2022-ci ilin noyabrında Laçın yolunda ekofəallarımızın aksiyaya başlamasından bu günədək olan dövrdə Qarabağ məsələsi üzrə əldə etdiyimiz ən böyük əməli nəticə bilirsiniz nədir?
Doğrudur, Ermənistana "Qarabağ Azərbaycandır" dedizdirdik və keçmiş "Dağlıq Qarabağ", eləcə də 8 anklav kəndimiz daxil Azərbaycanın 86.6 min kv. kilometr ərazisini tanıtdırdıq.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bunlar sözsüz böyük nəticələrdir. Ancaq əlimizdə olan daha böyük əməli bir nəticə də var ki, onun həqiqi qiymətini və dəyərini bilməliyik...
Nədir həmin nəticə?
Keçmiş "Dağlıq Qarabağın" hələlik Azərbaycanın nəzarətində olmayan, müvəqqəti olaraq rus "sülh korpusun"un nəzarətinə buraxdığımız hissəsində separatizmi və separatçıları azı 95 faiz lokallaşdıra bilmişik. Dünya ilə və Ermənistanla əlaqələrini nəzarətə götürmüşük, xarici aləmlə təhlükəli hərbi və separatçı təmaslarda olmasınlar deyə bu sayaq işlərdən 95 faiz təcrid etmişik. Xarici aləmlə təmaslarının qalan cüzi hissəsini rus "sülh korpusunun" vasitəsilə və internet-telefon bağlantısı hesabına saxlayırlar. Bunun da çox davamı olmayacaq, “sülh korpusu” gedəcək, separatçıların ətraf aləmlə bütün əlaqələri nəzarətə götürüləcək. Ya Azərbaycanın suveren qanunlarını tanıyacaqlar, ya da çətin şəraitdə bir müddət hələ yaşamaqda davam edəcəklər...
Prezident İlham Əliyevin “Euronews”a şedevr müsahibəsində dediyi kimi - bölgədə onların əvəzinə kim əlinə silah götürüb Azərbaycanla vuruşacaq? Kim öz ağrımaz başına duz bağlamaq istəyəcək? Heç kim...
Yenə də Prezidentimizin şedevr müsahibədə dediyi kimi - 44 günlük müharibədə göstərdiyimiz və ondan sonrakı iki il yarımda daha da artırdığımız hərbi gücümüzü görəndən sonra kim Azərbaycanla vuruşar?! Təbii, heç kim...
Tahir TAĞIYEV