Rusiyanın Ukraynaya danışıqlar üçün verdiyi vaxt bu gün başa çatıb. Moskva Kiyevlə Belarusda görüşməyə hazır olduğunu açıqlaməşdı, lakin "təcavüzkar ölkələrdə danışıqların əleyhinəyik" deyə cavab verən Ukrayna lideri Zelenski bu təklifi rədd etmişdi.
Zelenski danışıqlar üçün beş şəhər, o cümlədən Bakını təklif etdimişdi.
Kiyevin Moskvanın Belarusda danışıqlar çağırışını rədd etməsindən sonra Rusiya prezidenti Putinin "dialoq fürsətini boşa çıxardıqlarını" deyib.
Bu açıqlamadan dərhal sonra Rusiya Ukraynanın Qomel vilayətində görüşə razılaşdığı, Rusiya nümayəndə heyətinin oraya getdiyini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov Belarus prezidenti Aleksandr Lukaşenko və ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən sonra Putindən Rusiya nümayəndə heyətini danışıqlardan geri çəkməməyi xahiş etdiyini bildirib.
Ukraynanın xarici işlər naziri Kuleba, "Rusiyanın məqsədi Ukraynanı məhv etməkdir, lakin biz itirməyəcəyik. Deyəcəklərini dinləmək üçün gedib görüşəcəyik" deyib.
"Rusiya hərbi itkilərdən sonra ultimatumla danışmağı dayandırdı" deyən Kuleba, ilkin şərtsiz danışıqları Ukrayna üçün qələbə adlandırıb.
Kuleba Belarusun müharibəyə qarışmayacaqlarına dair söz verdiklərini də açıqlayıb.
TAHİR