Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda Rusiyaya qarşı “üsyan” başladı, amma Kreml bundan narahat deyil

Image


Rusiya və Ermənistan arasında son dövrlərdə münasibətlərin getdikcə daha gərgin mərhələyə qədəm qoyması müşahidə edilir. Xüsusən də rus sülhməramlılarının Qarabağda fəaliyyəti, eyni zamanda İranla Ermənistan sərhədində Rusiya qüvvələrinin sərt nəzarət tədbirləri tətbiq etməsi İrəvanın narazılığına səbəb olub. Amma belə görünür ki, ermənilərin bu narazılığı ruslar üçün hansısa əhəmiyyət kəsb etmir. Bunu Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə İrəvanın etdiyi iradlara Moskvanın sərt cavabı da təsdiq edir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə iddialarına münasibət bildirib. Nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bu barədə sualı cavablandırıb: ”Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub”. Ümumiyyətlə, Ermənistanda Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı müzakirələr intensivləşib. Erməni hüquq müdafiəçisi, ekspert Arbak Xaçatryan hesab edir ki, Ermənistan artıq kəskin bəyanatla çıxış etməlidir: “Ermənistan Rusiyaya deməlidir ki, təhlükəsizliyi təmin etmirsənsə, çıx get. Ancaq problemin daha qlobal nəzərdən keçirilməsinə ehtiyac var. İstənilən zəif dövlət günahı başqasının boynuna atır. Sizin qohumunuz, ailə üzvləriniz olsa belə zəif, satqın və quldurdursa, ona heç vaxt etibar etməyəcəksiniz”. Ekspert qeyd edib ki, Ermənistan ölkədə normal ordu qurmasa, öz təhlükəsizliyini təmin etmək istəmirsə, heç bir beynəlxalq sülhməramlı qüvvə onun yerinə bunu etməyəcək:
“Onsuz da dünya alov içindədir, 1945-ci ildən sonrakı vəziyyət deyil ki, kiminsə “altında” olduğunu düşünəsən. Təhlükəsizliyimizi təmin etmək üçün kimi gətirəcəyimizi düşünməyə davam edə bilmərik”. Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan da rus sülhməramlı qüvvələrinə qarşı çıxanlar sırasındadır. Onun sözlərinə görə, Ermənistanın strateji müttəfiqi Rusiyanın addımlarını araşdırmaq hüququ var, çünki müttəfiq olmaq maraqların qarşılıqlı hörməti deməkdir. O qeyd edib ki, Rusiyanın davranışı təəccüblü deyil: “Bundan sonra siyasi fəaliyyət göstərmək istəyən hər hansı qüvvənin vəzifəsi Ermənistanda “müttəfiq” Rusiyanın hərəkətlərinə qiymət vermək olmalıdır. Əgər Ermənistanda hər hansı siyasi qüvvə müasir Rusiyanın və Moskva siyasi elitasının hərəkətlərini adekvat qiymətləndirmək, suallar yaratmaq, onların davranışlarını araşdırmaq iqtidarındadırsa, həmin qüvvə Ermənistanın mənafeyindən, Ermənistanın adından çıxış etmək hüququna malikdir”.

Erməni analitik Armen Çibuxçyan bildirir ki, Kreml İranla sərhəd məsələsində də İrəvana təzyiq edir. Irəvanın isə buna müqavimət imkanı yoxdur: “Rusiya Federasiyası Sərhəd Xidmətinin Ermənistandakı Departamenti bildirib ki, son vaxtlar Ermənistan-İran sərhədində əməliyyat vəziyyəti gərgindir və bununla əlaqədar olaraq Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri, 1992-ci il tarixli Ermənistan-Rusiya Dövlətlərarası Müqaviləsinə uyğun olaraq, Ermənistan-İran sərhədindən keçən Mehri-Əkərək yolunda yoxlamalar aparır. Amma Rusiya Federasiyasının Ermənistandakı Sərhəd Xidmətinin bununla bağlı bəyanatı açıq-aşkar yalandır. Rusiya Ermənistanı işğal edir, Zəngəzur dəhlizini qoparmağa çalışır. Bizi həyasız bir bəhanə ilə aldadırlar: Zəngəzur dəhlizi cəhənnəmdir. İran bunu istəməyən yeganə dövlətdir. İranı regiondan təcrid etməyə cəhd edirlər”.  Erməni türkşünas ekspert Andranik İspiryan da məsələyə eyni prizmadan yanaşaraq Kremlin Irəvanı qurban verdiyini iddia edir. Onun sözlərinə görə, Rusiya üçün Türkiyə ilə münasibətlərdə belə Ermənistana güzəştlərlə bağlı “qırmızı xətlər” yoxdur: Rusiya vəziyyət imkan verdiyi qədər güzəştə gedəcək. Lakin Rusiya hələ o qədər də ciddi güzəştə getmək iqtidarında deyil, biz görürük ki, hər şey çox sürətlə inkişaf edir və Rusiyanın başına nə gələ biləcəyinə dair heç bir təminat yoxdur. Amma yaxın gələcəkdə belə bir təhlükə yoxdur”.
İspiryanın fikrincə, Rusiyanın Ukraynadakı işləri nə qədər pis olarsa, Cənubi Qafqazın, o cümlədən Ermənistanın Rusiya üçün əhəmiyyəti bir o qədər azalır: “Tarix göstərir ki, regionda qərarlar çox vaxt bizim maraqlarımız hesabına qəbul edilirdi. Həmin təhlükə bu gün də mövcuddur. Ukraynada problemlər dərinləşdikcə ən ciddi təhlükə Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı yaranır. Vəziyyətin mürəkkəbliyini anlayan Türkiyə Rusiyanın başqa istiqamətlərdə mövqelərini qoruyub saxlamasına çalışır”.  Daha bir erməni ekspert Armine Adibekyan isə iddia edir ki, Rusiya hər şeyi bir-bir təhvil verir: “Gördünüz ki, Rusiya 2020-ci il noyabrın 9-dan sonra nə qədər əraziləri Azərbaycana verib və verməyə davam edir”. O qeyd edib ki, lazım gələrsə, Rusiya Qarabağı “paketləyib” təhvil verəcək: “Rusiya sülhməramlıları Ermənistanın maraqlarını qorumağa borclu deyillər, onlar Rusiyanın maraqlarını qoruyurlar. Rusiya bizim əvəzimizə bizi müdafiə etməyəcək. Moskvanın başqa problemləri var. Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi sənədini kim imzalayıb? Paşinyan. Mən niyə öz ölkəmdəki əcnəbi hərbçilərə köçmək üçün sənəd göstərməliyəm? Sabah o əsgər silahını alıb gedəcək, yerinə türk gələcək. Mən illərdir deyirəm ki, Türkiyə Ermənistana qoşun yeridəcək. Rusiya gedəcək və türklərə yol verəcək”. Erməni mediasında, ekspert dairələrində bu qəbildən olan fikirlərin sayı kifayət qədərdir. Bu da təsdiq edir ki, Ermənistanda Rusiyadan narazılıq artır. Lakin Kreml üçün bu hansısa əhəmiyyət kəsb etmir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ