Cümə günü, 13 noyabr 2026
     

“Məsələ almada deyil, başdadı”...

Image


Həyatda haqq aramaq özü də haqsız işdi

Yanar işıldacəklər

Sönər işıldaböcəklər

(Kərəmət)

 

- “Mənim Sən yerim var, sənin Mən yerin” (Kəramət) Biri-birimizi xeyli vaxtdı tanıyırıq, müxtəlif məclislərdə, toyda-yasda, adi günlərdə “şair kimi poz verən adam” deyilsən. Heç şeir deməyi də xoşlamırsan. Yəni şairliyini gözə soxan, belə deyim ki, həyatda şairlik eləyən deyilsən. Səni tanımayan adam şair olduğunu ağlının ucundan keçirməz. Amma çoxları şair rolu oynayır, özünü anormallığa qoyur ki, ona “şair” desinlər.

Doğrusu, sənin belə davranmamağın, ciddiliyin mənim təqdir etdiyim cəhətlərdən biridir.

Haqqında yüz adamdan yüz söz eşitmişəm; olan-olmayan. Mənim tanıdığım Kəramətlə o dostların-tanışların tanıdığı-tanıtdığı Kəramət arasında yerlə-göy arasında fərq var.. Bir şeirdə yazmısan; “O, necə adamdı? Sözü-söhbəti, Onu tanıyanın sayı qədərdi”. Heç özün özünə sual vermisənmi: ”Sən kimsən?” Adamın özünün özü haqqında danışması, əlbəttə, çətindi, bilirəm... özün özünü necə tanıdardın?

- Yaradılanda, yarananda hər şey mükəmməldi,-deyə düşünürəm. Yaşandıqca, həyatla qovğada dəyişmələrə məruz qalır insan da. İndiki dünyada bu dəyişmələr 100 il bundan öncəkindən daha sürətlə baş verir. Əslində, bu dəyişmələr prosesini ehtiva eləməkdi şairin missiyalarından biri, bəlkə də birincisi. Bütün gəlib-gedən insanlar özünü mükəmməl sayır. Şairlər də elə..Elə bilirlər ki, onların yazdığı, sevdiyi ən yaxşısıdı. Özünü sıradan biri olaraq görmək isə adamlara yox, ADAMA məxsuss keyfiyyətdi. Şeirimə-özümə, ən azından, kənardan baxmağa cəhd edirəm. Nəyi səhv-düz eləmişəm üzərində yox. Yaşadıqlarım və həmin vəziyyətdə yaşaya biləcəklərimin versiyaları mənim obrazım kimi şeirlərimdə, poemalarımda qarşıma çıxır. Mən mənimlə dostluq eləməzdim, sən səbrli dostsa, mənim şıltaqlarıma dözürsən., çıxılmaz vaxtımda ona üz tutardım.

Necə ki, lazım olanda kiminsə üz tutduğu ünvan olmuşam, belə də varam. Təmiz-müqəddəs- mükəmməl -filan da deyiləm. Kimilərinə adamayovuşmaz, qapalı, kimilərinə ürəyi açıq, kimiyə də əclaf-qəddar və sair biri. Bu sifətləri artırmaq mümkün: Maraqlı adam, komplekssiz, tabularla yaşamayan, özündən-sözündən dünya malına görə vazkeçməyən, kimsədə yox, həmişə özündə günah gəzən biri. Hər zaman uduzan və bu uduzmağıyla da xoşbəxt olmağı bacaran biri. Qüruru anormallıq həddində. Ona baxan nə qədər göz varsa, onu göstərən nə qədər güzgü varsa, mütləq həqiqət deyil. Ümumiyyətlə mütləq həqiqət yoxdur, düşünürəm. Olan-olmayan bütün günahların sahibi baiskarı. İnsan öz varlığıyla bir hadisədi, dinamik, həyat dolu insandan söhbət gedir, “get naxıra-gəl axura”lardan yox. Mülahizələr, dəyərlər, dedi-qodular, ara söhbətləri daxil, hadisə-İnsana baxış sahiblərinə aiddi, hadisə-insan kənardadı, ona aid deyil. Situasiyaya görə dəyişir insan. Bir hadisəni yüzündən dinlə, hərə bir söz deyəcək. Deməyim odur ki, bunlarınheç biri gerçək olduğu qədər də əksikdi. Əslində, bu məsələ ədəbiyyatda Dostoyevskinin romanlarında, fizikada Eynşteynin nisbilik nəzəriyyəsində həllini tapıb. Bu səbəbdən kəşfinə görə Eynşteyn Dostoyevskiyə minnət borcu olduğunu söyləyib. Qaldı “çətin şair” məsələsi..Adam biri-birini anlamayanda biri-biri üçün çətinləşir. İnsan bilmədiyi, görmədiyi, öyrəşmədiyi nə varsa, ondan qorxur və müxtəlif anlamlar yükləyir .Səkkizinci sinifdə oxuyanda “Gənc Verterin iztirabları” çətin gəlmədi mənə, həmin il yayında “Faust”u oxuyanda nəinki çətin gəldi, ümumiyyətlə, heç nə anlaya bilmədim. Oxumağa başladım deyə, “Faust”u axıracan oxudum, heç nə anlamasam da. Ali məktəbdə bir də oxudum və anladım,ən azından anlamağa başladım və mənə çətin gəlmədi. Rəsul Rzanın bir misrasını xatırlayıram, özünəxas sərt şəkildə yazıb: ”Nadan yüz yol oxusun, Yenə bir şey anlamaz”. Dərketmə prosesi ağır və ağrılı prosesdi, sadəcə anlamağa çalışmaq lazımdı, dönə-dönə. Həyatı da elə...heç nəyi dominant, ehkam kimi qəbul eləmək olmaz, onda özündə durğunlaşır, ətalətə yol açırsan, nəticədə hərəkətsizlik çürümə prosesinə yerini verir. Təbiət də, cəmiyyət də, yaradıcılıq da eynilə belədir, deyə bilərəm.

- Bəzən , biri yatdı-durdu, yuxu gördü, sevgilisi tərk etdi, mənsəb yolunun qapısı, şöhrət pilləsi sanıb olur şair, romançı və sair. Hamının şeir yazması, müğənni olması nədən qaynaqlanır. Bir tərəfdən də iki yanaşma mövcuddur, hansı məqbuldur,; oxuyub öyrənməkmi, yoxsa ilham pərisi, vəhy, sinədəftərlik?

- Yumşaq şəkildə deyim ki, nəyinsə yerində olmadığının göstəricisidir. İnsan-fərddən hər şey “düzəldilməsi” nə qədər anormallıqsa, bütün cəmiyyətin eyni lada köklənməsi o dərəcədə anormallığın özüdür ki, var. Heç Məhəmməd peyğəmbər də özündən öncə yaranmış səmavi kitabları-Tövratı, İncili bilməsəydi, dövrün fəlsəvəsinə vaqif olmasaydı son müqəddəs kitab “Qurani-Kərim” vəhylə məhz O-na pıçıldanmazdı. Cazibə qanununun kəşfi almanın Nyutonun başına düşməsində deyil, məsələ almada yox BAŞdadı. Milyon adamın başına alma da düşüb daş da, hələ bir qaya da, nəyi kəşf ediblər ki.... Bunun mübahisəli tərəfi yox ki..Zəhmət çəkmədən öyrənmədən, dərk etmədən, özünütəkamül prosesi keçirmədən heç nə yaranmayıb, bunun əksini anormallar düşünə bilər, ədəbi texnikanı ucundan-bucağından öyrənib dar çərçivələrinin diqqətində “sənətkar” adlananlar, falçılar, meyxanaçılıq başlar. Texniki işdi hər hansı bir ədəbi şəklə hərfiyyən əməl etmək də , bürokratik məsələyə çevrilmədi. Bir də janrın tələblərinə bürokrat dəqiqliyilə əməl etməklə yaradıcılıq eyni məsələ deyil. Bütövlükdə, götürəndə formal olaraq hamı yazır və oluruq “şair xalq”. Məntiq yox, məna yox, bədii məna-məntiqi qoyuram bir kənara. Bu kütləvilikdə saman qızıl yerinə satılır. Reklam o qədər mahiyyəti-öz-ü üstələyib ki, artıq kimsə nəinki məna-məzmun haqqında düşünmür, ümumiyyətlə, düşüncəsiz, anlaqsız, anlamsız mühit yaranıb, yaradılıb. Dünyadakı xaotik hərəkət bütün sahələrdə olduğu kimi ədəbiyyatda da özünü bu və ya digər şəkildə göstərir. Ədəbi fırıldaqçılar da suyu bir az da bulandırırlar ki, “dahi”likləriylə meydan sulasınlar. Bir misran belə olmasın, amma əlifbamızda-tariximizdə o şair-yazıçı qalmayıb ki, ona “mız” qoyulmasın. 20 ildi özünüreklam vasitəsinə çevrilib özün olma, olanları inkar-təhqir et. Beləliklə, səni çağırsınlar ekranlara,saytlara və s. Bütün vasitələr məqbul hala gələndə meyar itir, yerini hərzad, hərşey tutur, “ədəbiyyata gəlmə”nin vazkeçilməz metodu. Ən çox bu yanaşmadan nəsibini alan hörmətli Anar müəllim olub. İndi də Fikrət Qoca..Başlayıblar özləri-özlərinə olmazın ifadələrini işlətməyə. Cəbbəxanada “ədəbi barıt” qurtaranda keçirlər siyasilərə və sairə. “Filankəs şair deyil”. “Niyə”siz. Filankəsdahidi, niyəsiz-arqumentsiz. Bilgisizliyin, düşüncəsizliyin hökmü altında verilən qiymətin nə qiyməti olar ki? Bir dəfə yaşı gənc özünü mənsəbə, şöhrətə hesablayan buqələmuna dediyim cavab özümün də xoşuma gəldi: “ “Ədəbiyyat məhkəməsi cəhənnəmdə keçirilirsə, ordan ədalət ummaram.” ( “Hamıdan,- günün şeiri vermişik, nəsə səni unutmuşuq” atmacasına)

- Ədəbiyyat sahəsini belə alaqlardan təmizləmək, dediyin kimi “bulanıq” suyu durultmağa yetərincə cəhd olunurmu? Yoxsa, zamanın ixtiyarına buraxmaq: Böyük Sabir demişkən: “Çalxalandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, Ayranı ayranlıq olur”.

- Görürsənmi, zaman dəyişir, amma eyni problemlə qarşı qarşıyayıq. Amma bu qədəri məncə heç bir dövrdə olmayıb. Astroloq, kosmetoloq, uroloq, iqtisadçı, hüquqşünas, alim, bənna, saatsaz...ağlına gələn-gəlməyən kim varsa güya şeir yazır. Bunlar üçün asan olan budur ki, texniki iş kimi baxırlar, ritmi tuturlar, ibtidai duyğularını ifadə edirlər.Tanıdığım , yaxın bildiyim xeylisi var ki, Əli aşından da olub, Vəli aşından da. Normal düşüncəsini o dərəcədə itirir ki, elə bilir nəsə yazır, doğrudan-doğruya elə bilir ki, dahidi . Necə olur ki, ciddi adam kimi tanıdığım biri anormallığa yuvarlandı. Ciddi şairin alimliklə məşğul olması nə qədər anlamsızsa, ciddi alimin də başını poeziya dənizinə vurnası o qədər absurddur. İnsan, mütətəxəssis əlli sahəni əlində tutmaz, özünə hörmət edirsə, özünə hörmət etmirsə cəmiyyətə də hörmətsiz yanaşar.

Məmməd Arazın misralarını xatırladım: “Hər şeydən yazanda heç nə yazmıram, Heç nədən yazıram, daha pərgarı. ” Borxesin də bir essesi var e..”Hər şey və heç nə”.

- Ədəbiyyatda səadət axtarışı-anlayışı , dərd-kədər ruhu...bunlara münasibətin? “Külqabıya gül qoyursan hələ də, Güldanlara kül tökürsən hələ də, Həyatda haqq aramaq özü də haqsız işdi, Yanar işıldaböcəklər, Sönər işıldaböcəklər”. Doğrudanmı “həyatda haqq aramaq haqsız işdi”sə onda insanların əlini-qolunu bağlamaq doğrumu?

- İnsan həmişə xoşbəxt olmadığı kimi, həmişə bədbəxt də deyil. Həyat bizim gördüyümüzdən daha rəngarəng, düşündüyümüzdən daha mürəkkəbdi. Bizim mühitdə bədbəxlik duyğuları daha çox çəkici olduğundan bizim şairlər daha çox bu rolu oynayır, öz həyatlarında yaşamadıqlarını süni şəkildə sözlərinə impozə edirlər. Nəticədə şeirlərimizdə həmişə “yağış yağır”. Amma şəkillərimizdə həmişə xoşbəxt görünmək istəyirik. Nəticədə gülən foto ağlayan şeir dilemmasıyla üz-üzə qalırıq. Paradoks deyilmi?

- Gördüyüm qədəriylə reklama, ədəbi reklama nəinki meylli deyilsən, hətta anti-reklamçısan, demək olar. Günüzün reallığından qaçış nə ilə bağlıdı.

- Yaradıcı insan menecerliliklə məşğul ola bilməz. Bir də həyatım boyu nəyi, kimi təriflənən, reklam olunan görmüşəmsə, zay çıxıb. Amma camaat aldığı məhsulu yox reklamı geyir-yeyir-içir. Və kim reklam olunursa, onu bəyənir, belə deyim ki, qəbul etmək məcburiyyətində qalır. Alternativi yoxdu reklamın,ədəbi reklamın alternativi, xüsusilə, indiki zamanda yenə reklamın özüdü. Oxucuyla birbaşa söhbətə dəvət olunmamışam, bunu kimdənsə inciklik kimi vurğulamıram, sadəcə öz vəziyyətimi təsbit etmək üçün deyirəm. Düzünə qalsa, özüm də təşəbbüs etməmişəm. Reklamçılar alternativ istəməz, ədəbi duyğu-düşüncə sıçrayışlarından hürkər. Bir də hər şeyin bazarını yaşadığımız günlərdə ədəbiyyat da bazara çevrilibsə, orda heç “təzə məhsul” qəbul edilməz. Amma yaxşı ki, mənəviyyat məsələsi olan ədəbiyyat gec də olsa,ünvanına təmənnasız çatır. Bazarçılar istəyir ki, oxucu-tamaşaçı bundan başqasını görməsin, .Hamı da seçim qabiliyyətinə malik deyil, “Pis olsa,ekrana çıxarmazlar, tərifləməzlər, mükafat- zad verməzlər ki” yanaşmasıyla haqlı görünür. Belə şeylərdən danışanda özümü naqolay hiss edirəm.Əslində, şeirlərimlə cavab vermişəm mənə bəslənən münasibətə:

Birləşin, birləşin

Bütün ölkələrin istedadsızları

Qarşınızda dayanıb

Ordu kimi tək adam

Tək adam ordu kimi

Sən ancaq şeir, poema yazırsan. Başqa janrlarda yazmaq istəmirsən, yoxsa nə? İndi roman

yazmaq dəbdəbi. Bir az ironiyalı olsa da, roman yazana samballı yanaşırlar.

Gülməlidi, o qədər ki, “Gülürük ağlayası halımıza”. Bizdə həftəbecər yazıçılar var ki, hərşeyşünasdılar, asanca da bütün janrlarda, şəkillərdə yazmağı ədəbi borc bilirlər. Kökündən yanlışdır. “Niyə”sini sadalayacağam. Birinci hər bir insan konkret bir işlə-sahəylə məşğul olmalı, enerji parçalanır, gərəkli effekt alınmır, hədəfdən yayınırsan. İkincisi, deməli, məşğul olduğun sahədə,ixtisasda başarı əldə edə bilməmisən. Üçüncüsü, qarşına çıxan hadisə səni üstələyib, ixtisasında əksikliyin var. Dördüncüsü, biz ədəbiyyatı hər şeyə qurban veririk, sənət isə hər şeyi ədəbiyyata qurban verənlərindir.

- Son olaraq da ədəbiyyatızdakı uzun müddətdi gündəmdə xüsusi çəkisi olan atalar-oğullar, gəmclərə münasibər barədə fikirlərini öyrənmək istərdim.

- Çox-çox geridə qalmış məsələdi...yəni həyat özü bu məsələni həll etmişkən, təhsildə aradan qaldırılmışkən bunu bir problemmiş kimi ortaya qoymaq eləözü problemdi. İndiki müəllim, ata-ana dünənki kimi yanaşmır ki uşağa, gəncə. 70 yaşlı adamın 7 yaşlı uşaqla eyni tonda, müstəvidə söhbət etdiyi gündə bizdə belə söhbətlər özü gerilik əlamətidi. İndiki gənclə, hələ bir uşaqla da diqtə ilə danışmaqmı olar, o dövr çoxdan qapanıb. Süni şəkildə gündəmdə saxlanılmağa çalışılan boyat söhbətlərdi. Əvəzində bədi düşüncəni analiz eləmək, müasir təfəkkürün sıçrayışlı dəyişməsiylə ayaqlaşmasını gündəmə gətirmək gərəkir. Ədəbi üslub, janrın imkanlarının zorlanmsı, o qədər ciddi ədəbiyyat söhbətləri varkən...nə isə..Səni qabaqlayıb müsahibə götürdüyün üçün “sağ ol” deyirəm

Həmsöhbət oldu: Ramiz Hümmət




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ