Cümə günü, 02 oktyabr 2026
     

Ermənilər Laçında əsrlərlə yaşı olan Həmzə Soltan sarayını yerdən necə sildilər...

Image


Uzun illər Ermənistanın işğalı altında olan Laçın rayonunda da abidələrimizə qarşı həm vandalizm aktları törədilib, həm də abidələrin bir qisminə qarşı saxtalaşdırma kampaniyası aparılıb.

Həmzə Soltan sarayı da erməni vandalizminin qurbanlarından olan abidələrimizdəndir.

  • “Alban dövrü memarlıq abidələrinin qalıqları...”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Həmzə Soltan Sarayı adlanan bu abidə, əslində, VI-VII əsrə aid alban məbədidir və bu, birbaşa alban memarlığı üslubunda inşa edilib. Laçın rayonunun Soltanlar (bu kəndin bir neçə adı olub) kəndində mövcud olmuş bu abidənin tarixinin qədim olduğunu vurğulayan F.İsmayılov qeyd etdi ki, uzun illər bu abidədən ermənilər öz məqsədləri üçün yararlanıblar: “El arasında Laçın rayonunun Sultanlar kəndi kimi tanınan inzibati yaşayış məntəqəsi (müəyyən dövrlərdə Əsədlər, Əsədsultanlar, müəyyən dövrlərdə isə Hüsülü adlandırılıb) uzun illər Qaraçorlu mahalının mərkəzi kimi fəaliyyət göstərib. Qaraçorlu mahalı tərkibində bir neçə tayfa icması və kənd camaatı cəmlənib o dövrdə. Qaraçorlu mahalının ən böyük icması Hacısamlı camaatı olub.

Sultanlar kəndini Kosalar kəndindən (Ağoğlan monastırından Laçın-Minkənd yolu istiqamətində) Həkəri çayının Minkənd qolunun axarının əksi istiqaməti ilə 1500 metr məsafə ayırır. Kənd Azərbaycan tarixinin öyrənilməsi baxımından olduqca maraqlı və əvəzsiz bir ərazidir. Burada hündür dağ silsiləsinin ətəyində böyük saray komplekslərinin qəbirüstü abidələri və qəbir daşlarının, eləcə də Alban dövrü memarlıq abidələrinin qalıqları mövcud olub”.

  • “Bu sənədə görə...”

F.İsmayılovun sözlərinə görə, bir çox mənbəyə əsasən, Zəngəzur vilayətinin Qaraçorlu mahalı uzun illər Sultanlar kəndindən idarə olunub. Onun dediyinə görə, 1727-ci ilə aid olan Osmanlı arxivlərində Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərində qaraçorlular haqqında qiymətli məlumatlar saxlanır. “Azərbaycan Dövlət Tarix Arxivində saxlanan (F.24, siyahı 1, saxlama vahidi 142) 1823-cü ilə aid Qarabağ əyalətinin kameral təsviri adlı sənəddə Qaraçorlu mahalı haqqında məlumat var. Bu sənədə görə, 7 kənddən ibarət olan Qaraçorlu mahalında qaraçorlu, şeylanlı, gəloxçu, təhməzli, şadmanlı, yurdaxlı tayfalarının yaşadığı qeyd olunur və bu tayfaların hamısı indi də mövcuddur.

Qaraçorlu tayfaları Osmanlı dövlətinin tərkibində idi. Qaraçorlu mahalı 1730-cu ildə Osmanlı dövlətinin tərkibinə qatılmaq barədə saziş bağlamışdı. Sazişin şərtlərinə görə, mahaldan toplanan vergilərin yarısı Osmanlının Gəncə xəzinəsinə verilir, qalan yarısı isə qaraçorluların sərəncamında qalırdı. Qaraçorlu camaatı Səfəvi dövründə Osmanlı dövləti ilə olan əlaqələrindən dolayı Səfəvi xəzinəsinə vergi ödəmirdi.  Qaraçorlu mahalı Nadir şah Əfşarın hakimiyyətinə qədər yarımmüstəqil həyat tərzi sürüb”.

  • “İki saray kompleksi olub”

O qeyd etdi ki, Nadir şah Qaraçorlu mahalını osmanlılardan geri almaq üçün 1735-ci ildə hücum edərək mahalın başçısı Rüstəm bəy Qaraçorlunu öldürüb, mahalı öz tərkibinə qatmışdı. Bu barədə  tarixçi Mir Mehdi Xəzaninin “Qarabağnamə” əsərində müfəssəl məlumat verildiyini deyən ekspertin sözlərinə görə, o dövrdə Sultanlar kəndi ciddi dağıntıya məruz qalmışdı. “Belə ki, inzibati binalar tamamilə dağıdılaraq yerlə yeksan edilmişdi. Böyük ehtimalla mahalın ilk saray kompleksi də Nadir şahın qoşunları tərəfindən dağıdılmışdı.

Ehtimala görə, vaxtilə 400 yaşayış evi olan bu yaşayış məntəqəsində iki saray kompleksi olub. Bu sarayların birincisi “Soltan Əhməd”, bəzən də “Soltan Əjdər” sarayı adlandırılırdı. Sarayın bu adları daşıması maraqlı hadisədir. Çünki bu kəndin tarixində nə Sultan Əhməd və nə də Sultan Əjdər barədə məlumatlara rast gəlinmir. Mahalın üsyankar rəhbərinin adı isə Rüstəm olub. Bu sarayın dəqiq tikilmə tarixi, parametrləri, ümumi görüntüsü hələlik elmə məlum deyil”.

  • “Bu, alban dövrünün abidəsidir”

F.İsmayılovun sözlərinə görə, əslində, Həmzə Sultan sarayı adlandırılan bu abidə ətrafında ermənilər müəmmalı vəziyyət yaradıb və abidənin bir alban abidəsi olduğunu itirmək istəyiblər: “Bu, alban dövrünün abidəsidir. Sarayın mühafizə divarları yaxınlığında Qafqaz Albaniyası dövrünə aid ikimərtəbəli bazilika mövcud olub. Bu bazilikanın qalıqları dövrümüzə qədər gəlib çatıb.

Nadir şahın qələbəsindən sonra qaraçorluların Qarabağdan köçü başlamış, onların bir qismi Qaradağ mahalına, bir qismi isə Dərələyəz mahalına köçüb. Qaraçorlu elinə Nadir şah Həmzə Sultan Hacısamlını başçı təyin edib. Həmzə Sultan həm elin minbaşısı, həm də mahalın naibi olmuşdu.

1747-ci ildə Nadir şahın ölümündən sonra Qaraçorlu mahalı yeni yaranan Qarabağ xanlığının tərkibinə qatılıb. 1761-ci ildə Qaraçorlu elinin başçısı Həmzə Sultan Hacısamlı özünə köhnə saray qalıqları üzərində, daha müasir bir saray binası inşa etdirmişdi. Bundan sonrakı bütün dövrlərdə Sultanlıq rus işğalına qədər qədim Zəngəzur vilayətinin əsas mərkəzlərindən biri kimi Qarabağ xanlığının tərkibində olmuşdu”.

  • “Həmzə Soltan sarayı 1992-ci il erməni işğalından sonra öz mövcudiyyətini...”

“Təəssüflə qeyd etmək lazımdır ki, bu sarayın memarlıq quruluşu barədə heç bir rəsmi məlumat mövcud deyil. 

1992-ci il erməni işğalından öncə apardığımız müşahidələr zamanı kompleksin uçuqları arasında sarayın ətrafı qalın qala divarları ilə çevrələndiyi açıq görünürdü. Sarayın ümumi mənzərəsindən aydın olurdu ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısının qalıqları var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray əyanlarının istifadə etdikləri evin ikimərtəbəli olduğu güman edilir. Çünki saray yanaşı tikildiyi alban bazilikasından alçaq görünə bilməzdi. Saray geniş və böyük zala, xeyli sayda yardımçı otağa və divanxanaya malik olub.

Sovet dövrü sarayın qalıqları baxımsızlıq üzündən həm bəzi insanlar tərəfindən istismar edilir və həm də ciddi təbii dağıntılara məruz qalırdı. Həmzə Soltan sarıyı 1992-ci il erməni işğalından sonra öz mövcudiyyətini tamamilə itirdi. Belə ki, bütün saray qalıqları ermənilər tərəfindən ərazidən götürüldü. Kənddə salamat qalan sarayın mühafizə divarları yaxınlığındakı Qafqaz Albaniyası dövrünə aid bazilikanın yalnız bir hissəsi olub ki, bunu da ermənilər təmir edərək tanınmaz hala salıblar” - deyə F.İsmayılov vurğuladı.

  • “Gələcək tədqiqatlar nəticəsində üzə çıxarmaq mümkün olacaq”

F.İsmayılovun sözlərinə görə, bu abidənin oxşarı Xənəzək (Xantsax) kəndindədir. O qeyd etdi ki, Xənəzək kəndindəki bu oxşar abidənin yan tərəfində tağların olmadığını, adi divar olduğunu görürük. “Bu müqayisə Sultanlar kəndindəki bazilikanın Həmzə Soltan sarayının olmadığını sübut edir. Xənəzək kəndində keçən əsrin 30-40-cı illərinə qədər azərbaycanlılar yaşayıb, bu kəndi Sultanlardan cəmi 12 kilometr məsafə ayırır. Belə bir yaxınlıq, istər-istəməz, əhalinin adət-ənənələrində yaşayış evlərinin tikinti quruluşunda eyniliyi və ya oxşarlığı yaradan amillərdən biridir.

Bu abidəyə tamam başqa bir rakursdan yanaşanda belə onun saray kompleksinə uyğunluğu hiss olunmur. Güman edirik ki, erməni işğalından azad olan Sultanlar kəndində Həmzə Sultan sarayını gələcək tədqiqatlar nəticəsində üzə çıxarmaq mümkün olacaq.

1992-ci il işğalından sonar, 2007-ci ildə Sultanlar kəndinin adını dəyişərək “Melikatun” adlandırdılar. Onlar bu bazilikanı təmir edərək, işğal dövrü otel kimi istifadə edirdilər. Bazilikanın birinci mərtəbəsindəki otağın ölçüsü: eni 3,9 metr, uzunluğu 6,6 metr, hündürlüyü 3,65 metr, ikinci mərtəbə – eni 3,9 metr, uzunluğu 6,2 metr, hündürlüyü 3,9 metr, divarın qalınlığı 1,2 metrdir.

İşğal dövrü ermənilər Sovet dövrü “Həmzə Soltan” sarayı adlandırdıqları abidəni təmir edərək turistlərin qonaq evi (otel) kimi istifadə edirdilər. 

Ermənilər abidəni təmir edərək abidəyə onun original görkəminə uyğun olmayan yeni bir görkəm verdilər.

Sarayın arxasında işğal dövrü ermənilər tərəfindən inşa edilən ikimərtəbəli müasir ev, abidənin ümumi quruluşunu və mövcud olmuş landşaftını korlayır.

Ermənilər yaratdıqları otelin həyətinə qəbiristanlıqdan gətirdikləri bir at və bir qoç heykəli qoydular. Ermənilər bu abidənin erməni mədəniyyətinə aid olduğunu təbliğ edərkən bu daş fiqurlarının erməni tarixinə və mədəniyyətinə aid olmadığını, görünür, heç vaxt düşünməyiblər.

Maraqlıdır ki, ermənilər abidənin təmiri zamanı özlərinin tərtib etdikləri bu yeni eskiz layihəsinə deyil, Sovet dövrü “DQMV”-nin Abidələrin Bərpası İdarəsinin hazırladığı eskiz layihəsinə üstünlük verdilər.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Sultanlar kəndi də azad edildi. Bu kənddə olan kurqanlar, bədii daş nümunələri, türbələr və qəbirüstü abidələr, su dəyirmanları yenidən Sultanlar camaatının istifadəsinə veriləcək. Soltanlar kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri əvvəllər qara damlardan və sonralar müasirləşən bir və ya ikimərtəbəli yaşayış evlərindən ibarət idi” - deyə F.İsmayılov qeyd etdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ