Azərbaycan və İsrail arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətləri erməni tərəfini getdikcə daha çox narahat edir. Daima Azərbaycan-İsrail dostluğuna qarşı ən məkrli təxribatlar törətməyə çalışan işğalçı ölkə, indi də iki ölkənin müttəfiqliyinə, iki dost xalqın birliyinə qarşı düşmən mövqe tutan bəzi nankorların “xidmətindən” yararlanmğa çalışır. İsrail Knessetinin deputatı Ofer Kasif də belələrindəndir. Erməni lobbisinin təsiri altında olan, düşmənin satın aldığı bu tipli satqınlar Ermənistanın qazana biləcəyi ən “böyük uğurudur.”
Görün bu nankor öz sosial şəbəkə hesabında nə deyir?. Bu siyasi avanturist İsrail hökumətini Azərbaycanı dəstəklədiyinə görə tənqid edib. "İsrail yalnız bunu istəyən hər hansı bir rejimə silah ixrac etmir, həm də etnik təmizləmə və blokadalar ixrac edir. İsrailin hərbi dəstəyi ilə Azərbaycan əsgərləri Laçın dəhlizini bağlayaraq “Artsax ermənilərinin” ölümcül mühasirəsini həyata keçirirlər. “Blokada” davam edir"- yazır bu siyasi nankor.
Görəsən bi siyasi nankor, insanlıqdan bixəbərin məlumatı yoxdurmu ki, bu gün avanturist şəkildə mövqeyini müdafiə etdiyi erməni faşistləri Xocalı meşələrində körpə azərbaycanlı uşaqları, qocaları və qadınları diri-diri qalın betonlara doldurub yandırıblar? Məgər erməni maraqlarına boyun əyən bu provakatorun heç xəbəri yoxdur ki, bu yaxınlarda Laçın Buraxılış Məntəqəsində saxlanılaraq ədalət məhkəməsinə verilən Vaqif Xaçaturyan Meşəli kəndində azərbaycanıları ən alçaq işgəncələrlə öldürüb meyitləri ilə şəkillər çəkdirirdi? Bu Oferin xəbəri varmı ki, “blokada-blokada” çığırdığı ermənilər Xankəndində hər gün toy edir, diskotekalarda şənlənir, mağazalarda bol ərzaq ermənilərin gözünə girir, hər gün Laçın buraxılış məntəqəsindən neçə-neçə erməni təhlükəsiz şəkildə gedib-gələ bilirlər. Bəs hanı o yalançı “blokada”?
Amma belələri üçün insanlıq, vicdan, şərəf anlayışları olmur. Şərəf anlayışı yoxdursa belələri üçün həqiqət də “gözəgörünməzdir.” Belələri erməni diasporunun pullarına aldanan zavallıdan başqa heç nəyə yaramırlar.
Mətləb Salahov