Bazar ertəsi günü, 09 noyabr 2026
     

Kitabi-Dədə Qorqud dastanında qədim Göyçə gölü obrazı...

Image


“Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri” rubrikasında ana abidəmiz “Kitabi-Dədə Qorqud” eposunda barəsində bəhs edilən, qədim xəritədə bir oğuz yurdu kimi əks olunan Göyçə gölündən danışacağıq. Gerçəklik budur ki, “Kitabi-Dədə Qorqud”da Qərbi Azərbaycanın dərin izləri var, bizim tarixlərə, eralara sığmayan tariximiz bu kitabda əks olunub.

Göyçə mahalının əbədi simvollarından birinə çevrilən Göyçə gölünün ana kitabəmizdə adının çəkilməsi qətiyyən təsadüfi deyil, bu fakt onu göstərir ki, eposda əksini tapan hadisələr məhz Cənubi Qafqazı da əhatə edib, əzəli türk torpaqlarında baş verib. Tarixi Göyçə gölü ətrafında bineyi-qədimdən oğuz türkləri, türk qövmü yaşayıb və onların həyatı 1988-ci ilə qədər davam edib, sonra isə deportasiya nəticəsində yurdlarından didərgin salınıblar. Bu gün ermənilərin xarici havadarlarının dəstəyi ilə Göyçə gölü ətrafında apardıqları arxeoloji qazıntılar zamanı ortaya çox unikal materiallar, faktlar çıxarılır, amma təəssüf ki, bu nümunələr “erməni tarixi” kimi qələmə verilir.

Professor İbrahim Bayramov məqalələrindən birində yazır: “Göyçə mahalı tarixi və qədimliyi ilə Azərbaycan tarixində xüsusi yer tutur və Qərbi Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Əminliklə deyə bilərik ki, xalqımızın qədim tarixini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı Göyçə mühitində yaranmışdır. Dastanda adı keçən Gökcə dəngizi (Göyçə gölü), Altuntaxt coğrafi adları fik­rimizi təsdiq edən faktlardandır. Eyni za­manda, “Kitabi-Dədə Qorqud”da işlənən kifayət qədər elə sözlər var ki, Göyçə ma­halı şivələrində işlənir. Hələ XX əsrin 70-ci illərində dilçi professor Muradxan Cahan­girov yazırdı ki, “Dədə Qorqud kitabı”nda adı çəkilən Altuntaxt coğrafi anlayış kimi təsdiq olunarsa və həmin mülahizə (“Al­tuntaxt”ı toponim kimi götürən Şamil Cəm­şidovun fikri nəzərdə tutulur – İ.B.) əlahid­də tutarlı dəlillərlə sübuta yetirilərsə və bu istiqamətdə tədqiqat genişləndirilərək məqsədəuyğun nəticələr çıxarılarsa, biz “İç Oğuzun coğrafi mühiti” haqqında da lazımi məlumat əldə edə bilərik. Elə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçısı Şamil Cəmşidov apardığı araşdırmalarının nəticəsi olaraq gəldiyi qənaətə görə, “Dastan” qəhrəmanları­nın (oğuzların) yaşayış məskəni (əsas yurdu) Göyçə mahalı olmuşdur və bunu təsdiq edən amil kimi “Salur Qazanın yağmalanması” boyunda adı çəkilən Al­tuntaxt coğrafi ada əsaslanmasıdır (əsas götürməsidir): “Bu yaylaq yerlərinin geniş mərkəzi sahəsini aydınlaşdırmaq üçün “Salur Qazanın evinin yağmalanması” boyuna diqqət etmək lazımdır. Bu boyda aşkar görünür ki, qəhrəmanlar yaylaqda – Göyçə gölünün şimali-qərbində yerləşən məşhur Altuntaxt yaylağında yaşayırlar”. 

“Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda deyilir: “Qazan bəg ordusını, oğ­lanını-uşağını, xəzinəsini aldı, geri döndi altun təxtində. Yenə evini dikdi”. F.Zeyna­lov və S.Əlizadə “altun təxt”i söz birləş­məsi hesab etdikləri üçün göstərilən boyu Azərbaycan dilinə uyğunlaşdıranda “altun təxt”i “qızıl taxt” kimi uyğunlaşdırmışlar. 

Bizim fikrimizcə, Ş.Cəmşidovun “Al­tuntaxt”ı yaşayış məntəqəsi – kənd de­yil, yaylaq adlandırması Altuntaxtla bağ­lı yetərli məlumatın olmaması ilə bağlı olmuşdur. Belə ki, Qərbi Azərbaycanda tarixən mövcud olmuş kəndlərin bir çoxu ermənilər tərəfindən dağıdılıb viran edil­miş, nəticədə ləğv edilmişdir. Bunu XX əsrin 20-ci illərində yaşamış Şərif Şikəstə adlı şair “Dedilər” şeirində Altuntaxt ya­şayış məntəqəsinin adını çəkir və “Altun­taxt” kəndinin xarabalığa çevrilməsindən yana-yana bəhs edir:

Bu sifət ilə görən olmuşmu Altuntaxtı,
Boşalıb yurdu, qara yazılıbdır baxtı.
Ağlaram yadıma düşdükcə o keçmiş vaxtı,
Ol səbəbdəndir mənə didəsi-giryan dedilər.

Bəs Altuntaxt hardadır? Professor Bayramlı buna da aydınlıq gətirərək yazır ki, Altuntaxt İrə­van xanlığının Göyçə mahalında kənd olmuşdur. “XIX əsrdə yaradılan yeni in­zibati-ərazi bölgüsünə əsasən İrəvan quberniyasının Yeni Bayazid qəzasına, keçmiş Kəvər (Kamo) rayonu, indi Ge­ğarkunik vilayəti ərazisinə daxil olmuş­dur. Altuntaxt 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, XVIII əsrdə (1763-1780) erməni kilsəsinin baş­çısı S.İrəvanlının “Cambr” əsərində yaşa­yış məntəqəsi kimi qeyd edilmişdir. Kənd XVIII əsrin axırları, XIX əsrin əvvəllərində ləğv edilmişdir. İndi xaraba kənddir. 1728-ci il mənbəyi kimi “İrəvan əyalətinin icmal dəftəri”ndə göstərilir ki, kəndin illik gəliri 4.210 ağça olmuşdur.

“Kitabi-Dədə Qorqud” dastanının Göyçə mühiti ilə bağlılığını Hüseyn İs­mayılov da əsaslandıraraq qeyd etmiş­dir ki, Göyçəni ədəbi-mədəni mühit kimi səciyyələndirən başlıca göstərici qədim türk xalq ənənələrinə maksimum bağlı­lıq, sadəlik və türk özgürlüyüdür. Türkün öz kökündən qopmadığı, bütün mədəni institutlar üzrə öz kökü üstdə bitdiyi və ucaldığı, milli dəyərlər sisteminin optimal elementlərlə zənginləşdirdiyi ən mükəm­məl mühit də Göyçədir. Əfsanəvi Oğuz xan da, tanrıçı ata (peyğəmbər) Qorqud da öz ruhi-mənəvi ömrünü daha çox bu yurdda yaşayıb.

Elə Göyçə şivələrində işlənən söz­lərin “Dastan”da əksini tapması fikrimizi təsdiqləyən təkzibedilməz faktlardır: ağır­lamaq, arı, baha, vaqiə (vayğa formasın­da), qada, qarı, qaxmaq (başına qaxmaq frazeoloji birləşmənin tərkibində), dolam­bac (dolanbac formasında), yalın, yamac, kirimək, gərdək, oğrun, sağdış, sərpmək, suç, təpəl, toylamaq, ismarış, ismarla­maq, eşik, iraq, cilasın, muştuluq və s” - deyə alim yazıb.

Mətbuatda yayımlanan bir araşdırmada isə “tarixlər boyu aborigen türk tayfalarının yaşadığı Göyçə mahalında VIII əsrin əvvəllərindən başlayaraq Qara dəniz bölgəsində yaşayan türk mənşəli kimmer, iskit, sak tayfalarının axını və məskunlaşması prosesi başlamışdır. Türklərin bu etnik köç prosesi XI – XII əsrlərə qədər davam etmişdir. Müxtəlif dövrlərdə bu bölgəyə türk tayfaları olan kimmer, sak, quqar, şirak, katak, peçeneq, oğuz tayfalarının gəlişi nəticəsində yerli türk əhalisinin demoqrafik və etnik mövqeyi güclənmişdir. Orta əsrlər dövründə də bu bölgənin azərbaycan türklərinin tarixi vətəninin bir hissəsi olması haqqında qaynaqlarda təkzib olunmaz məlumatlar mövcuddur. Oğuz türklərinin böyük tarixi və ədəbi ensiklopediyası olan “Kitabi Dədə Qorqud” dastanında Göyçə mahalı haqqında geniş məlumatlar verilmiş, bu bölgə Oğuz türklərinin vətəni kimi təsvir olunmuşdur. Bu bölgədə olan bir çox toponimlər dastanda verilən toponim və şəxs adları ilə eyniyyət təşkil edir. Göyçə mahalında ən qədim yaşayış məskənlərindən olan Babacan kəndinin toponim və antroponim( ad bildirən) üzrə yanaşmalarda tarixinə baxsaq bu ad “Kitabi Dədə Qorqud” dastanlarında Baybecan adı çəkilən oguz igidlərindən birinin adı ilə bağlı olduğunu görə bilərik. Eyni zamanda "Kitabi-Dədə Qorqud" dastanında Göyçə gölü çevrəsini əhatə edən Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı ərazisi türk mənşəli Sacilərin, sonra Salari və Rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə Çuxursəd vilayətinin tərkibində olan Göyçə mahalı, Səfəvi dövləti dövründə 13 bəylərbəyilikdən biri olan Çüxursəd bəylərbəyiliyinin ərazi inzibati vahidlərindən biri olmuşdur. Qaraqoyunluların hakimiyyətinin ilk dövrlərində Çuxursəd vilayətini Sədlilər sülaləsi idarə edirdi...” - deyə qeyd edilir.

Göründüyü kimi, “Kitabi-Dədə Qorqud”  eposunda Göyçə gölünün də, Göyçə mahalının da, Qərbi Azərbaycanın digər bölgələrinin də obrazları cızılıb. Bu epos bizim tariximizin silinməz izlərini yaşadır və tariximizin gerçək salnaməsidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ