Cümə axşamı günü, 08 oktyabr 2026
     

Qırmızı dəniz böhranı Azərbaycana qlobal marağı artırır

Image


Qırmızı dənizdə davam edən böhran qlobal ticarət üçün böyük təhlükə yaradır və artıq daşıma xərclərinin 300 faiz artmasına səbəb olub. İspaniyanın "Credito y Caucion" kredit sığorta şirkətinin məlumatına görə, Qırmızı dənizdə konteyner gəmilərinə hücumlar daşınma xərclərini bundan sonra da artıracaq və bu da inflyasiya risqlərini yüksəldəcək: 

"Artım kommersiya gəmilərinin münaqişə zonalarından qaçmaq üçün daha uzun və daha bahalı marşrutlar seçməli olması və sığorta xərclərinin artması ilə əlaqədardır".

İspaniya şirkəti onu da əlavə edib ki, əksər iqtisadçılar vəziyyətin müəyyən müddət davam edəcəyini gözləyir, lakin böhran nə qədər uzun davam edərsə, nəticələr bir o qədər ağır olacaq. Qurum xatırladıb ki, bütün konteyner daşımalarının təxminən 30 faizi Asiya-Sakit okean regionundan Avropaya yük daşımaları üçün ən mühüm kanal olan Qırmızı dənizdən keçir: "Qırmızı dəniz marşrutunun faktiki bağlanması beynəlxalq daşıma qabiliyyətini təxminən 20 faiz azalda bilər". Beynəlxalq yükdaşımalarla məşğul olan Almaniyanın "DHL logistika və nəqliyyat" şirkəti bəyan edib ki, Qırmızı dənizdəki vəziyyətlə bağlı Süveyş kanalı ilə Avropaya daşınan yüklərin və gəmilərin sığorta xidməti bahalaşıb ki, bu da nəqliyyat xərclərinin artmasına səbəb olub. Bəyanatda o da vurğulanıb ki, yeni marşrutlardan istifadə etməyin vaxtı çatıb. Beləliklə, baş verənlər alternativ marşrutlara marağı artırır. Bu sırada Azərbaycandan keçən marşrut da var. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk "Ekspert" jurnalına müsahibəsində bu barədə bildirib ki, Qırmızı dənizdəki qeyri-sabitliyi nəzərə alsaq, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artacaq. Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına əsas diqqət yetirilir: "Şimal-Cənub dəhlizi ən qısa marşrutdur və bütün yol boyunca bizə dost olan ölkələrin ərazilərindən keçir. Hazırda Qırmızı dəniz regionunda müşahidə olunanları nəzərə alsaq, Şimal-Cənub qlobal əhəmiyyət kəsb edəcək və Avropanı daha rahat şərtlərlə yüklə təmin edəcək". Rusiya baş nazirinin müavini xatırladıb ki, Rusiya Federasiyası Qazaxıstan, İran və Türkmənistanla birlikdə 2022-ci ildə Hind okeanının limanlarına çıxışı olan müntəzəm dəmir yolu xidmətlərini tətbiq edib. Onun sözlərinə görə, İranda Rəşt-Astara dəmir yolunun tamamlanmayan məntəqəsinin tikintisinə başlamaq üçün hazırlıq işləri aparılır. Overçuk qeyd edib ki, Rusiya Federasiyası Avrasiya İqtisadi İttifaqında qonşuları ilə sıx əməkdaşlıq şəraitində inkişafa səy göstərir: "2022-ci ilin avqustunda Avrasiya Hökumətlərarası Şurasının sərəncamı ilə nəqliyyat sahəsində prioritet inteqrasiya infrastruktur layihələrinin siyahısı təsdiq edilib. Bu siyahıda prioritet inteqrasiya layihələri statusuna malik avtomobil yolları müəyyən edilib. Gözlənilir ki, fevralın əvvəlində bu siyahı Qazaxıstan Respublikasından iki layihə və Qırğız Respublikasından iki layihə ilə tamamlanacaq". Rusiya baş nazirinin müavini əlavə edib ki, Avrasiya İqtisadi Komissiyası Rusiyanın inteqrasiya layihəsini Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə əlaqələndirməyə çalışır: "Biz avtomobil və dəmir yollarını inkişaf etdirməyi və ya Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan və İranda müvafiq layihələrdə iştirak etməyi planlaşdırırıq. Biz Trans-Əfqan dəmir yolunun tikintisində, həmçinin Asiya və Afrika ölkələri ilə dəniz əlaqələrini inkişaf etdirməkdə maraqlıyıq. Məhz orada perspektivli bazarlarımızı görürük". Hazırda Qırmızı dənizdə vəziyyətin gərginləşməsi və qlobal ticarəti təhdid edən amillər bütün diqqətləri təhlükəsiz və etibarlı nəqliyyat marşurutuna - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna və ya Orta Dəhlizə yönəldir. Bunu Azərbaycan üzərindən daşınan yüklərin artım dinamikası da təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınan yüklərin həcmi 9 milyon 11 min ton olub və əvvəlki ilə nisbətən 20 faiz yüksəlib.  Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına görə, 2023-cü ildə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi əvvəlki dövrlə müqayisədə 49,6 faiz və 2,1 dəfə çoxdur.

Beləliklə, dəyişən geosiyasi vəziyyət nəticəsində Orta Dəhlizin artan potensialı husilərin Qırmızı dənizdə üzən gəmilərə hücumu ilə daha da diqqət çəkməkdədir. Bu arada bəlli olub ki, cari ildə Qazaxıstan hökuməti ölkənin şərq regionları ilə Xəzər dənizi sahilindəki Aktau və Kurık limanlar arasında nəqliyyat əlaqəsi yaratmaq məqsədilə avtomobil yolunun tikintisinə başlayacaq. 515 kilometrlik Şalkər-Beyinə magistral yolu 1 il müddətində tikilib istismara veriləcək və 2027-ci ilə kimi Orta Dəhliz ilə yükdaşımaların həcmini 10 milyon tona çatdıracaq. Qazaxıstan Orta Dəhlizin öz ərazisindən keçən hissəsində yenidənqurma işləri görüb. Bunun nəticəsidir ki, ötən 2023-cü ildə Qazaxıstan Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən tranzit olaraq 2,5 milyon ton yük daşıyıb. Bu da 2022-ci illə müqayisədə 107 faiz artım deməkdir. Çinin sərhədlərinə qədər uzanan Şalkər-Beyinə magistral yolu Qazaxıstanın tranzit yükdaşımalarda fəal iştirakını təmin edəcək. Dünya iqtisadiyyatında böyük rola malik olan Çinin həcmi artıq trilyon dollarla çatan ixrac potensialı var. Çin ixracatının 10 faizini Orta Dəhliz vasitəsi ilə həyata keçirsə, tranzit ölkələr, o cümlədən Azərbaycan ildə 2-3 milyard dollar tranzit gəlir əldə edə bilər. Multimodulyar infrastruktura malik olan Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz və Türkiyədən keçməklə Çin ilə Avropanı nəqliyyat baxımından əlaqələndirir. Xəzər ilə Qara dənizi birləşdirir. Bu dəhliz Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsini, yükaşırma imkanlarını artıracaq. Digər nəqliyyat marşrutlarından fərqli olaraq Orta Dəhliz ilə yüklər Avropadan Asiyaya və əks istiqamətə 1 ay deyil, 25 gün ərzində çatdırılır ki, bu da qlobal iqtisadiyyatda ən mühüm amil hesab olunur. "Oxford Economics"  Analitik Mərkəzinin yaydığı məlumata  görə, Şimal-Cənub dəhlizi də indi xüsusi maraq cəlb edir: "Şimal-Cənub dəhlizi qlobal ticarətdə aktuallığını artırır. Bu gün Şimal-Cənub dəhlizi Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsi yaratmaq imkanı olan ən optimal marşrutdur. Hindistanın Mumbai limanından çıxan gəmilər Süveyş kanalı vasitəsi ilə 14 min kilometr yol qət edərək Avropaya çatırlar və bu müddət 60 gün çəkir. Lakin Mumbaidən çıxan gəmilər konteynerləri İranın Çabahar limanına daşısalar, konteynerlər burdan Şimal-Cənub dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən Avropaya daşınar. Şimal-Cənub dəhlizi 7200 kilometrdir və yükdaşıma müddəti 25 gün çəkir. Məlumdur ki, yolun qısalması öz növbəsində nəqliyyat xərclərinin də azalmasına səbəb olur".  Mərkəzi qərargahı Vaşinqtonda yerləşən "Atlantic Council" analitik mərkəzinin hesabatında deyilir ki, müasir dünyada iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri logistika və beynəlxalq əhəmiyyətli nəqliyyat yollarıdır. Yaxın 10 ildə Asiya ilə Avropanın ticarət dövriyyəsinin həcmi 500 milyard dolları aşacaq ki, bunun da reallaşması üçün əsaslı və beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu lazımdır. Yüklərin tez, təhlükəsiz və nəqliyyat xərcinin az olması logistikanın ana xəttini təşkil edir. Bu baxımdan Şimal-Cənub dəhlizi transmilli korporasiyaları, iri milli şirkətləri dövlətlərin marağına səbəb olub. Azərbaycan isə tranzit ölkə olaraq müvafiq infrastruktura malikdir. Hələ SSRİ dövründən Rusiya ilə mövcud olan dəmir və avtomobil yolları, eləcədə Bakı-Tiflis-Qars dəmir yolu yükaşırma imkanlarını artırıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ