Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının prezidenti Milorad Dodik ABŞ və Xorvatiyanı ölkəsinə qarşı cinayətdə ittiham edib. Xarici medianın yazdığına görə, Dodik bildirib ki, 1995-ci ilin avqustunda xorvat ordusunun "Tufan" əməliyyatı zamanı iki minə yaxın serb öldürülüb, 200 mindən çox serb isə ölkədən çıxarılıb.
“Onların “Tufan” adlandırdıqları və ABŞ ilə birgə serblərə qarşı törətdiyi dəhşətli plan etnik təmizləmə məqsədi daşıyırdı", - Serbiya lideri deyib.
Qeyd edək ki, Xorvatiya ilə Serbiya arasında münaqişə NATO-nun müdaxiləsi ilə dayandırılır, 1995-ci ilin oktyabrında atəşkəs razılaşdırılır, dekabrda Deyton sazişi imzalanır.
Mətləb