Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyat ikinci günündə Rusiya Müdafiə Nazirliyi Ukraynanın daha bir şəhərinin ələ keçirildiyini açıqlayıb.
Xarkovdan sonra toqquşmaların ən intensiv olduğu Azov dənizi sahilində yerləşən Melitopol şəhərinin Rusiya qüvvələri tərəfindən tutulduğunu açıqlayan Rusiya Müdafiə Nazirliyi bildirib ki, fevralın 25-i axşam saatlarında amfibiya hücumundan sonra Azov qəsəbəsində rus qoşunları müqavimət göstərmədən irəliləyərək Melitopola daxil oldular.
TAHİR