Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
ADR-in hərbi nazirinin müavini, "Artilleriya Allahı", general Əliağa Şıxlinski - 150
Tarix: 18.09.2015 / 02:54
Bölmə: Layihə
Azərbaycan hərb tarixinin qüdrətli simaları bütün zamanlarda olub, bu gün də var, sabah da olacağına qətiyyən şübhə etmirik. At üstə qundaqlanan oğullar savaşlarda böyüyər, hərb edib vətəni qoruyar. Türk oğulları başdan torpaqları qorumaq, müdafiə etmək, işğalçılara qarşı barışmaz olmaq əzmində, ruhunda böyüdülür, tərbiyə edilir.
Azərbaycanda elə nəsillər, elə şəcərələr var ki, onların adları dövlətçilik və hərb tariximizə əbədi həkk olunub. Bu soylardan biri də Şıxlinskilərdir ki, onların hərb tariximizdə qoyduğu iz silinməzdir. Bu nəslin ən görkəmli hərbçilərindən biri və adı dünya artilleriya tarixinə yazılan və "Artilleriya Allahı" kimi titul qazanan Əliağa Şıxlinskidir. Ə.Şıxlinski Azərbaycan hərb tarixində önəmli rol oynayan bir hərbi xadimdir. Bu il 150 yaşı tamam olan Şıxlinskinin yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev general Ə.Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayarkən bu görkəmli şəxsiyyətin ruhuna və irsinə, bütövlükdə hərb tariximizə böyük dəyər verdiyini bir daha təsdiqləyib.
Sərəncamda qeyd edilir: "2015-ci ilin aprel ayında Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əliağa İsmayıl ağa oğlu Şıxlinskinin anadan olmasının 150 illiyi tamam olur. XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Ə.Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cumhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir".
Sənəddə yazılana görə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan general-leytenant Ə.Şıxlinskinin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərar qəbul edilib.
1919-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini olan, IV dərəcəli "Müqəddəs Georgi" ordenli Ə.Şıxlinski Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini, sovet hərb xadimi olaraq tarixə düşüb. Ə.Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. Tədqiqatçıların yazdığına görə, anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.
Tədqiqatçılar yazır ki, 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşub. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılıb.
Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi alıb. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olunub. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verilib. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.
Tədqiqatçılar qeyd edir ki, 1914-cü ildə baş verən Birinci Dünya Müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Ə.Şıxlinskiyə tapşırılıb. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunub.
Qeyd edilənə görə, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Ə.Şıxlinskini vətəninə qayıtmağa məcbur edib. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Ə.Şıxlinski hərbi nazirin müavini təyin edilib.
Tədqiqatçılar bildirir ki, 1920-ci il aprel ayının 28-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Ə.Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə verməyib və yeni sovet hökuməti, digərlərindən fərqli olaraq, Ə.Şıxlinskiyə toxunmayıb.
Şıxlinskinin sovet dövründəki fəaliyyətini tədqiq edən alimlər bildirir ki, o, Moskvada Hərbi İnqilab Sovetinin Səhra Qərargahında çalışıb. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilib. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başlayıb. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib. 1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının fəxri fərmanı ilə təltif edilib. 1929-cu ildən istefaya çıxan general-leytenant Ə.Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcəli "Anna", I-III dərəcəli "Müqəddəs Stanislav", II-IV dərəcəli "Vladimir", IV dərəcəli "Georgi" ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunub. Tədqiqatçılar yazır ki, Ə.Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.
Ə.Şıxlinski barəsində maraqlı faktlara diqqət çəkən tədqiqatçılar yazır ki, 12 yaşında ikən rus dilinin tədris olunduğu məktəbdə rusdilli şagirdlərin 2 ilə keçdiyi kursu 7 aya bitirib. İri cüssəli olmasına baxmayaraq, alt dodağı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullana bilərmiş. Digər zabit həmkarlarından fərqli olaraq, heç vaxt pulla qumar oynamazdı. At yarışlarında hansı atın qalib gələcəyini 90%-lik ehtimalla bildiyi halda, heç vaxt bu oyuna pul yatırmazdı.
Rus-yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilməyib.
Birinci Dünya Müharibəsində Rusiya paytaxtı Petroqradın (indiki Sankt-Peterburq) müdafiəsi şəxsən ona həvalə olunub.
Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil olub.
İmperator məiyyətinə daxil olmaq barədə israrlı təklifləri heç vaxt qəbul etməyib.
Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir.
Ailəsində çoxlu məşhur adam var idi. 1984-cü ildə Bakıda nəşr edilən "Xatirələrim" kitabının müəllifidir.
Bilirik ki, polkovnik-leytenant, yazıçı-publisist Şəmistan Nəzirli uzun illərdir general Ə.Şıxlinskinin həyatı, fəaliyyəti, hərb tariximizdə tutduğu mövqe haqqında genişmiqyaslı tədqiqatlar aparır, görkəmli sərkərdə barədə dəyərli faktları üzə çıxarır. Onun Şıxlinskiyə həsr edilən silsilə məqalələri, kitabları var. Biz mətbuat nümayəndələri də davamlı olaraq hörmətli Şəmistan Nəzirlinin qədirşünaslıqla ərsəyə gətirdiyi yazılara, nəşrlərə istinad edib oxucularımıza bu görkəmli general barəsində məlumat veririk.
Onu da vurğulayaq ki, Ə.Şıxlinskinin beş il əvvəl qeyd edilən 140 illiyi ilə bağlı Şəmistan Nəzirli "General Əliağa Şıxlinski ömrü" adlı kitab nəşr etdirib. Kitabda bu dahi sərkərdənin həyat və fəaliyyəti, keçdiyi döyüş yolu, o cümlədən də onun milli ordu quruculuğundakı xidmətləri araşdırılaraq təqdim edilib.
Kitabda generalın milli ordu quruculuğundakı fəaliyyəti haqqında Ş.Nəzirli yazır: "Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Ə.Şıxlinski həmişə birincilər sırasında olmuşdur. O, dörd müharibənin şahidi, üçünün iştirakçısı olub: 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan Müharibəsində, 1918-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb. Böyük Vətən Müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmamışdır. O, "Xatirələrim" kimi qiymətli hərbi memuarını diktə edib yazdırmışdır. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin. Görkəmli sərkərdə Ə.Şıxlinskinin xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında olmuşdur. Həmin ayın on beşində Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdır. Bununla da o, Milli Azərbaycan Ordusunun təməl daşını qoymuşdur. Bu barədə general "Xatirələrim" hərbi memuarında daha dəqiq məlumat verir: "Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olunduğu barədə əmri oxudum. Öz xalqımın baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım.
Dekabrın otuz birində mən öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik". "Açıq söz" qəzeti 1918-ci il 7 yanvar tarixli nömrəsində nizami müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymışdı: "Yanvarın üçündə Mərkəzi Müsəlman Zaqafqaziya Komitəsinin üzvü, Mərkəzi Komitə sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri təşkilati haqqında məruzədə bulunmuşdur. Məruzədən anlaşıldığına görə 1917-ci il dekabrın on birində Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından nizami ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Nizami ordu üçün lazımi qədər könüllü cəm edilməsi işi Zaqafqaziya Mərkəzi-Müsəlman Komitəsinə həvalə edilmişdir. Nizami ordu təşkil edildikdən sonra müsəlmanlardan alınan əsgəri verginin ləğv edilməsi haqqında Zaqafqaziya Komissarlığı tərəfindən dekret veriləcəkdir. Zaqafqaziya Komissarlığının qətnaməsinə əsasən dekabrın on doqquzunda beşinci və yeddinci Qafqaziya nişançı firqələrindən ibarət olan altıncı ordu korpusunun müsəlman nizami ordusu ilə əvəz edilməsi haqqında Qafqaziya cəbhəsi qoşunlarının baş komandanı tərəfindən əmrnamə verilmişdir. Həmin əsgər dəstələrini milliləşdirmək işlərinin nəzarəti general Ə.Şıxlinskiyə həvalə edilmişdir. General Şıxlinski öz vəzifəsinin icrasına başlamışdır".
1918-ci ilin oktyabrında general Ə.Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: "Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir". General Ə.Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söyləyib. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru paşa, atası Hacı Əhməd, xalq təhsili naziri Nəsib bəy Usub-bəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial təminat naziri Musa bəy Rəfibəyov, Gəncə qubernatoru, general İbrahim ağa Vəkilov və başqa dövlət xadimləri iştirak ediblər".
Tədqiqatçı yazır ki, 1918-20-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində Ə.Şıxlinskinin müstəsna rolu olub. Doğma xalqın nizami ordusunu yaratmaq istəyən general uzunillik hərbi təcrübəsindən gecə-gündüz istifadə edirdi.
Əlbəttə, bir yazıda Ə.Şıxlinskinin bütün ömür yolu və fəaliyyətini əks etdirmək mümkün deyil. Bu dahi hərbçinin fəaliyyəti, taleyi xalqımızla, dövlətimizlə, dövlətçiliyimizlə bağlı olub. Onun fəaliyyətinə ən yüksək qiyməti ölkə başçısı İlham Əliyev verib. Tariximizdə iz qoyan, xalqımızın müqəddəratı uğrunda mübarizə aparan hər bir qəhrəmana dövlət böyük dəyər verir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava
- saxlananlar var...
24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…
24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...
23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı
23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir
- səbəb...
23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...
23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...
23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi
23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı
23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu:
narazılıq pik həddə çatır
23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...
23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı –
konkret vaxt deyilib...
23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...
23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına
REAKSİYA...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ