Cümə günü, 06 noyabr 2026
     

7 şübhəli əsgər ölümü Paşinyanı kütlə ilə üz-üzə qoyur …

Image


İşğalçı Ermənistanın iqtisadi təcridini dərinləşdirən Azərbaycan üçün əsas hədəflərdən biri bu ölkəyə qarşı dünya miqyasında da təcavüz siyasətinə görə real təzyiq mexanizmlərinin işə salınmasıdır. Eyni zamanda əsas məqamalardan biri də Cənubi Qafqazda əsas təsir qüvvəsinə malik ölkələrin Ermənistana qarşı müvafiq tədbirlər görməsidir. Söhbət indiki halda ilk olaraq ABŞ və Rusiyadan gedir. Bura qismən Avropa İttifaqını da aid etmək olar.

Məlum həqiqətdir ki, adları çəkilən tərəflər üçün Qafqazda əsas tərəfdaş qismində məhz Azərbaycan çıxış edir. Onların ölkəmizlə daha çox yaxınlaşmaq istiqamətində atdığı addımlar, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür. Elə Ermənistanda da narahatlıq yaradan əsas məqamlardan biri böyük güclərin, xüsusən də Rusiyanın daha çox Azərbaycana doğru meyllənməsidir. Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov da bu fonda vurğulayır ki, həqiqətən də Moskva üçün Bakı ilə əlaqələrin daha da dərinləşdirilməsi ön planda yer alır. O bildirir ki, Rusiya-Azərbaycan münasibətlərində indiki dövrdən daha müsbət dövr olmayıb: “Rusiyada heç vaxt Azərbaycanla getdikcə daha çox yaxınlaşdığımız barədə bu qədər çox danışılmayıb. Birbaşa deyə bilərəm ki, bundan daha müsbət münasibətlərimiz hələ olmayıb”. Leonid Kalaşnikov “Vestnik Kavkaza” nəşrinə açıqlamasında onu da qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında müasir münasibətlər özünün yeni yüksəliş mərhələsinə daxil olub: “Bu gün mən həm bəzi rusiyalı, həm də bəzi azərbaycanlı rəsmi şəxslərdən eşidirəm ki, Azərbaycan istəyəcəyi halda onun həm KTMT, həm də AİB-ə daxil olması barədə düşünmək olar. Sözügedən təşkilatların üzvlərindən birinin bu qoşulmanı bloklamaq imkanı olmasına baxmayaraq, mən hər zaman və istənilən halda bunu dəstəkləyirəm. Biz daha sıx qarşılıqlı əməkdaşlıq etməliyik, çünki Azərbaycanla Rusiya əsl dostlardır. Dostluq sadəcə sözlərdə də deyil, biz bir-birimizi ötən illər ərzində sınamışıq. Rusiyada biz bir çox hallarda dostlarımızla bağlı yanılmışıq, məsələn Qərbdə,  lakin son dövrlərdə əsl dostların harada olduğunu anlamağa başlamışıq”. Leonid Kalaşnikov əlavə edib ki, Azərbaycanla bu cür münasibətlər mütləq qiymətləndirilməlidir: “Mən Avropa Şurasından bu yaxınlarda gəlmişəm, orada bütün Azərbaycan nümayəndə heyəti bizim üçün həssas məsələlərdə dəstək verdi, biz də Azərbaycanın lehinə səs verdik. Bu qarşılıqlı dəstəyə həqiqətən ehtiyacımız var, çünki kənardan bizə münasibət kifayət qədər qərəzli olaraq qalır”.

Kalaşnikov onu da bildirir ki, bu halda Azərbaycan və Rusiyanın sıx işbirlyii daha vacib hala gəlir və təbii ki, belə vəziyyətdə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamağa məcburdur. Xatırladaq ki, bu günlərdə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da Qarabağ məsələsinin Kremlin xüsusi diqqətində olduğuna dair açıqlama vermişdi: "Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici işlər nazirinin diqqət mərkəzində qalır. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir". Təbii ki, Rusiyada Qarabağ münaqişəsinə dair sərgilənən bu mövqe Ermənistanda xoş qarşılanmır. Erməni politoloq Alen Qevondyan bu xüsusda qeyd edir ki, Rusiyanın timasalında Ermənistana qarşı yeni xarici təzyiq impulsları özünü göstərir:“Bir çoxları üçün başadüşüləndir ki, cənubdakı bəzi konyunkturalar nəzərə alınmaqla Qarabağ probleminin həllinə həyati təsir göstərən halqalardan biri Rusiyadır. Bəziləri hesab edir ki, Birləşmiş Ştatlar tərəfindən hansısa mərhələ aktivliyi baş verir. Əlbəttə, digər tərəfdaşlar Fransa və Rusiya ilə müzakirə edərək hansısa sınaq proseslərinə başlamağa çalışır. Amma hələ də əsas təsir qüvvəsi Rusiyaya məxsusdur. Rusiya isə indi daha çox Azərbaycanın yanında yer almağa çalışır”. Erməni politoloq həmçinin qeyd edib ki, yaranmış durumda Qarabağ məsələsini yerli və daha geniş kontekstdə müşahidə etmək olar:
“Yerli kəsinti ilə biz azərbaycanlılarla hansısa dil tapmalıyıq, daha yüksək kontekstdə isə bu dil digər daha böyük oyunçuların siyasəti altında legitim olmalıdır. Azərbaycan məsələnin bu tərəfindən məharətlə faydalanır və böyük oyunçular onunla birlikdədir. Ermənistan diplomatiyası buna qarşı dura bilmir”.

Rusiya ilə yanaşı, Ermənistanın Qərblə münasibətlərində də problemlərin olması düşmən ölkədə əsas narahatlıq predmetlərindən biridir. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır ki, ölkə səlahiyyətliləri hər şeyin yaxşı olduğunu, Ermənistanın strateji tərəfdaşı Rusiya, Avropa və ABŞ-la əla əlaqələrin olduğunu bəyat etsə də, faktlar və sadə müşahidələr başqa şey deyir: “ABŞ-la Ermənistanın bu gün demək olar sıfır səviyyəsində münasibətlərinin olduğunu sezməmək çətindir. Ermənistan səlahiyyətlilərinin “turist” səfərləri hər hansı nəticə verməyib. Yatırımların arxasından Avropa, ABŞ və Kanadaya edilən səfərlər də hər hansı sonuca gətirməyib. Açıq gözlə görmək olar ki, Çin, İran, Birləşmiş Ərəb Əmirlikləri və digər Şərq ölkələri ilə Ermənistanın ya əlaqələri yoxdur, ya da onlar mənasızdır. Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə də hər şey hamar deyil, Qazaxıstanla son gərginlik hələ aradan qaldırılmayıb. Gürcüstanla əlaqələr “salam-sabahınız xeyir” səviyyəsindən o tərəfə keçmir. Türkiyə və Azərbaycan barədə danışmaq isə artıqdır”.  Hazırda ABŞ-ın Qarabağ məsələsinə dair mövqeyi Ermənistanda xoş qarşılanmır. Ümumiyyətlə, hadisələrin gedişi göstərir ki, ABŞ hökumətinin Ermənistanla münasibətlərdə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə tutduğu mövqe İrəvan üçün məqbul deyil. Eyni zamanda, Ağ Evin Ermənistana münasibətinin pisləşməsində Rusiya faktorunun da rolu az deyil. Yayılan məlumatlara görə, Ermənistana ayrılan yardımların bir qismi də işğalçı ölkədəki Rusiya bazasının saxlanmasına gedir. Bu isə indi Vaşinqtonda xoş qarşılanmır. Ermənistan ordusunun Suriyadakı hərbi əməliyyatlarda iştirakı Ağ Evdə müsbət qarşılanmayıb və rəsmi İrəvana inamsızlıq yaranıb. Məhz bu səbəblərdən dolayı Ermənistanın yüksək vəzifəli şəxslərinin ABŞ-a səfəri zamanı onları artıq Ağ Evdə qəbul etmirlər. Bu üzdən Vaşinqton-İrəvan münasibətləri sürətlə tənəzzülə uğrayır. Bu fonda da işğalçı ölkəyə edilən yardımların həcmi sürətlə azalır. ABŞ-ın Ermənistana ayırdığı yardımın azalması və bunun Ermənistanın, eləcə də Qarabağ münaqişəsinin gələcəyinə mümkün təsirləri isə işğalçı ölkədə böyük bədbinlik yaradıb. Amma güclü erməni lobbisinin fəaliyyətinə rəğmən belə, ABŞ-ın mövqeyində dəyişikliyə nail olmaq da Ermənistanın gücü xaricindədir. Beləliklə, ABŞ-dan gələn yardımların azalması ilə Ermənistanın sosial-iqtisadi vəziyyətinin daha da pisləşməsi qaçılmaz sayılır. Eyni zamanda bu hal düşmən ölkənin Qarabağ siyasətinə də mənfi istiqamətdə ciddi təsir göstərəcək. Çünki baş verənlər həm də ABŞ-ın Qarabağ məsələsinə görə Ermənistana təzyiqlərini artıracağını istisna etmir. Elə Azərbaycan diplomatiyası da məhz bu istiqamətdə fəaliyyət göstərir.

Qafqaza marağı getdikcə artan Avropa İttifaqı da Ermənistanın mövqeyini qəbul etmir. Qurumun son illərdə qəbul etdiyi çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur. Yaranmış durumda Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo qəbuledilməzdir və bu proses həmişəlik davam edə bilməz. Ona görə də Bakı İrəvanın artıq dəqiq addımlar atmasını, beynəlxalq ictimaiyyətin də bu məsələdə öz sözünü deməsini istəyir. Əks təqdirdə, Qarabağ münaqişəsinin hərbi həlli qaçılmaz olacaq. Məhz bundan sonra baş verəcək hadisələrə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyacaq. 

Düşmən ölkədə etiraf edilir ki, hərbi həll Ermənistan üçün böyük zərbə deməkdir. Çünki onlar hərbi müstəvidə Azərbaycanla üz-üzə gəlmək iqtidarında deyil. Ermənistan parlamentinin deputatı Arutyun Babayan bu məqamı xüsusi vurğulayır və bildirir ki, elə erməni orlusunda baş verən son əsgər itkiləri məsələnin nə yerdə olduğunu daha aydın təsəvvür etməyə imkan verir. O, Ermənistan ordusunda cinayət “submədəniyyəti”nin olduğunu və baş nazir Nikol Paşinyanla müdafiə naziri David Tonoyanın bunu həll edə bilmədiyini söyləyib. Babayan bu məsələ ilə bağlı Tonoyanla müzakirələr apardığını bildirib: “Mən nazirə “elit hərbi hissə” barədə sual verdim, amma təəssüf ki, onun cavabı məni qane etmədi. Düşünürəm ki, bizim çox işimiz var, ona görə ki, ordunun hansısa əcaib ənənənələri mövcuddur. Biz bunun barəsində dayanmadan danışmalıyıq. Heç bir məsələ gizli saxlanmamalıdır. Erməni elitası susmamalıdır”.

Erməni xadim Marine Minasyan isə bildirir: “Hakimiyyət Ermənistanda “referendum” başlığı altında yeni teatr-tamaşa hazırlayana qədər Qarabağdan hər gün ağır və faciəvi xəbərlər alınır”. O qeyd edib ki, millətin ən qiymətli və əziz varlıqları, millətin gələcəyi şübhəli və qeyri-müəyyən hallarda biçilir, hazırkı hakimiyyət isə insanların beynini yumaq üçün yeni manipulyasiyalar edərək gələcək barədə “lolo”lar oxuyur: “Heç vaxt belə olmayıb ki, orduda 13 gündə 7 itkimiz olsun, üstəlik də qeyri-müharibə şəraitində. Bu nə deməkdir? Millətin gələcəyi - erməni əsgərlər şübhəli şəraitdə ölürlər, siz hansı gələcəkdən danışırsınız, cənab Paşinyan? Çox ciddi vəziyyətdir. Bu şəraitdə Qarabağ savaşının yenidən başlanmasının nə demək olduğunu təsəvvür belə etmək istəməzdim”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar...İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ