şənbə günü, 10 oktyabr 2026
     

Ağ­dam Te­at­rı­nın qa­ra gün­lə­ri ar­xa­da qa­lır...

Image


Ağ­dam Döv­lət Dram Te­at­rın­da uzun müd­dət ya­şa­nan qal­ma­qal və prob­lem­lər ar­tıq sən­gi­yib. Te­at­ra ye­ni di­rek­tor və baş re­jis­sor tə­yi­na­tı bu mə­də­niy­yət oca­ğın­da ye­ni döv­rün baş­lan­dı­ğı­nı de­mə­yə əsas ve­rir. Bil­di­rək ki, Mə­həm­məd Hü­sey­nov Ağ­dam Döv­lət Dram Te­at­rı­na di­rek­tor, ta­nı­nan re­jis­sor Sər­vər Əli­yev isə baş re­jis­sor tə­yin edi­lib.

Qeyd edək ki, Ağ­dam­da te­atr ilk də­fə 1902-ci il­də yer­li zi­ya­lı­la­rın və Əb­dür­rə­him bəy Haq­ver­di­ye­vin kö­mək­li­yi və ya­xın­dan iş­ti­ra­kı ilə ya­ra­dı­lıb. İki il gər­gin iş­dən son­ra 1904-cü il­də M.F.Axun­do­vun "Sər­gü­zəş­ti-və­zi­ri-xa­ni-Lən­kə­ran" və Ə.Haq­ver­di­ye­vin "Da­ğı­lan ti­faq" pyes­lə­ri­nin ta­ma­şa­la­rı ilə açı­lıb. Uzun il­lər ic­ti­mai əsas­lar­la fə­a­liy­yət gös­tə­rib. 1968-ci il­də isə Na­zir­lər Ka­bi­ne­ti­nin mü­va­fiq qə­ra­rı ilə ar­tıq Ə.Haq­ver­di­yev adı­na Ağ­dam Döv­lət Dram Te­at­rı ola­raq fə­a­liy­yə­tə baş­la­yıb, 1969-cu il mar­tın 26-sı və 27-də İ.Əfən­di­ye­vin "Sən hə­mi­şə mə­nim­lə­sən və ya Boy çi­çə­yi", B.Va­hab­za­də­nin "Vic­dan" pyes­lə­ri­nin ta­ma­şa­sı ilə Döv­lət Dram Te­at­rı ki­mi fə­a­liy­yə­ti­ni da­vam et­di­rib.

Er­mə­ni­lər Ağ­da­mın bir his­sə­si­ni iş­ğal et­dik­dən son­ra te­atr köç­kün dü­şüb, ha­zır­da bu ra­yo­nun Qu­zan­lı qə­sə­bə­sin­də fə­a­liy­yə­ti­ni da­vam et­di­rir.

Mü­sa­hi­bi­miz bu te­at­rın baş re­jis­so­ru Sər­vər Əli­yev­dir.

- Sər­vər mü­əl­lim, siz cəb­hə böl­gə­sin­də yer­lə­şən bir te­at­ra baş re­jis­sor tə­yin edil­mi­si­niz. Bu te­at­rın kol­lek­ti­vi həm otu­ruş­muş kol­lek­tiv idi, həm də açı­ğı, siz­dən əv­vəl qal­ma­qal ya­şa­mış­dı­lar. İşə baş­la­ma­ğı­nız çə­tin ol­ma­dı ki?

- Mən­dən əv­vəl baş ve­rən­lə­rin heç bi­ri­nə mü­na­si­bət bil­dir­mək is­tə­mi­rəm. Ora ge­dən­də kol­lek­tiv mə­ni çox yük­sək sə­viy­yə­də qar­şı­la­dı. Gö­rü­nür, əv­vəl­cə­dən ba­rəm­də mə­lu­mat­la­rı var idi, ki­min tə­lə­bə­si ol­du­ğu­mu, han­sı mək­tə­bi keç­di­yi­mi, har­da iş­lə­di­yi­mi bi­lir­di­lər. Bu da mə­nə ürək-di­rək ver­di. Açı­ğı, ora get­məz­dən əv­vəl gö­zü­mü qor­xut­du­lar ki, sən heç nə­yi ol­ma­yan, boş bir te­at­ra ge­dir­sən. Bu te­at­rı mə­nə be­lə təq­dim et­di­lər. An­caq ora ge­dən­dən son­ra tam ək­si­ni gör­düm. Bir köh­nə ta­ma­şa­la­rı­na bax­dım. O ta­ma­şa­ya bax­ma­lı idim ki, kol­lek­tiv­lə ta­nış olum. Gör­düm ki, xeyr, heç də hər şey mə­nə təq­dim edil­di­yi ki­mi de­yil.

- Te­atrda yə­qin ki, işi­nə can yan­dı­ran aktyor­lar var?

- Bə­li. Gör­düm ki, bu­ra­da­kı aktyor­la­rın ço­xu gənclər­dir və is­te­dad­la­rı var, sa­də­cə, təc­rü­bə­siz­di­lər, an­caq on­la­rı ba­şı­na yı­ğıb iş­lə­mək la­zım­dır. 40 gün­dən ar­tıq­dır ora­da iş­lə­yi­rəm. Ye­ni ge­dən­də ulu ön­də­rin xa­ti­rə­si­nə təd­bir ha­zır­la­dıq. İn­di tə­zə ta­ma­şa baş­la­mı­şıq. On­lar­la iş­lə­yən za­man hiss et­dim ki, kol­lek­tiv iş­lə­mək is­tə­yir. Aktyor nə is­tə­yir? Rol oy­na­maq is­tə­yir. Ona rol ve­rib iş­lət­mə­li­sən, onun qay­ğı­sı­na qal­ma­lı­san. An­caq əv­vəl on­la­ra qay­ğı ol­ma­yıb, te­atrda ya­ra­dı­cı­lıq pro­se­si get­mə­yib və bu da bə­zi na­ra­zı­lıq­la­rın ya­ran­ma­sı­na sə­bəb olub. Kol­lek­tiv çox meh­ri­ban kol­lek­tiv­dir, in­di də yum­ruq ki­mi bir­lə­şib­lər.

- Ye­ni di­rek­tor da tə­yin edi­lib. O ne­cə, te­at­ra bə­ləd adam­dır­mı?

- Mə­həm­məd Hü­sey­nov əv­vəl­lər mə­də­niy­yət sa­hə­sin­də ça­lı­şıb. Te­at­ra çox bö­yük hə­və­si, sev­gi­si, bağ­lı­lı­ğı olan in­san­dır. O, hər­bi­dən əv­vəl Ağ­dam Te­at­rın­da iş­lə­yib, hər­bi­dən qa­yıt­dıq­dan son­ra te­at­ra dön­mə­sə də, hər za­man te­atrla, onun fə­a­liy­yə­ti ilə ma­raq­la­nıb, te­at­rın uğur­la­rı­na se­vi­nib, ağ­rı­la­rı­na acı­yıb. Sö­zü­mün ca­nı odur ki, di­rek­tor te­atrla nə­fəs alır.

- Ra­yon rəh­bər­li­yi­nin te­at­ra mü­na­si­bə­ti ne­cə­dir?

- Bəx­tim on­da gə­ti­rib ki, Ağ­dam Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Ra­quf Məm­mə­dov te­at­ra həd­din­dən ar­tıq də­rə­cə­də qay­ğı gös­tə­rir. Mən ora­da işə baş­la­yan­dan baş­çı iki də­fə te­atrda olub. Mə­nim­lə söh­bə­tin­də qar­şı­ma şərt, tə­ləb, xa­hiş ki­mi de­yim bir mə­sə­lə qo­yub ki, mən Məm­məd Əmirovun vax­tın­da­kı Ağ­dam Te­at­rı­nı gör­mək is­tə­yi­rəm. Ağ­dam Döv­lət Dram Te­at­rı­nın bü­tün uğur­la­rı o ki­şi­nin adı ilə bağ­lı­dır. Məm­məd Əmirovun döv­rün­də Ağ­dam Te­at­rı çox yük­sək sə­viy­yə­də in­ki­şaf edib, uğur­lar qa­za­nıb.

- Ağ­dam Te­at­rı­nın doğ­ru­dan da bir vaxtlar bö­yük şöh­rə­ti olub...

- Bu te­at­rın bö­yük ənə­nə­si, pe­şə­kar kol­lek­ti­vi in­di də xa­tır­la­nır. Tə­səv­vür edin ki, İkin­ci Dün­ya Mü­ha­ri­bə­si il­lə­rin­də qa­dın­la­rın da cəb­hə­yə apa­rıl­dı­ğı bir za­man­da Ağ­dam Te­at­rı­nın aktyor­la­rı­na bron ve­ri­lib ki, on­la­rı mü­ha­ri­bə­yə apar­ma­sın­lar. Gö­rün, nə qə­dər güc­lü te­atr olub. Düz­dür, ara­da bağ­la­nıb. Mü­ha­ri­bə­dən son­ra tək­cə Ağ­dam Te­at­rı de­yil, bir çox te­atrlar qa­pa­dı­lıb, 1948-ci il­də ye­ni­dən açı­lıb. Bil­di­yi­niz ki­mi, te­atr Qu­zan­lı qə­sə­bə­sin­də yer­lə­şir. Te­at­rın bi­na­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi tə­rə­fin­dən tə­mir edi­lib. Bə­zi xır­da prob­lem­lə­ri­miz var, on­lar da həll olu­na­caq.

- Si­zin us­ta­dı­nız Hü­sey­na­ğa Ata­ki­şi­yev bir əya­lət te­at­rı olan Şə­ki Döv­lət Mu­si­qi­li Ko­me­di­ya Te­at­rı­nı çox in­ki­şaf et­dir­di, bu te­at­rı dün­ya­nın bir sı­ra ye­rin­də ta­nıt­dı. Siz ne­cə, əya­lət, həm də köç­kün te­atr olan Ağ­dam Döv­lət Dram Te­at­rı­nı ta­nıt­ma­ğa ha­zır­sı­nız­mı?

- Əv­vəl­cə onu de­yim ki, ar­tıq əya­lət te­at­rı sö­zü­nü yı­ğış­dır­maq la­zım­dır. Əya­lət te­at­rı de­mək ol­maz, bu söz həm də kol­lek­ti­vin xət­ri­nə də­yir, ya­ra­dı­cı adam­la­ra pis tə­sir edir. Te­at­rın əya­lə­ti-pay­tax­tı yox­dur. Te­atr elə te­atrdır. Bu­ra sə­nət mə­bə­di­dir. Si­zin su­a­lı­nı­za gə­lin­cə, qar­şı­ma məq­səd qoy­mu­şam ki, Ağ­dam Te­at­rı bir il­dən son­ra dir­çə­liş və çi­çək­lən­mə döv­rü­nü ya­şa­ya­caq. Elə ada­mın tə­lə­bə­si ol­mu­şam, elə adam­la iş­lə­mi­şəm ki, o, heç nə­dən, sı­fır­dan te­atr ya­ra­dan adam olub. Bu, Hü­sey­na­ğa mü­əl­li­min yal­nız is­te­dad­lı və pe­şə­kar ol­ma­ğı ilə bağ­lı de­yil­di, onun in­san­lı­ğı, şəx­si key­fiy­yət­lə­ri də çox güc­lü idi. O, te­at­rı dəh­şət­li də­rə­cə­də se­vir­di. On­da olan hisslə­rin ha­mı­sı mən­də var. Hət­ta dostla­rım­dan bi­ri mə­nə ya­zıb ki, mən sə­nin Hü­sey­na­ğa Ata­ki­şi­yev mək­tə­bi­ni da­vam et­di­rə­cə­yi­nə ina­nı­ram. Ni­yə Ağ­da­mı seç­dim? Baş­qa ye­rə də ge­dər­dim.

- Yə­qin sə­bəb­siz de­yil?

- Bə­li. Ağ­dam-Qa­ra­bağ ilk növ­bə­də hər bir azər­bay­can­lı­nın, Azər­bay­ca­nın ürə­yin­də bir dağ­dır. Bu həm si­nə da­ğı­dır, həm də uca bir dağ­dır. Hə­mi­şə uzaq­dan dağ in­san­la­ra ki­çik gö­rü­nər, an­caq ya­xın­la­şan­da onun əzə­mə­ti­ni gö­rür­sən. Ağ­dam da, Ağ­dam Te­at­rı da hər kə­sə uzaq­dan ki­çik gö­rü­nür, sağ­lıq ol­sun, ye­ni iki ta­ma­şa­dan son­ra bu te­at­ra ya­xın­la­şa­caq­lar və on­da onun əzə­mə­ti­ni hiss edə­cək­lər.

- Han­sı ta­ma­şa­lar üzə­rin­də iş­lə­yir­si­niz?

- Mi­ros­lav Mi­to­re­vi­çin "Ge­cə ya­rı­sı soy­ğun­çu­luq" əsə­ri­ni ha­zır­la­yı­ram, onun­la pa­ra­lel ola­raq "Göy­çək Fat­ma"nın üzə­rin­də iş­lə­yi­rəm. "Göy­çək Fat­ma"nı ta­mam baş­qa for­mat­da ha­zır­la­ya­ca­ğam, pla­nım be­lə­dir. Bu əsə­rin vi­deo çə­ki­li­şi ola­caq. Elə səh­nə­lər var ki, dağ­lar­da, çay­lar­da, tə­bi­ət qoy­nun­da, həm də səh­nə­də çə­ki­lə­cək. Be­lə de­yək, ek­ran­dan səh­nə­yə, səh­nə­dən ek­ra­na qa­yı­da­ca­ğıq. Bu, uşaq­lar üçün ta­ma­şa­dır. De­yim ki, bu, te­atr üçün ye­ni­lik­dir, in­di­yə qə­dər be­lə bir iş ol­ma­yıb. Plan­la­rı­mız çox­dur. 2015-ci il ər­zin­də te­at­ra Bəh­ram Os­ma­no­vu də­vət edə­cə­yəm, Əb­dür­rə­him bəy Haq­ver­di­ye­vin "Kim­dir mü­qəs­sir" əsə­ri­ni ha­zır­la­ya­caq. Şarl Pe­ro­nun "Se­hir­baz qa­dın" ta­ma­şa­sı da ha­zır­la­na­caq. Bi­lir­siz ki, da­hi Üze­yir Ha­cı­bə­yo­vun 120 il­li­yi ola­caq. Bu mü­na­si­bət­lə Üze­yir bə­yin "Ər və ar­vad" əsə­ri­ni ha­zır­la­ya­ca­ğam. Bu əsə­ri bir də­fə də ta­ma­şa­ya qoy­mu­şam. İn­di Ağ­dam Te­at­rın­da onu ta­ma­şa­ya qo­ya­ca­ğam. Bi­lir­siz ki, Ağ­dam mu­si­qi oca­ğı­dır, bu­ra­da gö­zəl səs­lər var. Onun­la da pa­ra­lel ola­raq Qa­ra­ba­ğa aid "Ürə­yin­də ar­zu tut" ta­ma­şa­sı­nı iş­lə­yə­cə­yik. Ağ­dam­da ola­san, an­caq Qa­ra­ba­ğa aid ta­ma­şa ha­zır­la­ma­ya­san, bu, gü­nah olar­dı. Ça­lı­şa­ca­ğam ki, te­at­rın re­per­tu­a­rın­da hər il Qa­ra­bağ möv­zu­sun­da ye­ni bir ta­ma­şa ol­sun. Bu ta­ma­şa­la­rı ya mən ha­zır­la­ya­ca­ğam, ya da də­vət et­di­yi­miz re­jis­sor. De­mək is­tə­yi­rəm ki, işi­mi­zin ba­şın­da Qa­ra­bağ prob­le­mi, Qa­ra­ba­ğın ağ­rı-acı­sı, onun dün­ya­ya ta­nı­dıl­ma­sı, Qa­ra­bağ tor­pa­ğı­nın ta­ri­xi ola­caq. Bu möv­zu­ya bö­yük eh­ti­yac var. Bu­nu həm kör­pə­lə­rin, həm ye­ni­yet­mə­lə­rin, həm gənclə­rin, həm də yaş­lı nəs­lin yad­da­şın­da ye­ni­dən can­lan­dır­maq is­tə­yi­rik.

- Düş­mən­lə üz-üzə da­yan­mı­sı­nız. Doğ­ma tor­paq­la­rı­mız­da ya­ğı­lar əlin­də­ki si­la­hı bi­zə tə­rəf tuş­la­yıb. Bu və­ziy­yət­də han­sı hisslər ke­çi­rir­si­niz?

- İra­də xa­nım, özüm mü­ha­ri­bə ve­te­ra­nı­yam, dö­yüş­mü­şəm. İna­nır­sız­mı, bu hisslə­ri in­san­lar ta­mam baş­qa cür ya­şa­yır. Mə­nə gös­tə­rir­lər ki, bu tə­rəf cəb­hə­dir, o tə­rəf cəb­hə­dir. Ada­mın için­də be­lə bir hiss olur ki, ni­yə mən bur­da­yam, ora­da-cəb­hə xət­tin­də de­yi­ləm. Sə­mi­mi de­yi­rəm. Ağ­dam­da in­san­la­rın əh­val-ru­hiy­yə­si çox yük­sək­dir, on­lar hər an dö­yü­şə ha­zır və­ziy­yət­də­dir. Hər yer­də Qa­ra­bağ prob­le­min­dən da­nı­şı­lır. Nə vaxt Ali Baş Ko­man­da­nı­mız İl­ham Əli­yev əmr ver­sə ki, o tor­paq­lar si­lah­la alı­na­caq, on­da nə­in­ki ağ­dam­lı­lar, elə­cə də dün­ya­nın hər ye­rin­də ya­şa­yan azər­bay­can­lı­lar əli­ni si­la­ha ata­caq. Ar­zu edi­rəm ki, 2015-ci il Azər­bay­can döv­lə­ti­nə, xal­qı­na dü­şən­li ol­sun...

- Amin.

- On­suz da gə­lən il­lə­ri­miz bi­zə dü­şər­li olur. Azər­bay­can il­dən-ilə in­ki­şaf edir, bey­nəl­xalq sə­viy­yə­də ta­nı­nır, həm si­ya­sə­ti, həm iq­ti­sa­diy­ya­tı, həm id­ma­nı, həm in­ki­şa­fı ilə özü­nü gös­tə­rir. Di­lə­yim odur ki, 2015-ci il Azər­bay­can te­at­rı­nın çi­çək­lən­mə döv­rü ol­sun. Bi­lir­siz, te­atrdan güc­lü təb­li­ğat va­si­tə­si ola bil­məz. Te­atr can­lı ol­du­ğu üçün onun tə­sir im­kan­la­rı da­ha bö­yük­dür. İna­nı­ram ki, be­lə də ola­caq. Çün­ki te­atrla­rın rəh­bər­li­yi­nə uğur­lu tə­yi­nat­lar edi­lib.

- Ağ­dam Te­at­rı­nı qastrol­la­ra apar­maq fik­ri­niz var­mı?

- Bə­li. 2015-ci ilin mart ayın­dan te­atr qastrol­la­ra çı­xa­caq.

- Azər­bay­can əra­zi­si­nə, yox­sa xa­ri­cə də ge­də­cək?

- Hə­lə­lik Azər­bay­ca­nın müx­tə­lif böl­gə­lə­ri­nə qastrol sə­fə­ri­nə çı­xa­caq, çı­xış­la­rı­mız ola­caq. Bu qastrol sə­fər­lə­ri həm mə­nim xət­tim­lə ola­caq, həm də Ağ­dam Ra­yon İc­ra Ha­ki­miy­yə­ti baş­çı­sı Ra­quf mü­əl­li­min dəs­tə­yi ilə baş tu­ta­caq. Qə­bu­lun­da olan­da de­di ki, si­zə hər cür dəs­tək gös­tə­ri­rəm, bun­dan son­ra da gös­tə­rə­cə­yəm. O bil­dir­di ki, te­at­rın nü­fu­zu­nu, ənə­nə­si­ni, hör­mə­ti­ni özü­nə qay­ta­rın, mən te­atr üçün hər şey edə­cə­yəm. İnan­dı­rım si­zi ki, bu, te­atr üçün bö­yük dəs­tək­dir. Hər te­at­ra nə­sib ol­mur ki, yer­ləş­di­yi ra­yo­nun ic­ra baş­çı­sı te­at­ra be­lə bö­yük qay­ğı, dəs­tək gös­tər­sin. Hər ic­ra baş­çı­sı be­lə de­yil. Baş­çı mə­nə de­di ki, mə­nim uşaq­lıq il­lə­ri­min ən gö­zəl xa­ti­rə­lə­ri Ağ­dam Döv­lət Dram Te­at­rı ilə bağ­lı­dır.Bu cüm­lə mə­nə bəs edir...




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ