çərşənbə günü, 09 sentyabr 2026
     

Rusiya Azərbaycan - Ermənistan sazişi üçün Azərbaycanın Konstitusiyasında dəyişikliklər istəyir, ya da...

Image


Rusiya XİN-in MDB ölkələri üzrə Departament direktoru D.Qonçarın bu sözlərindən sonra Rusiyanın Azərbaycan - Ermənistan normallaşma prosesini hara və hansı prinsiplərlə aparmaq istədiyinə gərək şübhə edən qalmasın. 

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Öncə onun bəzi fikirlərinin arxasındakı mənalara və birbaşa məzmunlara bir də baxaq. Qonçar deyib:

1. Ölkələr istənilən şərtlərlə sülh sazişi imzalamağa hazır deyillər. Bəyanatlar versələr də ki, hazırıq, əslində hazır deyillər...

Mənim şərhim - Az qala Ermənistanın boynuna qoyurlar ki, siz saziş imzalamağa hazır deyilsiniz və hazır  olmamalısınız...

2. Qonçar sazişin imzalanması üçün bir sıra problemlərin həll olunmalı olduğunu deyib...

Mənim şərhim - bu eynilə mayın 19-da Moskvada XİN-lərin üçtərəfli görüşündən sonra Lavrovun açıq dediyi sözlərin və demək, həmin siyasətin davamıdır. Lavrov demişdi ki, sərhədlər delimitasiya olunmayınca, sərhədlərdə vəziyyət sabitləşməyincə, Laçın yolunda işlər qaydaya düşməyincə sazişin bir çox maddələrini razılaşmaq mümkün olmayacaq. Bu o deməkdir ki, sülh sazişini mümkün edən bu üç şərtin üçünün də "ipi bizim əlimizdədir".., Buraxmarıq...

3. Qonçar davam edir: "Sazişə qədər ən böyük problemlərdən biri "Azərbaycanın hüquq sistemində Dağlıq Qarabağ ermənilərinin (özü də Dağlıq Qarabağ - baxın) təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən bu hüquqlara əməl edilməsidir".

Mənim şərhim - Dostlar, tutursunuz ki, cənab Qonçar hara vurur? Bilirsiniz belə həssas və uzaq nöqtəni vurmaq onun təkbaşına işi deyil? Qonçar Azərbaycanın Konstitusiya dəyişikliyinə getməsinə və Konstitusiyada erməni təhlükəsizliyi ilə bağlı yeni maddənin olmasına eyham vurur. Ya da ermənilərin hüquq və təhlükəsizlikləri barədə keçmiş sovet dövründə olduğu kimi ayrıca "Azərbaycan Respublikası Qanununun" qəbul edilməsinə işarə edir...

4. Qonçarın daha bir çarpaz və nataraş fikri: "Sülh sazişinin həyata keçirilməsi üçün elə bir beynəlxalq dəstək mexanizmi lazımdır ki, Azərbaycanın və Ermənistanın suverenliyi və siyasi müstəqilliyi şübhə altına alınmasın.

Mənim şərhim - baxın, yenə də haranı vurur. Demək istəyir ki, Rusiyasız saziş imzalana bilməz, imzalansa iki ölkənin suverenliyi şübhə altına alınacaq, ən etibarlı beynəlxalq mexanizm isə Rusiyanın iştirakı ilə saziş imzalamaqdan ibarətdir. Burada İyulun 15-də Brüsseldə üçtərəfli görüşdən sonra Rusiya XİN-in yaydığı acıqlı bəyanat yada düşür. Qonçar həmin bəyanatın leytmotivləri əsasında danışır, daha doğrusu bizə təlqin edir. 15 iyulda Rusiya XİN demişdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin ayrıca maddə ilə ehtiva olunduğu sülh sazişinin hazırlanması və Moskvada üçtərəfli Rusiya - Azərbaycan - Ermənistan sammitində imzalanmasının təşkilinə dəstək verə bilərik.

Həmin şey deyilmi? Sazişdə ermənilərlə bağlı maddə olsun, Moskvada imzalansın və sair. Bunlar "bizsiz, Rusiyasız saziş imzalana bilməz" mesajı deyilmi?!...

Bax burada məşhur filmdə Molla Sadığın Cahandar ağanın dalınca dediyi "baxarıq, kim at oynadacaq" sözlərini xatırlatmaq istəyirəm.

Onu da deyim ki, Azərbaycan - Ermənistan sazişi məsələsində Rusiyanın açılmamış kartı qalmayıb. Sonda Zaxarovanın sözlərini xatırladım. Dedi ki, Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Rusiyanı aşağı fəallıq göstərməkdə qınaması gülüncdür. Diplomat açıq-aşkar deyir ki, Paşinyan, Qarabağı Azərbaycan ərazisi kimi tanımamalı idin, ya da bizimlə məsləhətləşmədən niyə tanıdın, biz deyəndə tanımalı idin və sair...

Qonçarın saziş barədə bəyanatlarının Azərbaycan Prezidentinin "Euronews" televiziyasına həqiqətən şedevr müsahibəsindən sonra səsləndirilməsi də diqqət çəkən faktdır. Prezidentimiz çox tutarlı əsas və izahlarla Avropa İttifaqının ən yaxşı vasitəçi ola biləcəyini demişdi. Bundan qabaq eyni məzmunlu bəyanatı Şuşa media forumunda da səsləndirmişdi. Demişdi ki, Brüssel təmaslar üçün əlavə dəstək mexanizmidir və sərhədlər, Naxçıvana yolun açılması kimi həssas məsələlərə toxunmaq imkanı yaradır...

Rusiyanın bundan sonra nələr edə biləcəyini düşünmək lazımdır. Azərbaycan - Ermənistan sülh sazişi ilə bağlı Rusiyanın öz "Konsepsiyasının" olduğuna şübhə yoxdur. Həm də bu "Konsepsiya" əsasən Azərbaycanın ziyanınadır...

Ayrıca şəkildə bu "Konsepsiyanı" tarix üçün təhlil edəcəm.

Bir daha əminəm ki, müharibədən sonrakı siyasi Qarabağ məsələlərinin də uğurlu həlli üçün İlham Əliyevin siyasətinə hamılıqla dəstək verilməlidir. Ölkənin içində birliyin olması çox vacibdir...

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

08.09.2026 / 22:58
Kremldən Kiyevə xəbərdarlıq - sülh prosesi uzandıqca tələblər də sərtləşdiriləcək…

08.09.2026 / 22:40
Putin və Tramp bir saat telefon danışığı aparıblar - Kreml təfərrüatları açıqladı...

08.09.2026 / 22:27
London və Təl-Əviv arasında gərginlik artır - İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı…

08.09.2026 / 22:04
ABŞ İran iqtisadiyyatını çökdürür – Tehran son 40 ilin ən ağır iqtisadi böhranı ilə üzləşir...

08.09.2026 / 21:15
Ermənistanın 2029-a kimi vizasız gediş-gəliş planına AB- dən rədd gəldi...

08.09.2026 / 20:56
Zəngəzur dəhlizinə qarşı Moskva və Tehrandan yeni təklif gəldi... ABŞ-ın reaksiyası...

08.09.2026 / 20:28
Mərkəzi Bank istəsə, kommersiya bankları soyğunçu kredit faizlərini aşağı salar...

08.09.2026 / 20:11
Avropa ilə Amerikanın Qrenlandiya və Arktikada “savaşı” başlanır

08.09.2026 / 19:50
Bişkekdən sonra Putinin İlham Əliyevə telefon açmasının şifrəsi var...

08.09.2026 / 19:23
Sosial şəbəkələrdə şəhidlər mövzusu xüsusi xarici mərkəzlər tərəfindən qızışdırılır...

08.09.2026 / 19:22
BMT-dən qorxunc xəbərdarlıq: süni intellekt bəşəriyyəti çıxılmaz məhvə aparır...

08.09.2026 / 19:07
44 günlük müharibədə 78 dinc erməninin ölməsi yeni oyun “faktıdır”...

08.09.2026 / 18:52
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olundu

08.09.2026 / 18:40
“Qərb sülhə mane olsa, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq” - Lavrov

08.09.2026 / 18:26
İrəvan Rusiyadan Avrasiya İqtisadi Birliyinə şikayət etdi - idxal məhdudiyyətləri qanunsuzdur…

08.09.2026 / 18:10
Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun rəhbərliyinə seçildi...

08.09.2026 / 17:56
Ali Məhkəmədən vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı açıqlama...

08.09.2026 / 17:42
Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi

08.09.2026 / 17:30
MMC rəhbərinin cinayət əməlləri üzə çıxdı - insanları belə aldadırmış...

08.09.2026 / 17:23
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşdü

08.09.2026 / 17:18
"Ermənistan olduqca təhlükəli oyun oynayır" - Rusiya-Ermənistan münasibətlərinin gələcəyi qaranlıqdır...

08.09.2026 / 17:10
Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Bakıya dəvət etdi

08.09.2026 / 16:58
Sputnik Armeniya Azərbaycanın Söyüdlü qızıl yatağına qarşı informasiya təxribatı törədir...

08.09.2026 / 16:54
ABŞ istehlakçıları Trampın müharibəsinə görə yanacağa əlavə 100 milyard dollar xərcləyiblər...

08.09.2026 / 16:51
Azərbaycanda dedollarlaşma davam edir, amma...

08.09.2026 / 16:42
Putin-Paşinyan görüşü referenduma görə olduqca gərgin keçəcək - baş tutsa...

08.09.2026 / 16:25
Avtoşluq edən sürücü 25 sutka həbs aldı, sürücülük hüququ da məhdudlaşdırıldı

08.09.2026 / 16:12
Modelyer Leyla Əhmədova həbs edildi

08.09.2026 / 15:58
4 manat subsidiya bahalı ət problemini həll edə bilər?

08.09.2026 / 15:30
TƏBİB-in İcraçı direktoruna müşavir təyin edildi

08.09.2026 / 15:17
Erməni mediası 8 min müsəlmanı genosid etmiş caninin dəfninə böyük diqqət ayırdı... Rus akademikin iştirakı...

08.09.2026 / 14:35
Moskvadan on rus diplomatın Budapeştdən qovulmasına reaksiya - cavabımız "sərt və ağrılı" olacaq…

08.09.2026 / 14:22
Zelensky ABŞ-la danışıqların bəzi təfərrüatlarını açıqladı - Tramp bir yol tapa bilər…

08.09.2026 / 14:10
Əhməd İsmayılov Media və Yayım Şurasına sədr təyin edildi - SƏRƏNCAM

08.09.2026 / 14:03
Macarıstan 10 rus diplomatı ölkədən qovdu…

08.09.2026 / 13:51
Rusiya Ukrayna üzrə üçtərəfli danışıqların bərpa olunacağını gözləyir...

08.09.2026 / 13:43
Ələmdar Quluzadının yaradıcılğında şedevr...

08.09.2026 / 13:35
Bakıda oyuncaq avtomobillə yola çıxan şəxs məsuliyyətə cəlb olundu

08.09.2026 / 13:25
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

08.09.2026 / 13:12
ABŞ İran ətrafında 300-dən çox qırıcı yerləşdirib…

08.09.2026 / 12:51
İnvestisiya Holdinqin Baş icraçı direktoru vəzifəsindən azad edildi

08.09.2026 / 12:37
Daşqınlar zamanı bəzi təmiz ərazilər yenidən minalarla çirklənir...

08.09.2026 / 12:24
Ruslar Xarkov bölgəsində iki kəndi ələ keçirdi…

08.09.2026 / 12:07
İran ABŞ-ı Hörmüz boğazını tam blokadaya almaqla hədələdi...

08.09.2026 / 12:03
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik etdi

08.09.2026 / 11:51
Səudiyyədə gərginlik artır - Husilər enerji obyektlərini bombaladı…

08.09.2026 / 11:02
"Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq" - Muxtar Babayev

08.09.2026 / 10:43
BMT nümayəndəsi xəbərdarlıq etdi - Xəzərdə dramatik dəyişikliklər baş verə bilər...

08.09.2026 / 10:33
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

08.09.2026 / 09:37
Balakəndə saxlanan şəxsdən külli miqdarda narkotik aşkarlandı

08.09.2026 / 09:18
Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs yaxalandı

08.09.2026 / 08:03
Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı Amerika bayrağının rənglərinə boyadı

08.09.2026 / 07:45
ABŞ COVİD-19-un yaranmasında mərkəzi rol oynayıb - İlon Mask

07.09.2026 / 22:28
Trampın elçisi Uitkoff 8-ci dəfə Putinin ayağına gəldi - sülh perspektivi hələ görünmür...

07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...

07.09.2026 / 22:01
İran yenə “Tramp yolu”na ilişdi - ya erməni silahlı qüvvələri qorusun, ya da…

07.09.2026 / 21:54
Putin və Paşinyan Moskvada Ermənistanda referendum keçirilməsini müzakirə edəcəklər...

07.09.2026 / 21:46
İran qadınları ABŞ-ın toyda öldürdüyü şəxsləri qəribə geyimdə dəfn edir...

07.09.2026 / 21:40
Medvedyev Fon der Leyeni “başdanxarab ginekoloq” adlandırdı - almanlar onun yumor hissini bəyəndi…

07.09.2026 / 21:30
Zelenski Rusiyanın hava limanları ilə bağlı yeni strategiyanı işə saldı...

07.09.2026 / 21:17
Trampın sülh missiyası alınmır - ABŞ elçilərinin Moskvaya və Kiyevə səfəri yenə nəticə vermədi

07.09.2026 / 20:55
Kremlə bağlı “Sputnik Armenia” Azərbaycanla aranı yenə qarışdırmağa çalışır...

07.09.2026 / 20:40
Yaxın Şərq Pekin və Vaşinqton arasında - Çin regionu pulla ələ keçirir

07.09.2026 / 20:38
Xətai və Yasamalda motosiklet qaçıran və oğurluq edənlər saxlandı

07.09.2026 / 20:21
Ermənistanın düşmənçilik bitdi, qlobal media şirkərlərinin Azərbaycala düşmənçiliyi bitmir... Niyə?...

07.09.2026 / 20:06
Prokuror katolikosun məhkəməsindən qaçdı, Paşinyan baş keşişi mühakimə etməyə hakim tapa bilmir

07.09.2026 / 19:52
100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

07.09.2026 / 19:29
Rusiya DİN-də “yanacaq əməliyyatı” – aralarında generalın da olduğu bir neçə yüksək vəzifəli şəxs həbs edildi…

07.09.2026 / 19:15
Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdı…

07.09.2026 / 18:48
Paşinyan yeni inqilaba hazırlaşır... Azərbaycana münasibət nəzərdə tutulur (?)

07.09.2026 / 18:43
İrəvandan Moskvaya növbəti zərbə - Ermənistan və Rusiya arasında viza rejimi tətbiq olunur

07.09.2026 / 18:42
Hindistan da Ermənistanda Rusiyanı sıxışdırır

07.09.2026 / 18:37
Kvotadan artıq benzin işlədənlər üçün qiymətlər qaldırılır

07.09.2026 / 18:12
Sabirabad seçiciləri deputat Əhliman Əmiraslanova təşəkkür etdilər - FOTO

07.09.2026 / 17:54
Vergiyə görə büdcə gəliri 10 faiz artdı, ancaq iqtisadiyyatımız böyümür... Qəribəlik...

07.09.2026 / 17:27
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb

07.09.2026 / 16:26
Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi

07.09.2026 / 16:10
"44" bədii filminin premyerasının vaxtı məlum oldu - FOTO

07.09.2026 / 15:57
8 min müsəlmanın qatilini bu qədər qəhrəmanlaşdırmaq? - Serb Vuçiç dünyanı heyrətləndirir...

07.09.2026 / 15:47
Tramp Britaniya ilə Argentinanı da müharibə vəziyyətinə gətirdi - "onlar İran müharibəsində məni müdafiə etmədi"...

07.09.2026 / 14:58
"QHT işi"nd' ittiham olunan Əhməd Məmmədzadə şərti iş aldı

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ