şənbə günü, 03 oktyabr 2026
     

Ermənistana Rusiyadan qanunsuz yolla ötürülən silahlar...

Image


Qarabağda tətbiq edildiyi tam sübuta yetirilmiş “İsgəndər-M” raketləri ilə bağlı qalmaqal Ermənistanın qanunsuz silahlandırılması məsələsini də yenidən gündəmə gətirib. Bu olaydan sonra ortaya çıxan əsas məlumatlar bundan ibarətdir ki, Rusiyadan Ermənistana qanunsuz silah ötürülməsi 2020-ci ilin sonlarına kimi davam edib.

Mediada yayılan məlumatlara əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat departamenti “İsgəndər-M” raketlərinin Ermənistana qanunsuz verilməsilə bağlı artıq xüsusi araşdırmaya başlayıb. İndi iddialar səslənir ki, Rusiyanın Cənub Hərbi Dairəsindən tank əleyhinə raket kompleksləri, hava hücumundan müdafiə raket kompleksləri, onlara aid raketlər və ən azından üç “İsgəndər-M” raketi, üstəlik minalar, patronlar, atıcı silahlar qanunsuz yolla iri miqyasda Ermənistana ötürülüb. Onların pullarını isə Krasnoyarskdan, Krasnodar vilayətindən, Tula, Orlov vilayəti, Moskva, Sankt-Peterburq və hətta Xabarovskdan olan erməni biznesmenlər öz hesablarından ödəyib. Ümumiyyətlə, Ermənistanın ordu üçün rəsmi və qeyri-rəsmi yollarla hərbi texnika, silah və sursat almasına dair çoxsaylı faktlar mövcuddur. Bu fonda Ermənistanla Rusiyanın hərbi-texniki əməkdaşlığı daha çox diqqət cəlb edir. Bu əməkdaşlıq 1997-ci il avqustun 27-də imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı müdafiə barədə” sazişlə tənzimlənir. Buna baxmayaraq, hələ saziş imzalanmazdan öncə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində qanunsuz silah satması faktı yaddaşlardan silinməyib. 1993-1996-cı illərdə İrəvana əlavə olaraq böyük miqdarda silah və sursat, yəni  9,5 min ədəd raket-artilleriya vahidi, 72 zirehli tank, 600 vaqon sursat verilib. Həm də bu silah Ermənistana müvafiq saziş imzalanmadan, qeyri-leqal yolla verilib. 

ATƏT-in İstanbul sazişinə uyğun olaraq, Gürcüstan ərazisində Rusiya hərbi bazalarının ləğvi zamanı həmin bazalara məxsus silah-sursat və texnika müxtəlif hissələrlə Ermənistana yerləşdirilib. “The International Institute for Strategic Studies” təşkilatının məlumatlarına görə, 2006-cı ildə Ermənistan Rusiyadan 8 ədəd P-17 markalı operativ-taktiki raket kompleksi qurğusu və onun üçün 500 kilometr məsafəni vura bilən 32 raket və çoxlu sayda minaatan aldığını bəyan etməyib. 2013-cü ildə Ermənistanda keçirilən hərbi paradda nümayiş olunan 3 kompleks “Toçka-U” operativ-taktiki raketin Rusiya tərəfindən aşağı qiymətə Ermənistana satıldığı bildirilir. 2013-cü ildə Ermənistan mediası ordunun təlimlərində 2C7 “Pion” özüyeriyən haubitsalardan istifadə etməsi barədə məlumat yayıb. Qeyd olunan tarixədək Ermənistan ordusunun silahlanmasında nə “Toçka-U” taktiki raketləri, nə də “Pion” topları mövcud olub. Bu satınalma barədə informasiya da beynəlxalq hesabatlarda yer almayıb. BMT-yə təqdim olunan hesabatlarda belə bir ötürülmə öz əksini tapmayıb. Bununla bərabər, 2013-2014-cü illərdə Rusiyanın “AFM Servis” şirkətindən 4 kompleks “Ptero E-5” tipli pilotsuz uçuş aparatının (PUA) satın alınması informasiyası da hesabatlardan gizlədilib. Bundan əlavə, təmənnasız olaraq Rusiya 2012-ci ilin avqust ayında 102-ci bazanın anbarından Ermənistan ordusuna açıqlanmayan sayda BMP-2 və BMP-3 piyada döyüş maşınları, BTR-80 bazasında R-149 komanda-qərargah maşını, BTR-70 və BTR-80, 152 mm çaplı 2A65 “Msta-B”, 152 mm çaplı 2A36 “Giatsin-B”, 2S3M “Akasiya”, həmçinin 122, 240, 300 mm reaktiv mərmilər, 100, 122 və 152 mm çaplı artilleriya döyüş sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion “Kub” zenit-raket kompleksi, S-300 ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər, aviasiya üçün idarə olunmayan S-8 və S5 raketləri, idarə olunan X-25ML və R-60M raketləri bağışlayıb.

Ermənistan digər ölkələrdən də qanunsuz yolla silah alıb. Məsələn, bu ölkə Çindən 80 kilometr məsafədən hədəfi vura biləcək 273 millimetrlik “WM-80” markalı reaktiv atəş sistemlərinin alınmasına dair faktları gizlədib. Qeyd edək ki, hələ 1999-cu ildə Çinin Ermənistana qanunsuz olaraq “Tayfun” raket qurğularını satması barədə faktlar aşkarlanıb. Rəsmi Pekin o zaman baş verən insidenti alqı-satqı prosesinin silah ixracı ilə məşğul olan qeyri-dövlət şirkəti tərəfindən həyata keçirilməsi ilə əsaslandırıb. Rəsmi Bakının müdaxiləsindən sonra Çin hökuməti həmin şirkətə qarşı cərimə sanksiyaları tətbiq edib. Qərara əsasən, Çin tərəfi nəinki “Tayfun” qurğularının satışını dayandırıb, həmçinin bu tip silahların Ermənistana satışına qadağa qoyub.

Ermənistanın əsas silah alqı-satqısı gizli yollarla Albaniya, Yunanıstan, Kipr, Polşa, Fransa, Moldova, Ukrayna, Livan, Hindistan da daxil olmaqla bəzi ölkələrin şirkətləri üzərindən həyata keçirilib. Xaricdəki erməni diasporunun dəstəyi və maliyyəsindən də bu istiqamətdə geniş istifadə olunub. Bu işdə isə daha çox Ermənistanın əsas silah idxal-ixracatçısı olan “DG Arms Corporotion” şirkətinin adı keçir. Bu şirkət Montoneqronun MDİ, Albaniyanın MEİCO və Bosniyanın UNİS hərbi sənaye qrupu ilə sıx əlaqələrə malikdir. 2012-ci ilin avqust ayında Ukraynanın “Ukrinmaş” Dövlət Xarici Ticarət və İnvestisiya Firması ilə “DG Arms Corporation” şirkəti arasında böyük miqdarda silah alğı-satıqısına dair müqavilənin imzalanması faktı və bunu əks etdirən sənədlər üzə çıxıb. Müqavilə erməni firması vasitəsilə silah və texnikanın üçüncü ölkəyə – BƏƏ-yə satışını nəzərdə tutsa da, bu çərçivədə Ermənistana da müəyyən silah ötürülməsi reallaşıb. Silahların tranziti Albaniya üzərindən yerinə yetirilib. Digər silah satışı faktı isə Fransa-Almaniya istehsalı olan MİLAN tank əleyhinə idarə olunan raketlərin Ermənistana satışı ilə bağlıdır. Bir neçə il əvvəl Ermənistan Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidən üzə çıxan görüntülərdə ermənilərin silahlanmasında MİLAN kompleksinin olması faktı bəlli oldu. Məlumatlara görə, Ermənistan Yunanıstandan 20 ədəd MİLAN sistemi əldə edib. Yunanıstan Ermənistan Ordusunun kadr hazırlığında, o cümlədən müxtəlif döyüş sursatları və optik sistemlərlə təchizatında da önəmli rol oynayır. Livan da Ermənistana Avropadan və digər ölkələrdən müxtəlif hərbi texnologiyaların ötürülməsində vasitəçi ölkə kimi çıxış etməkdədir. Qərb texnologiyalarının Ermənistana transferində bu ildən erməni-polyak birgə müəssisəsi kimi fəaliyyətə başlayan “Lubawa Armenia” şirkəti də müəyyən rol oynayıb. Belə hallar isə Qafqazda vəziyyətin destabil xarakter almasında az rol oynamayıb.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ