilən reaksiyalar hamının marağına səbəb oldu. Sən demə, həmin jurnalist bir neçə yüksək vəzifəli şəxsi şantaj edərək, onlardan rüşvət alıb. Həmin jurnalisti müdafiə edən müxalif cameənin bu məsələyə qəribə reaksiyası diqqətlərdən yayınmadı. Onlar deyirlər ki, niyə Azərbaycan hakimiyyəti böyük rüşvət alanları deyil, az miqdarda alanları tutur? Həmin cameə guya bununla sözügedən müxalif jurnalist üçün “uğurlu” müdafiə taktikası seçdiyini düşünür. Əslində isə belə taktika ilə özlərini biabır etdilər. Çünki ölkədə kifayət qədər iri korrupsionerlər də korrupsiya ilə mübarizə çərçivəsində tutulur. Nisbətən xırda rüşvət almaq isə bir şəxsə müxalifətçi olduğu üçün güzəşt amili yarada bilməz.

Eyni uğursuz və arqumentsiz müdafiə taktikasını biz iqtisadçı Qubad İbadoğlunun həbsi ətrafında yaradılan səs-küydə də görürük. 

134 nəfər ziyalı adından Prezidentə ünvanlanmış müraciətin mətnində toxunulan məsələləri də bu qəbildən primitiv saymaq olar. Əvvəla onu qeyd edək ki, bu imzatoplama kampaniyasının təşəbbüskarı olan ssenarist, kinorejissor, dramaturq, ictimai xadim, siyasətçi və sair statuslarda özünü təqdim etməkdən xoşlanan Eldəniz Quliyevin öz şəxsi personası ziddiyyətli və şübhəlidir. Onun adı cəmiyyətin yaddaşında tsiklik periodlarda siyasətlə məşğul olan adam kimi qalıb. Harda yeni bir qurum yaranırsa, Eldəniz Quliyev  oranın vitrinində görünməyə başlayır ki, bu da onun barəsində hər bazarlıq fürsətini həssaslıqla tutan zirəng adam imicini zaman-zaman gücləndirib. Ziyalılar Forumu, Milli Şura, El Hərəkatı və sair. Hətta milliyyətcə talış olmayan və əslən həmin regionun təmsilçisi sayılmayan bu şəxs bir müddət əvvəl Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi adlı bir qurum da yaratmışdı. Görürsünüzmü, Eldəniz Quliyev hansı budaqdan haralara atlanır?..

İndi belə reputasiyaya malik olan bu adam Prezidentə bir qrup ziyalı adından müraciət edir ki, Qubad İbadoğlunu azad etsin. Əvvəla, ziyalılar adından edilən bu müraciətdə tanınmış ziyalılarla yanaşı, Azərbaycan cəmiyyətində tanınmayan, bəzən reputasiyaları çox bərbad olan, adları ikrah doğuran adamların da adına rast gəlirik. Eldəniz Quliyev belə qarışıq siyahını ərsəyə gətirməklə, adlarını müraciətə çalaq etdiyi əsl ziyalıların da nüfuzunu zədələmiş olub. 

Müraciətin mətni və məramı çox primitiv və savadsız notlarla bəzədilib. Çünki qanunvericiliyə görə Prezidentin indiki mərhələdə bu prosesə müdaxilə etmək hüququ və səlahiyyəti yoxdur. Azərbaycan qanunları Prezidentə belə səlahiyyəti vermir. Prezident yalnız müstəsna səlahiyyətindən istifadə edərək cəzaya məhkum olunan şəxsləri əfv edə bilər. Qubad İbadoğlunun isə işi hələ ki, istintaq mərhələsindədir və o, hansısa cəzaya məhkum edilməyib. Deməli, Eldəniz Quliyev belə bir müraciəti tərtib etməklə həm də özünün hüquqi savadsızlığını ortaya qoyub. Daha sonra, müraciətdə Qubad İbadoğlunun guya siyasi sifariş əsasında həbs olunduğuna dair əsası olmayan iddialar irəli sürülür. Elə həmin müraciətdə Qubad İbadoğlunun tərcümeyi-halına nəzər salınır. Oxuyanda belə qənaətə gəlinir ki, İbadoğlu siyasətdən daha çox pedaqoji fəaliyyət və iqtisadi analitika ilə məşğul olub. Onu partiya yox, siyasi bir dərnəyin rəhbəri saymaq olar. Çünki bu adam aktiv siyasətə Müsavatda gedən başqan seçkilərində Arif Hacılıya məğlub olandan sonra atıldı. Yəni onu aktiv siyasətə əqidə deyil, şəxsi prinsiplər gətirmiş oldu. Əvvəlcə hərəkat yaratdı, sonra da onun partiyaya çevrildiyini bəyan etdi. Elə bundan sonra da onunla Müsavatdan üzü bəri uzun yol gəlmiş  Adil Qeybulla, Səxavət Əlisoy kimi tanınmış adamlar Qubad İbadoğlunu biabır edərək, həmin partiyadan istefa verdiklərini bildirdilər. Kiçik bir siyasi dərnəyi öz ətrafında toplayıb, onun monolitliyini qorumağı bacarmayan belə bir persona hakimiyyət üçün hansı səviyyədə siyasi rəqib ola bilər ki, onun “şərlənərək” həbs olunmasına fərman verilsin?! Deməli, bu adamın siyasi sifariş əsasında həbs edildiyini iddia etmək demoqogiyadan başqa nəsə deyil. Elə həmin müraciətdə qeyd edilir ki, guya Qubad İbadoğlunun həbsi “Qarabağ məsələsinin həllinə maneə yaradır”. Bunu da onunla əsaslandırırlar ki, guya beynəlxalq aləm bu həbs kontekstində ölkəmizə təzyiqləri artırmış olacaq. Azərbaycan gənc dövlət olsa da, bələ təzyiqlərlə çox üzləşib və bu kontekstdə özünə yaxşı immunitet formalaşdırmağı bacarıb. Eldəniz Quliyev və onun dəstəsi yəqin unudurlar ki, həm Qubad İbadoğlunun həbsi, həm də Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Bu mövzularda kimlərinsə Azərbaycana təzyiq göstərməsi baş tutan iş deyil. Ancaq əslində bu məsələlərdə bir əlaqə var ki, o da məlum müraciətdə qeyd edilməyib. İş burasındadır ki, Qubad İbadoğlunu müdafiə edən beynəlxalq dairələr, həm də Azərbaycanı Qarabağdakı erməniləri “blokadaya” salıb “acından öldürdüyünü” iddia edənlərdir. Hazırda Qarabağ məsələsi Azərbaycanın öz gücü hesabına həlledici mərhələyə qədəm qoyub. Məhz indiki zamanda adlarını ziyalı qoyan bu şəxslər xarici dairələrə züy tutmaq əvəzinə, ölkənin daxilində milli birlik, həmrəylik istiqamətində addımlar atmalıdırlar.

Sonda onu qeyd etmək istərdik ki, hətta “Nobel” adlı ən nüfuzlu mükafatın laureatı olan şəxs belə bu məzmunda olan müraciətə imza azsaydı, bunun bir adı olardı: aparılan istintaqa təzyiq. Bu ziyalılar nə bilir ki, istintaq Qubad İbadoğlu ilə bağlı hansı qənaətə gələcək? İstintaq ittihamın üzərində dayanıb, onu sübut etsə belə, bu işə 3 ierarxiyalı Azərbaycan məhkəmələrində baxılacaq. Nə bilmək olar, bəlkə Qubad İbadoğluna elə bəraət veriləcək. Belə hallara həm bizim, həm də digər ölkələrin hüquqi praktikasında çox rast gəlinib.

Bir də, bütün cəmiyyət bilməlidir ki, bir şəxsin savadlı olması, partiya sədri cildində peyda olması onun cinayət törədə bilməyəcəyinə dəmir zəmanət vermir. Buna görə də, hörmətli ziyalılar, öz imzanıza hörmət qoyun və istintaqın, məhkəmənin sonunu gözləyin!

Əli TURABOV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ