çərşənbə günü, 07 oktyabr 2026
     

Fars rejimi cəmi 33 yaşlı mübariz şairə Mərziyyə Üskülünün ömrünə belə qıydı...

Image


“Mübariz Güney azərbaycanlı qadınlar” rubrikasında elə bir simadan söhbət açacağıq ki, o, Güney Azərbaycanın mübarizə simvoluna çevrilib, illər keçsə də, adı yenə də xatırlanır, mücadiləsi dastanlaşıb, şeirləşib, əbədi olaraq yaddaşlara köçüb. Güney Azərbaycanda qadın hərəkatından, irticaya qarşı mübarizədən söhbət açılanda, bir neçə qadın var ki, onların adları xüsusi çəkilir, onlardan biri də qəhrəmanımızdır...

“Aslanın erkəyi-dişisi olmaz” deyimi çox işlənsə də, amma yenə də öz aktuallığını qoruyub, fikrimizcə, illər sonra da qoruyacaq.

Şairə, müəllimə, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri, İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü, 33 yaşında faciəli şəkildə öldürülən Mərziyyə Əhmədi Üskülünün mübarizə dolu həyat yolu bir örnəkdir.

  • “Sən doğuldun qeyrətdən, cürətdən, Mərziyyəcan”

Xalq şairi Bəxtiyar Vahabzadə “Mərziyyə” (“Mərziyə”) poemasını cəsur Azərbaycan qızının alovlu mübarizəsinə və faciəli ölümünə həsr edib.

Sən doğuldun qeyrətdən, cürətdən, Mərziyyəcan,
Aldım sənin sorağını
Ölümündən çox sonra mən Mərziyyəcan.
Sən vuruşdun əlindəki silahla yox,
Qəlbindəki imanınla, inamınla.
Həkk elədin öz adını sən tarixə öz qanınla...

  • Əzizə Cəfərzadənin Mərziyyəsi...

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Lətifə Mirzəyeva yazır ki, Mərziyyə Əhmədi Üskülünün geniş tanınmasında ən böyük rolu xalq yazıçısı, professor Əzizə Cəfərzadə oynayıb. “Azərbaycanın Xalq yazıçısı, professor Əzizə Cəfərzadə gərgin ədəbi və elmi yaradıcılığı ilə bərabər, xalqımızın sənətkar qadınlarının da həyatı və yaradıcılığını tədqiq edib üzə çıxarmaq, onları ölkəmizdə və bütün dünyada tanıtmaq sahəsində də az iş görməmişdi. O, ilk dəfə olaraq 1974-cü ildə Cənubi Azərbaycanın aşıq və şair qadınları  haqqında da məlumat verən, Azərbaycan qadınlığının bir növ poetik salnaməsi adlandırılan, daha çox ah-fəryad səsləri ucalan "Azərbaycanın aşıq və şair qadınları" adlı antologiya üçün materialları toplayıb, tərtib edib onu "Gənclik" nəşriyyatında çap etdirmişdi...

... "Azərbaycanın aşıq və şair qadınları antologiyası"nın 1974-cü ildə 23000 tirajla çap edilən və qısa müddətdə nadir nüsxəyə çevrilən birinci nəşrindən sonra 1991-ci ildə tələbata və toplanan yeni materialların çoxluğuna görə cənublu neçə-neçə xanım şairlə birlikdə Mərziyyə Əhmədi Üskülünün də həyat və yaradıcılığı haqqında məlumatın, əsərlərindən parçaların yer aldığı (səh. 240-241) ikinci nəşri də həyata keçirilib...

Keşməkeşli həyatını, böyük vətənpərvərlik hisslərini şeirin diliylə əbədiləşdirmiş, qısa, lakin çoxmənalı ömrünün şeirə dönmüş qəlpələrini bizə yadigar qoyub getmiş fədai şair Mərziyyə Əhmədi Üskülü Dalğanın həyatı və fəaliyyəti haqqına qısa məlumatın və "Mən Günəşi sevirəm", "Dalğa", "Mən və Dəmavənd" əsərlərinin (səh. 189-191) də yer aldığı "Azərbaycanın aşıq və şair qadınları antologiyası" (Bakı, "Gənclik", 1991) nəşri əsasında təkrar nəşr edilən "Azərbaycanın qadın şairləri antologiyası" bir daha 2005-ci ildə yenə də Ə.Cəfərzadənin tərtibində "Avrasiya Press" nəşriyyatında çap edilib.

Bütün bunlar ədəbiyyat tarixinin böyük simalarına olan tükənməz məhəbbətdən, onların özlərinin və əsərlərinin əbədiləşdirilməsinə olan qayğı və ehtiyacdan, gələcək nəsillərə də tanıdılması məqsədindən irəli gəlir.

Xalq yazıçısı Ə.Cəfərzadənin alovlu şair, istedadlı nasir, publisist, fədakar müəllim, yalnız Cənubi Azərbaycanda deyil, İranda, bir çox Şərq ölkələrində milli qurtuluş hərəkatının iradəli yolçusu, xalqımızın əfsanəvi igid qızı kimi tanınan Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti daha çox idi. O, cənublu xanım şairə doğma ana məhəbbəti bəsləyirdi. Onu "qızım", "gəlinim", "balam" adlandırırdı”.

  • Kimdir Üskülü Mərziyyə?

Mərziyyə Əhmədi 1941-ci ildə Güney Azərbaycanın Üskü şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı, o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib.  Bütün farsca yazdığı əsərləri türkcəyə, öz ana dilində qələmə aldığı bütün əsərləri isə fars dilinə tərcümə edib. 

  • Tələbə hərəkatının rəhbəri...

Şah rejiminin xalqa zülm etməsi, ana dilimizi qadağan etməsi, milli dildə təhsil almaq hüququnu məhdudlaşdırması təbii ki, vətənpərvər, cəsur Mərziyyəni də ciddi narahat edirdi. Çox gənc yaşlarından milli mübarizəyə qoşulan Mərziyyə Üskülü elə bu yolda da şəhid edilir.

Barəsindəki yazılı məlumatlara görə, 1970-ci ildə tələbələrin etiraz aksiyalarına rəhbərlik edən Mərziyyə xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Həbs edilərək Üsküyə sürgün olunur. Daha sonra bu günlər haqqında xatirələrini yazır. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü olan şairə  26 aprel 1974-cü ildə dəstənin iki üzvünün görüşündən xəbər tutan SAVAK (Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı. olan SAVAK İranın Məhəmməd Rza Pəhləvi dövründə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin   (CIA) köməyi ilə təsis edilmiş gizli polis, daxili təhlükəsizlik və kəşfiyyat xidməti idi.  SAVAK Pəhləvi sülaləsi devrilənə qədər, 1957-ci ildən 1979-cu ilə qədər fəaliyyət göstərirdi.) məmurları haqqında məlumat alır. Yoldaşlarını xəbərdar etmək üçün görüş yerinə gedən Mərziyyə yoldaşlarını xəbərdar etsə belə gec olur. Atışma başlayır və o, SAVAK ilə silahlı toqquşmada həlak olur.

Yaxın dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti-Zəhra məzarlığının 33 saylı guşəsində dəfn edilən Üskülü Mərziyyənin xatirəsinə Bəxtiyar "Mərziyyə" poemasını həsr edib.

2014-cü ildə fotoqraf Azad Əxlaqi İran tarixində baş vermiş ölüm hadisələrini öz fotoları ilə yenidən canlandırıb. O, Məhəmmədtağı Püsyan, Əli Şəriəti və digərləri ilə yanaşı Üskülü Mərziyyənin də ölümünü səhnələşdirib.

  • Yeni həyat doğulur...

33 illik həyatını şərəflə yaşadı müəllimə, şairə, alovlu vətənpərvər, cəsur Azərbaycan qızı Mərziyyə. O özünün “Dalğa” şeirlərində yazırdı:

Xırda, incə arx idim,
Meşələrdən, dağlardan,
Dərələrdən axırdım.
Bilirdim durğun sular,
Öz içində boğular.
Bilirdim dəryalarda
Dalğalar qucağında,
Xırdaca arxlar üçün
Yeni həyat doğular.

Nə yolun uzağlığı
Nə qaranlıq çuxurlar,
Nə durğunluq həvəsi
Məni yoldan qoymadı.
İndi qarışmışam mən
Qurtulmaz dalğalara,
Varlığımız çalışmaq,
Yoxluğumuz dayanmaq!

Onu da vurğulayaq ki, bəzi mənbələr Mərziyyə Üskülünün doğum tarixini fərqli verir. Onun bioqrafiyasında doğum ili kimi, 1941-ci il göstərilsə də, bəziləri onun 1945-ci ildə anadan olduğunu qeyd edir. “Mərziyə Əhmədi Üskülü 1324-cü ildə (1945 ) Üsküdə əkinçi ailəsində anadan olub.Təhsilini Təbrizdə alan Mərziyə elə burada da sol düşüncə ilə tanış olub”-kimi fikirlər də internet resurslarında yer alıb.

  • “Ey “Anamın kitabı”nda adı qalan…”

Ana dilimizin təəssübkeşi olan Mərziyyə Üskülü “Ana dili” şeirində yazır:

Niyə mənim anam “madər”,
Atam “pədər” – olsun?
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgəsinin tapdağında hədər olsun?
Niyə yadın bəhməzinə “bal” deməli?
Öz aşıma “yal” deməli?
Niyə mənim ana dilim
Gəlmə dilin qabağında
Titim-titim titrəməli?
Niyə doğmam yad olmalı?
Öz sözlərim öz dilimdən qovulmalı?
Ey “Anamın kitabı”nda adı qalan
Doğma ikən, ögey olan
Sinə dağım…

İllər keçsə də, Mərziyyə unudulmur, onun mübarizə yolu neçə-neçə gənc qızın həyat amalına çevirilib yolunu işıqlandırır. Bu gün İran adlanan xalqlar həbsxanasında Mərziyyənin onminlərlə davaçmısı var ki, onlar bu gün molla rejiminə meydan oxuyurlar, zindanlarda əzilsələr də, ölüm hökmünə düçar edilsələr də, dar ağacından asılsalar da, yenə də öz yollarına sadiqdirlər. Bu yol Mərziyyənin və ondan əvvəlki mübariz qadınların başladığı yoldur. Mərziyyə Üskülünün yolunu, açdığı cığırı heç zaman alaq otları basa bilməz. Çünki mübarizə hər gün var, azadlıq günəşi doğana qədər güneylilər milli haqlarına, milli respublika qurmaq arzularına çatana qədər ayaqdadırlar…

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ