Bazar günü günü, 08 noyabr 2026
     

Ətraf mühitin mühafizəsində Azərbaycan nümunəvi ölkələr sırasında yer aldı...

Image


Dünyada, demək olar ki, bütün ölkələr insan sağlamlığına və ekosistemlərə mənfi təsir göstərən ciddi ekoloji problemlərlə üzləşir. Bununla belə, ehtiyatların və vətəndaşların sağlamlığının qorunması zərurətini nəzərə alaraq, müxtəlif ölkələr ekoloji böhranların qarşısını almaq üçün fəal şəkildə tədbirlər hazırlayır və ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün innovativ yanaşmalar tətbiq edirlər. Azərbaycan da onların sırasında yer alır. 

Ölkəmizdə ekoloji sferada köklü transformasiya yaşanır 

Bu gün Azərbaycanda ekoloji sferada köklü transformasiya gedir. Onu da xüsusi qeyd etmək lazımdır ki, yerli, regional və qlobal ekoloji problemlərin səmərəli idarə olunması, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsi, ölkəninelmi və intellektual potensialının bu istiqamətdə reallaşdırılması üçün innovativ ideyaların, təcrübələrin və texnologiyaların tətbiqi də xüsusi diqqət mərkəzindədir. Bu il COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi də qeyd edilənlərin bariz nümunəsidir. 

Qeyd olunanlar fonunda prezident İlham Əliyev "Euronews" telekanlına müsahibəsində iqlim dəyişikliyi kimi qlobal bir problemlə bağlı Azərbaycanın həyata keçirdiyi layihələrdən, eləcə də COP29-a hazırlıq işlərindən danışarkən deyib: "Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır... Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir". Azərbaycan nəzərə alır ki, Yer kürəsində bütün həyat formalarının yaşaması ətraf mühitin məkan və zaman baxımından sağlam və tarazlı inkişafının xarakterik xüsusiyyətidir. Yeni iqtisadi nizam indi və gələcəkdə balanslaşdırılmış inkişafı təmin etmək üçün ətraf mühitin mühafizəsini məcburi etməlidir. Meşələrə, ağaclara və əkin sahələrinə karbon tullantıları kimi yox, lakin onlara həyatımız üçün təmiz hava təmin edən sistemlər kimi baxılmalıdır. Qeyd edək ki, son onilliklərdə mühəndislik və texnologiyanın sürətli inkişafı insan həyatının bütün sahələrində ən mühüm elmi kəşflərə, eləcə də bir çox ölkələrin iqtisadiyyatının böyüməsinə və güclənməsinə səbəb olub. Amma geniş istehlak əsrimizdə texnika və texnologiyanı təkmilləşdirməklə insanlar ətraf mühiti çirkləndirir, bununla təkcə ətraf mühitə yox, həm də öz sağlamlıqlarına zərər vurur. Alimlərin fikrincə, planetimizdə temperaturun 2 dərəcədən çox artması geri dönməz nəticələrə - buzlaqların əriməsinə, daşqınlara, quraqlıqlara və sunamilərə səbəb olacaq. Qlobal istiləşməni dayandırmaq üçün 1990-cı illə müqayisədə növbəti 40 il ərzində istixana qazı emissiyalarını 80 faiz azaltmaq zəruridir. Siyasət, iqtisadiyyat, hüquqi tənzimləmə və marketinq, bir tərəfdən, ətraf mühiti tərəqqinin zərərli təsirlərindən qorumaq üçün tədbirlərin həyata keçirildiyi ictimai həyatın bütün sahələri, digər tərəfdən, planetin çirklənmədən qorunması ilə bağlı müəyyən bir dövlətin və ya şirkətin öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək üçn birbaşa təsir rıçaqlarıdır. Bunlar fonunda indi dünya ictimaiyyətində böyük əksəriyyət yalnız xüsusi günlərdə deyil, artıq hər gün ətraf mühitin təmiz saxlanılması və qorunması istiqamətində əməli işlər həyata keçirir. Çünki dünyada cərəyan edən transformasiya prosesləri, eləcə də nəzərəçarpan hadisələr birbaşa olaraq ekoloji mühitin pozulması və iqlim dəyişikliyi fonunda baş verir. Bu proses özü-özlüyündə məsul dünya dövlətləri tərəfindən ciddi addımlar atılmasını, ortaya daha aydın mövqe qoyulmasını diktə edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il təşkil olunan COP tədbirlərində bu istiqamətdə görülən işlər əsas diqqət mərkəzində yer alır. Bu il COP29-un Azərbaycanda keçirilməsi bütün bu məsələlərin ölkəmizdə əsas müzakirə predmetinə çevrilməsi ilə müşayiət olunacaq. 

Azərbaycan təbiəti qorumaq üçün bir çox beynəlxalq müqavilələrin fəal iştirakçısıdır 

Yuxarıda qeyd olunduğu kimi, bu gün bəşəriyyət texnosferdə mövcudluğunun təhlükəsizlik səviyyəsini yüksəltmək vəzifəsi ilə qarşı-qarşıyadır. Texnosferdə insanları antropogen və təbii mənşəli mənfi təsirlərdən qorumaq, rahat həyat şəraitinə nail olmaq bu müstəvidə çox mühümdür. 

Onu da qeyd edək ki, ətraf mühitin mühafizəsi XX əsrin ortalarına qədər prioritet deyildi, baxmayaraq ki, o vaxta qədər antropogen fəaliyyətlər çoxdan təbiətə mənfi təsir göstərib. Yalnız BMT Baş Assambleyasının 27-ci sessiyasında bu məsələ ilk dəfə olaraq ciddi şəkildə qaldırıldı. Eyni zamanda, BMT sistemi çərçivəsində yeni təşkilat - Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaradıldı. Elə həmin vaxt Stokholm Ətraf Mühit Konfransının başladığı gün xüsusi bayram - Ümumdünya Ətraf Mühit Günü təsis edildi. Hər il iyulun 5-də qeyd olunur və UNEP-in himayəsi altında keçirilir. Bu bayramın keçirilməsində məqsəd Yer kürəsinin hər bir sakininə xatırlatmaqdır ki, planet bizim ümumi evimizdir və onun vəziyyəti hər birimizin hərəkətlərindən asılıdır. Bu gün bütün dünyada ekoloji tədbirlər keçirilir - marafonlardan, velosiped yürüşlərindən və konsertlərdən tutmuş icma təmizliklərinə qədər. Amma onlar arasında COP tədbirləri daha böyük önəm kəsb edir. Onu da xatırladaq ki, təbiəti qorumaq üçün bir çox beynəlxalq müqavilələr hazırlanıb. Onlardan ən məşhuru, inkişaf etmiş ölkələri bütün dünyada iqlimə təsir edən istixana effektinin qarşısını almaq üçün karbon qazı emissiyalarının həcminə ciddi nəzarət etməyə məcbur edən Kioto Protokoludur. Bundan əlavə, dənizlərin mühafizəsinə yönəlmiş BMT-nin Dəniz hüququ haqqında Konvensiyası, atmosferin ozon qatını məhv edən maddələrin istehsalını və istifadəsini məhdudlaşdıran Monreal Protokolu, eləcə də Bioloji Müxtəliflik haqqında Konvensiya qəbul edilib. Eləcə də vəhşi təbiət ehtiyatlarının qorunması və rasional istifadəsi məqsədi daşıyan onlarla digər mühüm sənədlər qəbul olunub. Azərbaycan həmin sənədlərin fəal iştirakçlları sırasında yer alır. COP29-da da  Azərbaycan Tərəfdaşlar Konfransına sədrlik edəcəyi müddətdə bir sıra təşəbbüslərlə çıxış edəcək və qlobal iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində öz töhfələrini verəcək.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ