Cümə axşamı günü, 14 avqust 2025
     

“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

Image

İyulun 8-də Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans təşkil edilib.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuat tarixində mühüm rol oynamış nəşrləri əks etdirən “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgiyə baxış keçiriblər.

Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi, inkişaf yolu, perspektivləri, eyni zamanda, medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını diqqətə çatdırıb. O, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu Öndərin əvəzsiz rolu barədə danışıb.

Ə.İsmayılov qeyd edib ki, ölkəmizin sürətli inkişafı, genişlənən quruculuq prosesi, dünyada lider mövqeyinin güclənməsi öz növbəsində media gündəmini də zənginləşdirir və medianı öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir. Medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir.

O bildirib ki, Prezidentin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında göstərildiyi kimi, Vətən müharibəsində Qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib.

Ə.İsmayılov diqqətə çatdırıb ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb.

Konfrans çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiya təşkil edilib.

Sessiyada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, demokratik dünyanın və demokratik düşüncəyə sahib insanların kəşf etdikləri, arxasında dayandıqları və inkişafına töhfə verdikləri ən vacib sahələrdən biri də mətbuatdır. Bu sahədə əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir.

Komitə sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə, bu tərəqqi mətbuat sahəsində də özünü göstərir. Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, əgər müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir.

“Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində yaşayıb. Ulu Öndərin bu sahədə ən böyük xidmətlərindən biri senzuranın ləğvi olub. Heydər Əliyev hər zaman mətbuatı azad görmək istəyirdi”, - deyə B.Muradova vurğulayıb.

Noyabr ayında çox vacib bir tarixin - böyük Qələbənin beş illiyinin qeyd olunacağını diqqətə çatdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Medianın İnkişafı Agentliyinin rəhbərliyinə müraciət edərək, həmin ərəfədə Prezident İlham Əliyevin Azərbaycan mediasının inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsi təklifini irəli sürərək deyib: “Düşünürəm ki, bu, çox vacib konfrans olacaq. Üstəlik, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı verdiyi 26 müsahibə peşəkar jurnalist diplomatiyasının ən böyük fantastik nümunəsidir. Bilirəm ki, bu müsahibələrlə bağlı bir kitab nəşr edildi. Lakin mənə elə gəlir ki, Ali Baş Komandanın informasiya sahəsindəki şücaəti ayrıca müzakirə və təhlil olunmalıdır. Belə bir konfrans keçirilsə, xoşbəxt olaram”.

Panel sessiyada çıxış edən YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz rolundan danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının taleyində dönüş nöqtəsi baş verib. Məhz dahi Liderin uzaqgörən siyasəti, dəmir iradəsi və xalqına olan sonsuz sevgisi sayəsində ölkə tənəzzüldən xilas olaraq inkişaf yoluna qədəm qoyub.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov bu gün ölkəmizdə, sözün əsl mənasında, güclü və nüfuzlu mətbuatın mövcud olduğunu vurğulayıb. Deputat qeyd edib ki, media ordusu Azərbaycan tarixini və həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib və bu istiqamətdə mühüm fəaliyyət göstərib.

Milli Məclisin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev təkcə jurnalistikaya deyil, ümumiyyətlə, bütün sahələrdə görülən işlərə xüsusi önəm verirdi. V.Rəhimzadə qeyd edib ki, ideologiya, dövlət işləri öz yerində, amma jurnalistikanın peşəkar şəkildə formalaşması və dövlətə, dövlətçiliyə sadiqliyini nümayiş etdirməsi, vətəndaşlara xidmət nümunəsini yaxşı mənada ortaya qoyması qarşıya qoyulmuş ən böyük hədəflərdən biridir.

Tədbirin sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə təşkil olunan müzakirədə jurnalistika və kommunikasiya sahəsində çalışan akademik nümayəndələr iştirak ediblər. Diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində sözügedən ixtisasın inkişafı və təkmilləşdirilməsi ilə yanaşı, jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün vacib islahatlar aparılaraq medianın keyfiyyətinin yüksəldilməsi təmin edilib.



VİDEO

SON XƏBƏRLƏR

14.08.2025 / 21:24
“Tramp marşrutuna” qarşı çıxanlara ciddi xəbərdarlıq...

14.08.2025 / 21:10
Rusiyanın taleyi Alyaskada həll olunur - ya çökdürüləcək, ya da...

14.08.2025 / 20:55
Əliyevin ABŞ-da uğurları Rusiyanı geri çəkilməyə məcbur edir...

14.08.2025 / 20:41
Dəhliz barədə ABŞ-Ermənistan sazişi hələ ortaya çıxarılmayıb...

14.08.2025 / 20:27
ABŞ dollarına qarşı Çin "qızıl gedişlərinə" başladı...

14.08.2025 / 20:14
"Əliyev hər şey əldə etdi", “Rusiya Qafqazdan getdi" - sazişi pozmaq üçün nə etməli?..

14.08.2025 / 19:59
Makron Fransanın Kamerundakı müstəmləkə cinayətlərini açıq etiraf etdi - səbəb var...

14.08.2025 / 19:46
Ermənistan Zəngəzur dəhlizinə ABŞ-dan başqa digər ölkəni(?) də cəlb edəcək...

14.08.2025 / 19:33
Sosial mediada Azərbaycana qarşı təhdidlərlə mübarizə

14.08.2025 / 19:30
100 işğalçını, 63 texnikanı məhv etdi, Şuşada snayperə hədəf oldu - Şəhid Ruslan Bayramov...

14.08.2025 / 19:19
Qadın avtobus sürücüləri uğurlu layihə ola bilər...

14.08.2025 / 19:06
İran və Rusiyanın Zəngəzura müdaxilə halında Tramp bu addımları atacaq...

14.08.2025 / 18:51
ABŞ Azərbaycanın təhlükəsizliyinə təminat verəcək... “Vaşinqtonun” böyük nəticəsi...

14.08.2025 / 18:38
Rusiyanın Azərbaycana hərbi müdaxilə təhdidləri dünya mediasında yer aldı...

14.08.2025 / 18:24
Əliyev ABŞ-da ikən ermənipərəst konqresmenlərin səsini batırdı, adları çəkilənlər də susdu...

14.08.2025 / 18:10
Dövlətdə işləyənlərin sayı xeyli azalıb - nə baş verir?..

14.08.2025 / 17:56
Yas-mərasim adətlərimiz necə və kimlər tərəfindən əcaibləşdirilir?..

14.08.2025 / 17:43
Xankəndidə Qırmızı Ayparanın bərpası ziddiyyətli qarşılanır...

14.08.2025 / 17:30
Rusiya 10 noyabr sənədi ilə Zəngəzur dəhlizində hələ də oynamaq istəyir...

14.08.2025 / 17:16
ABŞ PKK/YPG-nin müdafiəsindən çəkildi - Türkiyə və Suriya terrorçuları bitirmək üçün hərəkətə keçir...

14.08.2025 / 17:01
Rusiya və Ukrayna arasında sürpriz razılaşma - 84 əsir geri qaytarıldı...

14.08.2025 / 16:46
Azərbaycan və Ermənistan kommunikasiyaların açılması ilə bağlı işçi qruplar yaradır...

14.08.2025 / 16:21
Nəsibi müqəddəs şəhidlik zirvəsi olan Elçin…

14.08.2025 / 16:05
Bəxtiyar Ersay Türkiyənin Birinci Ordu Komandanı təyin olundu

14.08.2025 / 15:50
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər - VİDEO

14.08.2025 / 15:42
BMU-nun daha bir məzunu 6 nüfuzlu universitetdən qəbul alıb

14.08.2025 / 15:36
Tramp Alyaska sammiti ərəfəsində Putinə sərt xəbərdarlıq etdi - bunun ağır bədəli olacaq...

14.08.2025 / 15:21
İtaliya qırıcıları Baltik regionunda Rusiya təyyarələrinin qarşısını kəsdi

14.08.2025 / 15:05
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda - VİDEO

14.08.2025 / 14:59
Həbsdə olan ərinə narkotik keçirmək istəyən qadın yaxalandı

14.08.2025 / 14:50
Alyaskada Putin-Tramp danışıqlarının başlama vaxtı açıqlandı

14.08.2025 / 14:47
Yasamalda narkotik satan qardaşlar həbs edildi...

14.08.2025 / 14:27
HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - Zakir Həsənov tapşırıqlar verdi

14.08.2025 / 14:21
Türkiyənin cənnəti - Tekirdağ

14.08.2025 / 14:12
Masallıda narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edildi

14.08.2025 / 14:03
“HRENGİNEERİNG” MMC beynəlxalq sammitin Azərbaycandakı yeganə tərəfdaşı oldu

14.08.2025 / 13:42
Ceyhun Bayramov Qazaxıstan XİN rəhbəri ilə Vaşinqton görüşünün nəticələrini müzakirə edib

14.08.2025 / 13:24
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

14.08.2025 / 13:16
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi - SƏRƏNCAM

14.08.2025 / 13:12
Prezident Azərbaycan və Özbəkistan arasında imzalanmış 4 sazişi təsdiqlədi

14.08.2025 / 13:10
Молодец Пашинян! Oн удивляет своей креативностью - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.08.2025 / 13:03
Ədliyyə Nazirliyinə yeni hüquq verildi - FƏRMAN

14.08.2025 / 13:02
Tovuzda avtomobil yolunun təmirinə 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM

14.08.2025 / 12:50
Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü həbs edildi

14.08.2025 / 12:37
ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər - ancaq NATO xaricində...

14.08.2025 / 12:14
Antonio Koşta Prezident İlham Əliyevə zəng edib

14.08.2025 / 12:00
Ermənistada yeni Konstitusiya həyəcanı - iclaslar başlayır

14.08.2025 / 11:33
Xarici media Vaşinqton görüşündən yazır

14.08.2025 / 11:28
Xidmət haqqına görə liftdən istifadəyə qadağa qoyula bilməz - Ali Məhkəmədən QƏRAR

14.08.2025 / 11:24
ATƏT: Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq

14.08.2025 / 11:11
Zaqatalada keçmiş məhkum narkotika üstündə həbs edildi

14.08.2025 / 11:10
Ermənilər 102-ci rus hərbi bazasına basqına hazırlaşırlar - CANLI

14.08.2025 / 11:06
ABŞ-dan QƏRAR - bəzi maliyyə sanksiyaları avqustun 20-dək dayandırılır

14.08.2025 / 11:01
Bu ölkədə ilk doğulan uşaq üçün hər ailəyə 5 min avro veriləcək

14.08.2025 / 10:33
Həftəsonu Bakının bu ərazilərində “Kənddən Şəhərə” yarmarkası keçiriləcək

14.08.2025 / 10:26
Bu gündən kolleclərə qəbul olanların qeydiyyatı başlanır

14.08.2025 / 10:24
Cəlilabadda yanğın törədən şəxs yaxalanıb

14.08.2025 / 10:21
"İlham Əliyevin uzaqgörən siyasəti Qarabağı azad etdi" - Pakistan səfiri

14.08.2025 / 10:12
Tramp Vaşiqntonu dünyanın ən cinayətkar şəhərlərindən biri adlandırdı

14.08.2025 / 10:06
"Düşməni diz çökməyə məcbur etdik" - Pakistanın baş naziri

14.08.2025 / 10:02
"Sabah" və "Araz-Naxçıvan" bu axşam cavab oyunlarına çıxacaqlar

14.08.2025 / 09:59
Azərbaycanın Notaları ilə Türk Dünyasına Açılan Qapı: “Turan” Musiqi Qrupu Göz Qamaşdırdı

14.08.2025 / 09:35
Azərbaycanda həkim olmaq istəyənlərin sayı azalır - SƏBƏB?

14.08.2025 / 09:25
Ukrayna ordusu LUKOIL-ə məxsus zavodu bombalayıb

14.08.2025 / 09:21
Ronaldo sevgilisinə 6 milyon avroluq nişan üzüyü aldı...

14.08.2025 / 09:12
ABŞ bu 3 ölkəyə qarşı viza məhdudiyyətləri tətbiq etdi

14.08.2025 / 09:06
Aleksandar Vuçiç prezidentlikdən yorulub - "namizəd olmayacam"

14.08.2025 / 09:02
Naxçıvanda bu kafenin fəaliyyəti məhdudlaşdırıldı - dövlət agentliyi səbəbini açıqladı

14.08.2025 / 08:39
PSJ UEFA Superkubokunun qalibi olub

14.08.2025 / 08:37
Milli Məclis rektorların seçilmə qaydalarını dəyişdirəcək - necə idi, necə olacaq...

14.08.2025 / 08:27
Bakının bu yollarında yenə güclü tıxac var - XƏBƏRDARLIQ

13.08.2025 / 22:45
Borcunu ödəyə bilməyən bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu

13.08.2025 / 21:10
Pezeşkianın türk dili siyasəti bölgə dövlətləri ilə münasibətləri tam dəyişə bilər - şovinistlər qoysa...

13.08.2025 / 20:53
Zəngəzur dəhlizində rus əsgərləri, İranın müdaxiləsi və Amerika qüvvələri - çox mürəkkəb gözləntilər...

13.08.2025 / 20:38
Paşinyan Qazaxıstanda bir neçə mühüm saziş imzalayacaq - Zəngəzur dəhlizi imkan açır...

13.08.2025 / 20:24
İlham Əliyev cəmi bir səfərlə ABŞ-ın Azərbaycana münasibətini dəyişdi…

13.08.2025 / 20:08
İrəvanda "Urartu irsi"? - Tarixçilər buna necə susur?

13.08.2025 / 19:53
Ermənistanda konstitusiya dəyişikliyinə qarşı Azərbaycanda tarix dərsliyinin dəyişdirilməsi - absurd ideya...

13.08.2025 / 19:39
Vaşinqton razılaşmalarının əks-sədası - Ermənistan parlamenti Paşinyana qarşı qalxdı...

13.08.2025 / 19:31
Xəzərin sahəsi 10 minlərlə kvadratkilometr azaldı – HƏYƏCAN TƏBİLİ

13.08.2025 / 19:06
“Anamın bütün nəsihətlərinə əməl etdim” - şəhid leytenant Səttər Piriyevin son sözləri...

Yas-mərasim adətlərimiz necə və kimlər tərəfindən əcaibləşdirilir?..

XƏBƏR ARXİVİ

Avqust
B.eÇ.aÇC.aCŞB
28293031123456789101112131415161718192021222324252627282930311234567