Cümə axşamı günü, 10 iyul 2025
     

Azərbaycan Qarabağdakı ermənilərlə bağlı yeni prosesə start verdi – Laçın dəhlizində 3 saatlıq gərginlik...

Image

Son günlərin ən çox diqqətçəkən hadisələrindən biri də Azərbaycanın bir sıra müvafiq dövlət qurumlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində apardığı ekoloji monitorinqdir. Bu fonda həyata keçirilən proses Ermənistandan Qarabağa Laçın vasitəsilə daxil olan yolun müvəqqəti bağlanmasına da gətirib çıxarıb. Yol təxminən 3 saat bağlı qalıb. Amma bütün bu baş verənlər ermənilər üçün ciddi dərs olub. Onlar bir daha əmin olublar ki, Azərbaycan istənilən vaxt Laçın yolunu bağlaya bilər.

Xatırladaq ki, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr aparıblar. Müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb. Müzakirələrdən sonra Azərbaycan təmsilçiləri Şuşa şəhərinə qayıdıblar. Xocalıda sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə “yol xəritəsi”nin hazırlanmasına başlanılıb. Bütün bunlar o deməkdir ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində tezliklə genişmiqyaslı monitorinqlərə başlanacaq. Erməni tərəfi artıq baş verənlərdən ciddi narazılıq ifadə edir. Xüsusən də Laçın yolunun 3 saatlıq belə bağlanması ermənilərdə ciddi əndişəyə səbəb olub. Qarabağdakı separatçı rejim bildirir ki, Azərbaycan tərəfi ilə üç saatdan çox davam edən danışıqlardan sonra yol açılıb: “Danışıqlardan sonra Qarabağı Ermənistanla birləşdirən yeganə magistral hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələri üçün açılıb”. Separatçı rejim həm də Azərbaycanı Ermənistanla “quru əlaqəni kəsmək” və “mülki əhalini psixoloji terrora məruz qoymaq” məqsədi ilə “təxribatda” ittiham edib. Separatçı rejim onu da  bildirib ki, hadisə ilə bağlı bölgədə yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanlığı məlumatlandırılıb. Amma “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edi rki, əslində, burada ermənilərin yeni oyun cəhdlərini görmək mümkündür: “İrəvan növbəti dəfə feyk yaymaqla məşğuldur. Belə ki, erməni mediası və sosial şəbəkə istifadəçiləri aktiv şəkildə “Azərbaycan 10 noyabr bəyanatını kobud şəkildə pozur, soyuq havada Qarabağa yolu bağlayır, humanitar fəlakət yaratmağı hədəfləyir” kimi yalan tirajlayır. 3 dekabr saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “Azergold” QSC-nin əməkdaşları sülhməramlı qüvvələrin Xankəndi və Şuşa arasında olan nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb və regionun ekoloji problemləri ilə bağlı monitorinqə başlamaq istəyini bildirib. Danışıqlar zamanı nəzarət-buraxılış məntəqəsində təbii tıxac yaranıb. Laçın dəhlizinin bağlanılmasından isə söhbət gedə bilməz. Sadə bir məsələ göz qabağındadır: Ermənistan yox yerdən yalan istehsal etməyə davam edir ki, regionda gərginlik yaratsın. Ermənistandan fərqli olaraq, Bakı və Moskva real strateji tərəfdaşdır, ona görə də Azərbaycan Kremlin diqqətini yayındırmamaq üçün Qarabağda indi gərginliyə getməyəcək. Hazırda Qərb ağalarından İrəvana verilən əsas tapşırıq Qarabağda maksimum destabilizasiya yaratmaqdır ki, Moskvanın Ukrayna istiqamətində güc və diqqəti yayınsın. Buna görə də Ermənistanın bütün bəyanatlarına şübhə ilə yanaşılmalıdır”.

İqor Korotçenko onu da qeyd edib ki, erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onların arxasında duran Qərb xüsusi xidmət orqanlarının hədəfi və tapşırığı rus sülhməramlıları ilə Azərbaycan ordusu arasında toqquşma yaratmaq və bunu Rusiya-Azərbaycan genişmiqyaslı hərbi münaqişəsinə çevirməkdir. O bildirib ki, bu münaqişə halında Türkiyə və onun üzvü olduğu NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaza daxil ola bilər: “Əslində, söhbət hazırda xüsusi hərbi əməliyyat keçirən və bütün hərbi və iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər. Bir vaxtlar erməni millətçiləri artıq SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər. Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir. Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçıları Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir. Rusiya Federasiyası öz milli maraqlarının zərərinə dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da. Kaliforniyada isə “Artsax” yaradılmalıdır – orada şərait, iqlim və demoqrafik vəziyyət kifayət qədər uyğundur: ATƏT-in Minsk Qrupu - kömək edin!”. Hazırda baş verənlər rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı konkret və qətiyyətli addımlar atmaq ərəfəsində olduğunu göstərir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

10.07.2025 / 17:07
Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

10.07.2025 / 16:52
103 kriminal qrup zərərsizləşdirilib - DİN açıqladı

10.07.2025 / 16:25
Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...

10.07.2025 / 16:22
Əliyevlə Paşinyanın ikitərəfli formatla bağlı razılaşması danışıqlar tarixində ən unikal nəticələrdən biridir...

10.07.2025 / 16:19
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10.07.2025 / 16:12
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

10.07.2025 / 16:10
Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib

10.07.2025 / 15:51
Əbədiyyət dünyasının parlaq ulduzu – şəhid Əkrəm Abdullayev...

10.07.2025 / 15:31
Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

10.07.2025 / 15:20
Prezident Əliyevlə Paşinyan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəldi

10.07.2025 / 15:17
"Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu alqışlayır" - Peskov

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

10.07.2025 / 14:18
Əbu-Dabidə Prezident İlham Əliyevlə Paşinyan arasında görüşün nəticələri açıqlandı

10.07.2025 / 14:05
Prezident İlham Əliyevlə Paşinyan arasında görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNDİ

10.07.2025 / 14:02
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir" - Xocalı soyqırımı zamanı yaralanmış şəxs

10.07.2025 / 14:01
Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı

10.07.2025 / 13:54
"İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub" - Nazir

10.07.2025 / 13:40
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərildi

10.07.2025 / 13:31
Nəsimidə narkoşəbəkənin iki üzvü 21 kq narkotiklə saxlandı...

10.07.2025 / 13:10
Евгению Примакову! Между русской культурой и Азербайджаном не нужны посредники - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.07.2025 / 12:50
İtaliyada anomal istilərdən 500 nəfərin öldüyü iddia edildi...

10.07.2025 / 12:34
6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verildi

10.07.2025 / 12:17
Ermənistanda müxalif deputatın oğlu da saxlandı

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:03
Ermənistanla gerçəkdən sülh mümkündürmü? - CANLI

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910