Cümə günü, 13 noyabr 2026
     

7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyində elmi rəzalət - 6-7-ci əsrlərdə nə Arsak?

Image


Azərbaycan tarixi dərsliyinin ölkəmiz üçün böyük strateji əhəmiyyətə malik olduğunu unutmaq lazım deyil. Bu dərslik Vətən tarixini olduğu kimi əks etdirməli, şagirdlərimizdə milli şüurun, milli dövlətçilik ideologiyasının formalaşdırılmasında mühüm rol oynamalıdır. Tarix dərsliklərini yazan müəlliflər elmi titulundan, vəzifəsindən asılı olmayaraq, bu məsələyə ciddi yanaşmalıdırlar.

Bilirik ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir neçə dəfə ayrıca Azərbaycan tarixi vəsaiti hazırlanıb, müxtəlif siniflər üçün dərsliklər çap olunub. Təəssüflə qeyd etməliyik ki, çox az sayda müəllifin yazdığı Azərbaycan tarixi milli dövlətçilik maraqlarımızı tam təmin edib, qalan dərsliklər haqqında isə bunları demək mümkün deyil. Dərsliklərimizdə ən böyük problem xəritələrlə bağlıdır ki, çox zaman Azərbaycan dövlətinin əraziləri təhrif edilmiş formada göstərilir. Dağlıq Qarabağ ərazisinə gəlincə isə təəssüf ki, bəzi dərsliklərimizin içindəki xəritələrdə Qarabağ “Arsak” kimi təqim edilir.

Sabir Ağayev,Yaqub Mahmudov, Leyla Hüseynova, Həcər Əlişova, Sevil Bəhrəmova, Babək Xubyarov, Qabil Əliyevin müəllifi olduğu VII sinif “Azərbaycan tarixi” dərsliyində də biz bu mənfi halı müşahidə etdik. Son günlər sosial şəbəkələrdə sözügedən dərslikdəki xəritə problemi ilə bağlı ictimai narazılıqlar böyüyür.

VII siniflər üçün dərslik olaraq tədris edilən “Azərbayan tarixi” kitabında verilən “Azərbaycan 6-7-ci əsrlər”də xəritəsində Qarabağ ərazisi müəlliflər tərəfindən“Arsak” kimi qeyd edilib. Növbəti dövrə aid olan xəritədə də analoji biabırçılıq davam etdirilib. Guya ki, Ərəb Xilafəti dövründə Qarabağ “Arsak” olub. Bir sözlə, bütün xəritələrdə Qarabağ “Arsak” kimi göstərilib. Bu xəritələrdən belə çıxır ki, guya keçən əsrlərdə, xüsusən də qədim dövrlərdə Qarabağ ərazisi “Arsak” olub.  

İşğal altında olan ərazilərimizdə erməni separatçılarının qondarma “Artsax respublikası” yaratdığı və bu saxta rejimi təbliğ etdiyi, tanıtmağa çalışdığı bir vaxtda “Azərbaycan tarixi” dərsliyinin müəllifləri niyə düşmən dəyirmanına su tökürlər? Bunu anlamaq çətindir.

Ölkə ictimaiyyətində böyük narazılıqla qarşılanan bu məsələ sosial şəbəkə istifadəçilərinin də qınağına tuş gəlib. Əksər mütəxəssis bunu rəzalət adlandırır. Bildirirlər ki, məlum dərsliklərdəki xəritələrdə Qarabağın “Arsak” kimi təqdim edilməsindən qondarma rejimin təmsilçiləri, Ermənistan hökuməti bizim əleyhimizə istifadə edə bilər.

  • Yaqub Mahmudov: “Dərslikdə “Artsax” deyil, Arsak (Ərsak) yazılıb”

Dərslikdə yer alan məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovla əlaqə saxlamağa dəfələrlə cəhdlər göstərsək ki, dərsliyin həmmüəlliflərindən biri olan Y.Mahmudovun telefonuna zəng çatmadı, xidməti otağında telefona cavab verən əməkdaş isə bildirdi ki, direktor yerində yoxdur.

Tarix İnstitutunun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidməti Y.Mahmudovun məlum məsələ ilə bağlı açıqlamasını redaksiyamıza təqdim etdi. Y.Mahmudovun açıqlamasında bildirilir ki, Arsak (Ərsak) saklarla bağlıdır. “Sosial şəbəkələrdə və bəzi saytlarda "Tarix dərsliyində Qarabağın adı "Artsax" olaraq yazıldı" başlığı ilə yanlış xəbər yayılıb” - deyə bildirən Y.Mahmudov “dərslikdə “Artsax” deyil, Arsak (Ərsak) yazılıb” deyib.  

O vurğulayıb ki, nəşrdə Arsakın (Ərsak) izahı da verilib: “Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda - qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır.

Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb “Artsax" kimi təqdim edirlər” - deyə Y.Mahmudov vurğulayıb.

İnstitutun bizə təqdim etdiyi digər açıqlama isə “Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə açıqlaması oldu. “Sosial şəbəkələrdə 7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” yer adının erməni toponimi kimi verilməsinin tənqidi əsassız iddiadır. Bu dərslik 2018-ci ilin nəşridir və müəllifləri akademik Yaqub Mahmudov, Qabil Əliyev, Leyla Hüseynova, Sabir Ağayev, Sevil Bəhramova və Həcər Alışovadır”.

Dərslik müəllifləri tərəfindən hazırlanan açıqlamada bildirilir ki, dərsliyin 8-ci səhifəsində “Azərbaycan VI-VII əsrlərdə”; 14-cü səhifəsində “Albaniya VII əsrdə”; 17-ci səhifəsində “Azərbaycan Ərəb Xilafətinin tərkibində” adlı xəritələrində indiki Qarabağ ərazisi “Arsak” adı ilə verilib: “Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda* (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. Ərsak erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb «Artsax» kimi təqdim edirlər. Azərbaycan ərazisinin qərbində aran və dağlıq Qarabağ bölgəsində sak tayfalarının məskunlaşma arealı geniş olduğundan, qədimdən bu günə qədər “Ərsak” və ya “Arsak” toponimi daha çox işlənib və yazılı mənbələrdə əks olunub... Bu barədə görkəmli tarixçilərimizdən Əbdürrəşid Bakuvinin, Rəşid bəy İsmayılovun, Mirəli Seyidovun, Ziya Bünyadovun, Rəmzi Yüzbaşovun, Qiyasəddin Qeybullayevin və başqalarının əsərlərində ətraflı məlumatlar verilib. Qarabağın aran və dağlıq hissəsində sak tayfaları uzunmüddətli məskunlaşma və yerli tayfalarla qaynayıb-qarışma formasına üstünlük verdiklərindən, bu yerlərin bir sıra sinonim toponimləri meydana gəlib. Məsələn, sakasinlər (sakabənzərlər) Mil düzündən Qarabağ dağlıq silsiləsinə və yaylasına qədər ərazilərdə yaşayıb və müxtəlif yer adları onlarla bağlı olub. Və yaxud, şişparaq saklar Urmiya gölünün şimalına qədər olan ərazilərdə məskunlaşıblar və eyni hal orada da təkrarlanıb. Beləliklə, həm Qarabağ, həm də də Arsak sözləri türk mənşəlidir.

Ermənilər böyük bağ mənasını verən Qarabağ (“qara” böyük, “bağ” isə bağ) sözünü erməniləşdirə bilmədiklərindən, “Arsak” sözünə “t” hərfi əlavə edərək saxtalaşdırıblar və onun formasını dəyişib “Artsax” kimi təqdim edirlər. Sonda bir daha vurğulayırıq ki, “Ərsak” türk mənşəli sözdür. Eramızdan əvvəl, l 7-ci əsrdən sonra Kür və Araz çayları arasında Sak çarlığı var idi ki, bu da bizim indiki Qarabağın ərazisində olub. “Ar” sözünün mənası da “ər, igid" deməkdir”- deyə dərslik müəllifləri vurğulayıblar.

Dərslik müəllifləri fikirlərini belə əsaslandırırlar, amma, bütün hallarda, tarixçilər, mütəxəssislər hesab edirlər ki, indiki dövrdə bunu bu şəkildə dərsliyə salmaq ziyanlı tendensiyadır. Tarixçilər qeyd edirlər ki, “Ərsak” sözünün bizə aid olduğu məlumdur, amma onun dərslikdə Qarabağın adı kimi təqdim edilməsi zərərlidir.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ