Qazaxıstanda baş verənlərlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin növbədənkənar iclası keçirilib.
Baki-xeber.com xəbər verir ki, iclasda çıxış edən Belarus lideri Lukaşenko Qazaxıstandan sonra Özbəkistanın separatçı hədəfində olduğunu deyib.
Lukaşenko da Qazaxıstandakı etirazçılar arasında "terrorçuların" olduğunu bildirib: "Bu, çox təhlükəli tendensiyadır. Biz bunları kimin təşkil etdiyini və kimin rəhbərlik etdiyini öyrənməliyik".
Qazaxıstanda baş verənlərin qonşu ölkələrə də sirayət etmə ehtimalının olduğunu iddia edən Lukaşenko, "İlk növbədə Özbəkistan dərs götürməlidir. Aldığımız məlumata görə (Qazaxıstandakı etirazların təşkilatçıları) indi gözlərini Özbəkistana çeviriblər” deyib.
Tahir TAĞIYEV