Cümə günü, 13 noyabr 2026
     

Universitetlərimizin bölgə filialları barədə “özlərini doğrultmurlar” iddiası...

Image


Ölkəmizin aparıcı ali məktəblərinin bir çoxunun Azərbaycanın müxtəlif şəhər və rayonlarında filialları fəaliyyət göstərir. Bu sırada Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filiallarını qeyd edə bilərik. Çox zaman bölgələrdə fəaliyyət göstərən universitet filiallarının fəaliyyəti barədə neqativ fikirlərlə üzləşirik, onların özlərini doğrultmaması barədə iddialar səsləndirilir.

Bəzi mütəxəssislər hesab edirlər ki, həmin filiallarda tədrisin keyfiyyəti elə də ürəkaçan deyil, burada çalışan müəllim kadrları tələbləri ödəyə bilmirlər.

Doğrudanmı ali məktəblərin bölgələrdə fəaliyyətdə olan filialları özünü doğrultmur, tələbləri ödəmirlər?

  • İlqar Orucov: “...bu filiallar ali məktəblərdən səviyyəcə geri qalırlar”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü, fizika-riyaziyyat üzə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, universitet filallarının fəaliyyətinin gündəmə gətirilməsi çox aktualdır. “Olduqca aktual məsələni gündəmə gətirmisiniz. Bu məsələ ilə bağlı mənim fikrim birmənalı deyil. Çünki Azərbaycan ərazi baxımdan böyük dövlət olmasa da, hər halda, təkcə paytaxtdan ibarət deyil, həm də bölgələri var. Azərbaycanda tarixən bölgələrdə mədəniyyət, elm-təhsil inkişaf edib. Hər bölgənin də bir mədəniyyət paytaxtı olub. Bu mədəniyyət mərkəzləri Azərbaycana xeyli sayda görkəmli insan bəxş edib. Regionların tərəqqisi baxımından burada ali təhsil müəssisələrini inkişaf etdirmək, hansında ki, yoxdur, orada da universitetlər yaratmaq olduqca faydalıdır. Bu baxımdan ki, həm o bölgələrin mədəni, intellektual səviyyəsi yüksəlir, həm də elm-təhsil inkişaf edir. Bilirsiniz ki, bölgələrdə müxtəlif ali məktəblərin filalları fəaliyyət göstərir. Bir sıra rayonlarda Azərbaycan Müəllimlər Universitetinin filialları mövcud idi. Quba, Şəki, Zaqatala, Cəlilabadda və digər rayonlarda fəaliyyət göstərən bu filiallar Azərbaycan Dövlət Pedaqaoji Universitetinin balansına verildi. Bütövlükdə, bu ali məktəb filialları bazasında dövlət universitetləri yaratmaq olar. Onların genişləndirilməsi, reytinqini, təhsilin səviyyəsini daha da yüksəltmək olduqca faydalıdır. Bölgələrdə fəaliyyət göstərən universitet filiallarının səviyyəsinin tələblərə cavab verib-verməməsi məsələsinə gəlincə, təəssüf ki, bu filiallar ali məktəblərdən səviyyəcə geri qalırlar. Bu, birmənalı olaraq, belədir. Bu özünü daha çox tələbə qəbulu zamanı göstərir. Faktdır ki, imtahanlarda daha az bal toplamış gənclərimiz regionlara üz tuturlar. O da sirr deyil ki, abituriyentlər az bal topladıqları zaman ehtiyat variant kimi ali məktəblərin bölgə filiallarını seçirlər. Təbii ki, istisnalar da var. Yüksək bal toplamış gənclər də bu filialları seçə bilirlər. Əlbəttə, o filialların fəaliyyəti genişləndirilsə, onlara diqqət daha da artsa, biz tamam əks effekti görə bilərik. Artıq Təhsil Nazirliyi 2019-2020-ci tədris ilində prioritet olaraq ali təhsilin həm keyfiyyətini, həm də səviyyəsini artırmağı planlaşdırır. Cənab nazirin də mövqeyi ondan ibarətdir ki, ali təhsil sahəsində ciddi dönüş olmalıdır, Azərbaycanda verilən ali təhsilin keyfiyyəti heç də indiki səviyyədə qaneedici ola bilməz”.

İ.Orucov qeyd etdi ki, bu baxımdan bölgələrdə fəaliyyət göstərən ali məktəblərin və ali məktəb filiallarının da fəaliyyətində dönüşlər olacaq.

  • Buludxan Xəlilov: “Bizim universitetin Şəki, Ağcabədi, Şamaxı, Cəlilabad, Qubada filialları var, o filiallara nəzarət günü-gündən artır”

Azərbaycan Dövlət Pedaqaji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov isə hesab edir ki, universitetlərin bölgələrdə fəaliyyət göstərən filialları haqqında səsləndirilən iradlar həqiqəti əks etdirmir: “Son dövrlər universitetin ayrı-ayrı filiallarına qəbul olunan abituriyentlərin bal göstəriciləri yüksək olur. Məsələn, bu il bizim universitetin Şəki filialına daxil olan tələbələr arasında 600 bal toplayan da oldu. Bu gün universitetlərin bölgələrdə olan filiallarına ciddi nəzarət var. Bizim universitetin Şəki, Ağcabədi, Şamaxı, Cəlilabad, Qubada filialları var, o filiallara nəzarət günü-gündən artır. Əvvəla bu filialların direktorları universitetlərin elmi şuralarına cəlb olunurlar. Ayda bir neçə dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetindən o filiallara müxtəlif əməkdaşlar ezam olunur, onlar da oradakı tədris prosesinə nəzarət edirlər. Onlar həm müəllim-professor heyətinin işini izləyir, həm tələbələri, həm də dərsliklərin və proqramların vəziyyətini yoxlayırlar. Yəni bu işlər koordinasiya olunmuş şəkildə gedir. Elə bölgələr var ki, region olduğu üçün orada professor-müəllim heyətinin sayı azdır. Bu səbəbdən də bizim universitetin timsalında bir müsbət cəhət ondan ibarətdir ki, ayrı-ayrı bölgələrə nüfuzlu alimləri, mütəxəssisləri dərs demək üçün göndəririk. Həmin filialların maddi-texniki bazaları da müasir tələblərə cavab verir, kompyuter sistemi quraşdırılıb, auditoriyalar yüksək səviyyədədir, tələbələrin dərsə yanaşması çox yaxşıdır. Bütün göstəricilər tələblərə cavab verir, tələbə kontingenti də hazırlıqlıdır, oxumağa böyük maraq göstərirlər. O ki, qaldı dərslik, dərs vəsaitlərinə, onlar bununla təmin olunurlar, dərslər də vahid proqram əsasında tədris edilir. Bu istiqamətdə də çox ciddi koordinasiya var və filiallar arasında rəqabət də mövcuddur. Bu rəqabət də tədrisi, dərsi inkişafa yönəldir. Bu filialları əsasən o bölgələrə yaxın tələbələr seçirlər. Çox istərdim ki, regionların öz təbiətinə, coğrafiyasına uyğun ixtisaslar yaradılsın. İxtisaslar bir-birini təkrarlamasın”.

B.Xəlilov hesab edir ki, bölgələrdə fəaliyyət göstərən ali məktəb filialları barədə yanlış düşünmək yolverilməzdir. O qeyd etdi ki, bölgələrdə dərs deyən müəllimlər universitetlərə gəlir, burada kafedraların təcrübəsini, yeniliklərini öyrənir və tətbiq edirlər.

B.Xəlilovun sözlərinə görə, bu gün universitet filiallarında da çox güclü müəllimlər çalışır.

Onun fikrincə, Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edərək ali məktəblərin özlərini bölgələrə keçirmək lazımdır, bu daha effektiv olardı. “O filialların özləri gələcəkdə müstəqil universitetlərə çevrilə biləcəklər. Onlar bununla Azərbaycanın müxtəlif bölgələrində ziyalılar, media orqanları formalaşdıracaqlar” - deyə B.Xəlilov vurğuladı.

İradə SARIYEVA      



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ