şənbə günü, 07 noyabr 2026
     

ƏLYAZMA DİVANLAR NƏŞR OLUNUR

Image


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda müxtəlif zamanlarda yaşayıb-yaradan şairlərin divanları mühafizə edilir. Zaman keçdikcə, institutun əməkdaşları bu əlyazmalara yeni həyat verirlər. Bu yazımızda oxuculara beş divan haqqında məlumat veririk.

İnstitutumuzun əməkdaşı Hacı Mustafa Mailoğlunun nəşrə hazırladığı Hüseyn Nadim Naxçıvaninin “Divan”ının redaktoru Hacı Arif Buzovnalı, rəyçiləri akademik Möhsün Nağısoylu və f.e.d. Əsgər Qədimovdur. Tərtibçi kitaba yazdığı “Ön söz”də Azərbaycandakı ədəbi məclislərdən söz açır, sonra Nadimin həyat və yaradıcılığından geniş bəhs edir və Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalarının təsvirini verir: “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar institutunda Nadimin iki dəftərdən ibarət əlyazması qorunub saxlanılır. B-7792 şifrəsi altında saxlanılan əlyazmanın cildi kartondur. Ümumi dəftərə təhriri xətlə köçürülmüşdür. Həcmi 104 vərəqdən ibarətdir. Ölçüsü 16,5x23,5 sm.dir. 1a-dan 17b-yə qədər olan hissə səliqəli nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Növhələr ardıcıllıqla sıralanmışdır. Əvvəldən təxminən 10-15 səhifə düşmüşdür. Bəzi növhələrə müxtəlif xətlərlə düzəlişlər edilmişdir. Əlyazmada 134 növhə və sinəzən, payi-minbər, minacat, qəsidə və çavuşi yer almışdır. Bəzi növhələrə başlıq verilmiş, əksəriyyətində isə sadəcə sinəzən yazılmışdır. Səkkiz növhə natamam, bir növhə isə təkrardır.

Nadimin digər əlyazması B-1241 şifrəsi altında saxlanılır. Ümumi dəftərə təhriri xətlə yazılmış olan bu əlyazmanın da cildi kartondur. B-7792 şifrəsi altında saxlanılar dəftərin davamıdır. Bu əlyazmada 141 növhə, qəsidə, payi-minbər, müstəqil əfrad 9bunlar orijinalda dübeyt adı altında verilmişdir) yer almışdır. Həcmi 149 vərəq olan əlyazmanın ölçüsü 17,5x22,2 sm.dir. burada da növhələr sıralanmışdır. 10 növhə natamam, bir neçə növhə təkrar getmişdir”.

Tərtibçi digər əsərləri şairin nəvəsi Şahin Abdullayevdən götürdüyünü qeyd etmişdir.

“Divan”ın “Qəzəllər” bölümündə 88 qəzəl yer alır. Qəzəllər müxtəlif mövzularda olsa da, hamısını zəmanədən şikayət motivi birləşdirir.

“Müxtəlif şeirlər” bölümü “bismillah” rədifli qəzəllə açılır. Burada müxtəlif janrlarda şeirlər vardır. Sonra “Bihəmdüllah”, “Var idi”, “Aldanma”, “Keçər gedər”, “Öləcəksən”, “Gərək”, “Ey Səba”adlı şeirlər, bir neçə bəhariyyə və Peyğəmbərə (s), imamlara (ə.m.) aid şeirlər verilmişdir.

“Növhə və sinəzənlər” bölümündə əsasən Kərbəla hadisəsini əks etdirən şeirlər, ümumilikdə, Əhli-beytə (ə.m.) aid əsərlər yer alır.

Kitabdan görünür ki, müəllif əsərlərini həm əruzda, həm də hecada yazmışdır.

Kitabın sonunda geniş “İzahlı lüğət” verilmişdir. 700 səhifə həcmində olan “Divan”ın nəşrə hazırlanmasında əzmlarlıq göstərərək, böyük zəhmət çəkmiş Hacı Mustafaya təşəkkür edir, ona yeni uğurlar arzulayırıq.

***

Şuşada yaşayıb-yaradan Kərbəlayi Qara Məşhədi Süleyman oğlu Növbərinin “Divan”ını Əlyazmalar İnstitutunun mərhum əməkdaşı f.ü.f.d., dosent Tahirə Nurəliyeva nəşrə hazırlamışdır. Kitabın redaktoru Hacı Mustafa Mailoğlu, rəyçiləri akademik Möhsün Nağısoylu və f.e.d. Nəsib Göyüşovdur. Tahirə xanım “Divan”a yazdığı “Ön söz”də Növbərinin həyatı haqqında məlumat verərək, onun Tiflisdə Qori müəllimlər seminariyasında təhsil aldığını, dörd övladı olduğunu, müxtəlif dilləri bildiyini, Füzuli məktəbinin davamçısı olduğunu, Füzuli vurğunu kimi, “Füzuli qəzəllərini təxmis etdiyini və bu kitabının artıq çap olunduğunu qeyd etmişdir. Şairin əlyazmalarından bəhs edən tədqiqatçı yazır: “Növbəri yaradıcılığının əsasını qəzəllər təşkil edir. Bu lirik şeirlər şairin türk dilində olan ikinci avtoqraf əsəri “Divan”ı iki cilddə (iki əlyazmada) C-466/9419 və C-467/9420 şifrlıər altında mühafizə olunur. Əlyazmaların hər ikisi paleoqrafik xüsusiyyətlərinə görə oxşardır. Divanın mətni ağ, mil-mil vərəqlərə, iri və səliqəli nəstəliq xəttilə yazılmışdır (ölçüsü: 19,5x28 sş., həcmi 235+354 vərəq). Cildi qəhvəyi rəngli meşindəndir.

Birinci əlyazmaya 1143 qəzəl (8335 beyt), ikinciyə 675 qəzəl (7330 beyt) daxildir. Cəmi 1818 qəzəl”.

“Divan”ın institutda saxlanılan əlyazmaları ilə bağlı məlumat verən tərtibçi şairin qəzəl yaradıcılığından, sənətkarlıq xüsusiyyətlərindən bəhs etmişdir.

Bu əslində Növbərinin “Qəzəllər” divanıdır, sadəcə sonda beş növhəsi verilmişdir. Kitabın sonunda lüğət təqdim olunmuşdur. Tahirə xanım bu böyük həcmli əsəri nəşrə hazırlamaq üçü həqiqətən çox böyük zəhmət çəkmişdir. Hər ikisinin ruhu şad olsun!

***

XIX əsr şairi Mirzə Mehdi Şükuhinin “Divanı”nı f.ü.f.d., dosent Xatirə Yusifova nəşrə hazırlamışdır. “Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi məsləhətçisi fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, elmi redaktoru Hacı mustafa Mailoğludur. Kitaba yazdığı ön sözdə şairin həyat və yaradıcılığından bəhs edən tədqiqatçı yazır: “AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda M.M.Şükuhinin anadillli “Divan”ının bir əlyazması qorunmaqdadır. Salman Mümtaz tərəfindən üzü köçürülən əlyazma C-204 şifri altında saxlanılır. Yaşıl rəngli lidrin çəkilmiş kartona tutulmuşdur. Ölçüsü 25x16 sm., həcmi 317 səhifədir, 1-168 vərəqləri arasında verilmişdir. Sətirlərin sayı müxtəlifdir. Mətn bənövşəyi mürəkkəblə, təhriri xətlə, adi sarı rəngli nazik kağıza, təxminən, XX əsrin 20-ci illərində köçürülmüşdür. Bəzi səhifələrdə katibin düzəlişıəri və boşluqlar var”.”Divan”dakı ilk əsər “Əql və eşqin münazirəsi”dir. Burada qəzəllər və məsnəvilər növbələşir.

Sonra “Şükuhinin ilk dəfə Mərağəyə getməsi” adlı məsnəvi var. Daha sonra “qalmışam”rədifli qəzəl, ardıyca yenə məsnəvi, yenə qəzəl verilmişdir. Kitab sona kimi belə gedir və burada ardıcıl “Sərrafiyyə”, “Mərağə bəzzazlarının Şükuhinin bəzzazlığına mane olmaları və ondan şahzadə Əmidüddövləyə şikayətə getmələri”, “Bəzzazlardan birinin şikayəti”, “Daha bir bəzzazın şikayəti”, “Daha bir başqasının şikayəti”, “Ağyi-rəisüttüccar Təbrizinin cəvabı”, “Şərəfnamə”, “Vəsfi-hali-Şükuhi”, “Cəlali-nəsihət”, “Təcnis”, “Meymuniyyə”, “Bir ayrısı” adlı əsərlər vardır.

Sonra “qəzəllər”, “Müxəmməslər”, daha sonra yenə də müxtəlif şeirlər verilmişdir.

Kitab çox qarışıqdır, tərtibat yoxdur. Yəqin Xatirə xanım mətni olduğu kimi transfoneliterasiya edib nəşrə hazırlamışdır... Hər halda kitab böyük zəhmət bahasına ərsəyə gəlmişdir. Xatirə xanımı təbrik edir, yeni kitablar arzulayırıq.

***

f.ü.f.d. Aynura Məmmədovanın nəşrə hazırladığı “Məhəmməd Xəlifə Acizin “Divan”ı “Zərdabi Nəşr” MMC-də çap olunmuşdur. Kitabın elmi redaktoru Mustafa Əliyev, rəyçi f.e.d. Nəsib Göyüşovdur.

***

Əlyazmalar İnstitutunun əməkdaşları bizdə əlyazması olmayan bəzi Azərbaycan şairlərinin də əsərlərini xarici kitabxanalardan əldə edərək, nəşrə hazırlayıb oxuculara çatdırmağı özlərinə borc bilirlər. XV-XVI əsrlərdə yaşayıb-yaradan Süruri təxəllüs şairin “Divan”ını Əlyazmalar İnstitutunun mərhum direktor müavini, f.e.d. Paşa Kərimov nəşrə hazırlamışdır. “Elm” nəşriyyatında çap olunan kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru Arif Ramazanovdur.

Paşa Kərimov kitaba yazdığı “Azərbaycan şairi Süruri və onun divanı” adlı “Ön söz”də şairin yaşadığı tarixi şəraitdən, həmin dövrdə Azərbaycan ədəbiyyatının inkişafından, Nəsini ardıcılı olan Sürurinin yaradıcılığından geniş bəhs etmişdir. “Süruri” təxəllüsü ilə yazan bir neçə şair olduğunu və onların əsərlərinin qarışdırıldığını da xüsusi vurğulayan tədqiqatçı bu Sürurinin Çaldıran döyüşündən sonra digər sənətkarlarla birlikdə Türkiyəyə aparıldığını qeyd edir.

Müəllif təzkirələrdə Süruri ilə bağlı məlumatlardan və şairin əsərlərindən də söz açan müəlif sonda yazır: “Dövrünün qüdrətli sənətkarı olan Süruri Nəsimi, Nəvai kimi sələflərinin ədəbi irsindən bəhrələnmiş, müasiri və xələfi olan bir sıra Azərbaycan və Osmanlı şairlərinin yaradıcılığına təsir etmişdir. Şairin əsərlərinin əlyazma nüsxələrinin hərtərəfli tədqiqi onun yaradıcılığını anadilli ədəbiyyat tariximizdə Nəsimi və Nəvai ilə Füzuli arasında bir keçid mərhələsi kimi nəzərdən keçirməyə imkan verir. Süruri əsərlərinin nəşri və tədqiqi şairin ədəbiyyatımızdakı mövqeyini müəyyənləşdirməyə kömək edəcəkdir.

Vatikanın Apostol, istanbulun Süleymaniyyə, Manisanın şəhər kitabxanalarında saxlanan əlyazma nüsxələri əsasında tərtib edilmiş Sürurinin anadilli divanının müqayisəli mətnini təqdim edirik”.

Bu əslində “Qəzəllər” divanıdır, burada 187 qəzəl verilmişdir. Sonra 4 mürəbbə, 1 müxəmməs və 1 müsəddəs verilmişdir. Sonda divandan bir səhifənin fotofaksimilesi təqdim edilmişdir.

Xatirə xanım əsəri nəşrə hazırlamaq üçün xeyli zəhmət çəkmişdir. Şairin Divanı ilk dəfə çap olunduğuna görə əhəmiyyət kəsb edir. Ümid edirik ki, tədqiqatçılar, doktorantlar, tələbələr, habelə ədəbiyyat həvəskarları üçün maraqlı olacaqdır. Xatirə xanımı təbrik edir, ona yeni uğurlar arzulayırıq.

***

Görkəmli Azərbaycan şairi Məhəmməd Xəlifə Acizin “Divan”ı Zərdabi Nəşr” MMC-də nəşr olunmuşdur. “Divan”ı institutumuzun əməkdaşı, f.ü.f.d. Aynurə Məmmədova nəşrə hazırlamışdır. kitabın elmi redaktoru Mustafa Əliyev, rəyçisi f.e.d. Nəsib Göyüşovdur.

Aynurə Məmmədova kitaba yazdığı “Ön söz”də XIX əsr Azərbaycan ədəbiyyatından bəhs etmiş, şairin yaşadığı tarixi şəraitin səciyyələndirmiş, Xəlifə Aciz haqqında təzkirələrdə, məqalələrdə gedən fikirləri diqqətə çatdırmışdır. Füzuli məktəbinin davamçısı olan şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verən tədqiqatçı sonda nəşrə hazırlanma prosesinə diqqət çəkərək yazır: “Azərbaycanda ilk dəfə olaraq müfəssəl şəkildə Aciz “Divan”ı 8 daşbasma və bir əlyazma nüsxəsi əsasında toplanmış, fars dilində olan şeirlər Azərbaycan dilinə tərcümə edilmişdir.

Beləliklə, XIX əsrin I yarısında Cənubi Azərbaycanda yaşayıb-yaradan Aciz Sarabinin yaradıcılığı indiyə qədər dərindən və müfəssəl şəkildə araşdırılmadığından, şübhəsiz, bu “Divan” Acizin ümumi Azərbaycan ədəbiyyatının bir nümayəndəsi olaraq bir daha yaxından tanıdılmasına rəvac verəcəkdir”.

“Divan”ın “Qəzəllər” bölümündə 63 qəzəl, “Qəsidələr” bölümündə 43 qəsidə və “Əlifnamə”(tərcümə) yer alır. “Qitələr” bölümündə 6 qitə və müxtəlif tərcümə beytlər vardır. “Mərsiyələr” bölümünə 7 mərsiyə daxil edilmişdir. “Gəraylılar” bölümündə 8 gəraylı, “müxəmməslər” bölümündə 5 müxəmməs, “Məsnəvilər” bölümündə 3 məsnəvi verilişdir.

Kitabın sonunda “İzahlar və qeydlər” və “Lüğət” təqdim olunmuşdur.

Aynurə xanımın həm mətnşünaslıq işində, həm də tərcümə işində böyük zəhmət bahasına ərsəyə gətirdiyi əsər həm də ilkin çap kimi çox əhəmiyyətlidir. İstər tədqiqatçılar, doktorantlar, tələbələr, istərsə də klassik şeir həvəskarları üçün olduqca dəyərli vəsaitdir. Aynurə xanımı təbrik edir, ona yeni uğurlar arzulayırıq.

Sona Xəyal



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ