Rusiya prezidenti Vladimir Putin bu gün səhər Ukraynanın şərqindəki Donbassda "xüsusi hərbi əməliyyata" başladıqlarını açıqladıqdan sonra Rusiya demək olar ki, bütün böyük şəhərlərinə raket zərbələri endirməyə başlayıb.
Ardınca rus qoşunları Donbasdan, Krımdan və Belarus ərazisindən Ukraynaya girib. Hazırda Ukraynada çoxlu sayda ölü və yaralıların olduğu bildirilir.
ən son məlumatlara görə, Ukrayna sərhədçiləri Rusiya qüvvələrinin Kiyev bölgəsinə daxil olmağa başladığını açıqlayıb.
Ukrayna prezidentinin müşaviri, Rusiya qüvvələrinin paytaxt Kiyevdəki hökumət meydanına daxil olmaq üçün havadan desant endirə biləcəyini deyib.
TAHİR