şənbə günü, 07 noyabr 2026
     

Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur

Image


Tarixi saxtalaşdıranların cəzasını gec-tez tarix özü verir. Dünya tarixinə əl uzadan, qədim dövlətlərə və onların ərazilərinə iddia edən ermənilər zaman-zaman “Böyük Ermənistan” xülyası ilə yaşayıblar, bu gün də bu çürük məqsədin ardınca sürünürlər. Cənubi Qafqazın “qara yarası” olan ermənilər özlərini ən qədim “xalq”, “xristianlığın sütunu” adlandırmaqdan nə usanırlar, nə də bezirlər.

Bütün dünyanın baş bəlasına çevrilən bu toplumun özlərindən uydurduqları “dövlətləri” bir deyil, beş deyil. Gah qədim “dövlətləri”nin İran, gah Azərbaycan, gah Türkiyə, gah ön Asiya, gah da uzaq Afrikada olduğunu iddia etmək sərsəmlik olsa da, onlar bunu həqiqət kimi qəbul edirlər. Bu azmış kimi, bunu məqalələr, nəşrlər və elektron kitablar şəklində internet resurslarında yerləşdirirlər. “Qədim Ermənistan” haqqında hazırladıqları mətnləri müxtəlif dillərdə internet resurslarında yerləşdirən ermənilər bununla özləri “dövlətçilik” sahibi kimi təqdim edirlər. Bu barədə internetdə kifayət qədər Azərbaycan dilində məlumatlar da var. Mətnlərdən açıq görünür ki, bu saxta məlumatları yazanlar Azərbaycan dilinin incəliklərinə elə də bələd deyillər. Çünki mətnlərdə bəs deyincə orfoqrafiya, üslub, ifadə səhvləri var. Ermənilərin seçdiyi yeni təbliğat üsulu həqiqətən də ürək bulandırır. Amma bununla belə, bu bizə əsas verir ki, mövcud vəziyyətə qarşı səfərbər olaq.

Yaxşı, həqiqətən də tarixdə Ermənistan dövləti olubsa və o, ön Asiyada, Dəclə və Fərat çayları arasında yerləşibsə, bəs nə üçün ermənilər o dövlətlərini bərpa etmək uğrunda mübarizə aparmır, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırır, torpaqlarımızın 20 faizdən artıq hissəsini hələ də işğalda saxlayır, tarixi dədə-baba yurdumuz olan Qərbi Azərbaycanda Ermənistan adlanan dövlət yaradıblar? Ön Asiyada dövlətləri olubsa, gedib orada öz “dövlətləri”ni bərpa etsinlər.

İnternetə “Ermənilərin tarixinə dair qısa xülasə” adlı PDF variantında böyük bir mətn  yüklənib. Mətnin kim tərəfindən yükləndiyi qeyd edilmir. Bu mətndə söhbət “qədim Ermənistan dövləti”ndən gedir. Mətnin girişində qeyd edilir ki, bizim eradan əvvəl, 331-ci ildə Makedoniyalı İsgəndərin Əhəmənlərin axırıncı şahı III Dara üzərində qələbəsinə qədər İranın tərkibində olan Ərməniyyə Makedoniya imperiyasına daxil oldu. “Böyük İsgəndərin ölümündən sonra onun ərazisi sərkərdələr arasında bölüşdürüldü. B.e.ə. 301-ci ildə axırıncı bölgüdə Ermənistan Solyusiya hökmranlığına daxil oldu. Dövlət Solyusiya mütləqiyyəti tərəfindən idarə olunurdu. Bu dövlət də b.e.ə. 189-cu ildə romalılar tərəfindən işğal edildi. 

Müxtəlif mənbələr göstərir ki, Ermənistan solyusların hakimiyyətinə keçənə qədər fars əsilli 2 sərdar - Artaksiyas və Zariardıs tərəfindən idarə olunurdu. Romalıların qələbəsindən sonra onlar Roma Senatının himayəsinə keçdilər. Bu baxımdan arşakilərin öz dövlətçiliklərini bərpa etmək üçün mübarizələri canlandı. Aydınlır ki, II Mitridatın (123-88-ci illər, b.e.ə.) idarəçiliyi vaxtı ərşaqilər müvəffəqiyyət  qazandılar. Həmçinin, aydındır ki, arşakilər Armenianı tutdular, Romadan asılı olan erməni knyazı II Artavazdın oğlu Tiqranı girov görürdülər. 

Tiqran atasının ölümündən (b.e.ə. 95 və ya 94-cü illər) sonra onun tərəfindən əldə olunmuş torpaqların bir hissəsini  Mitridata verdi. Torpaqdan qalan hissəsində hökmranlıq etdi. 

Roma  imperiyasının daxili qarışıqlığından, onun, necə deyərlər, «sosial müharibələr»  nəticəsində zəifləməsindən, digər tərəfdən, sakların hücumuna başları qarışmış  arşakilərin vəziyyətindən istifadə edən Tiqran ətrafındakı feodal knyazlıqları  birləşdirdi, onların ərazilərini genişləndirərək öz müstəqilliyini elan etdi. Öz  mövcudluğunu saxlamaq  naminə Pont çarı IV Mitridat Yevpatorla ittifaqa girdi. Bu ittifaq əvvəllər Tiqran üçün əlverişli idi, ancaq Mitridatın Roma ilə uğursuz müharibələri Tiqranın müstəqilliyinin itirilməsi ilə nəticələndi: b.e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Ermənistanı işğal etdi və Tiqran Roma dövlətinin nəzarətinə keçdi”.

Mətnin digər hissələrində isə “Ermənistan dövləti”nin ərazisinin İran və Roma arasında bölüşdürüldüyü və s. yazılır. Bir sözlə, bu mətnlə tanış olduqda oxucuda belə təsəvvür yaranır ki, sən demə, ermənilər qədim dövlətçilik ənənələrinə malik olublar (?). Əslində isə belə deyil. Bu, başdan-başa, saxtakarlıq örnəyidir.

Bizi narahat edən məsələ odur ki, Azərbaycan və dünya tarixşünasları ermənilərin bu iddialarına lazımi səviyyədə cavab vermir və onların tarix səhnəsində oynadıqları rolu onlara xatırlatmır.

  • Faiq Ələkbərli: “Ərməniyyəni idarə edənlər, idarəçiliyin başında duranlar türk mənşəli arşakilər idilər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, hay tarixçilərinin ortaya atdığı “Qədim Ermənistan”, yaxud “Böyük Ermənistan” məsələsi həqiqətə söykənmir və bu bir cəfəngiyyatdır. “Hay tarixçiləri özlərinə qondarma tarix və dövlət yaratmaqla və bu məsələni də müxtəlif dillərdə internet resurslarında yerləşdirməklə növbəti saxtakarlığa imza atırlar. Ümumiyyətlə, tarixdə Ərməniyyə adlı bir ərazi, vilayət olub. Həmin Ərməniyyənin isə haylara və indiki Ermənistan dövlətinə heç bir aidiyyəti və dəxli yoxdur. Sözügedən Ərməniyyə vilayəti Parfiyanın nəzarəti altında idi. Ermənilər həmin Ərməniyyəni nəzərdə tuturlar. Ərməniyyəni idarə edənlər, idarəçiliyin başında duranlar türk mənşəli arşakilər idlər. Arşakilər sonrakı dönəmlərdə xristianlığı qəbul etdilər. Eyni zamanda, Ərməniyyə adlandırılan arşakilər sülaləsi ərsaklar idi. Yəni Sak türkləri. Onlar qıpçaq türkləri idilər. Bildiyimiz kimi, albanlar da, ərsaklar (qıpçaqlar) da xristianlığı qəbul etdilər. Ermənilərin isə nə Ərməniyyəyə, nə də o sülaləni idarə edən ərsaklara heç bir  aidiyyəti yoxdur. Çünki bildiyimiz haylar özlərini hind-Avropa mənşəli hesab edirlər. Amma ərsaklar isə türk mənşəli idilər. Ona görə də ermənilərin Ərməniyyəni “Ermənistan” adlandırması və bunu kitablarda, internet resurslarında yerləşdirməsi tamamilə cəfəngiyyat və bir erməni uydurmasıdır. Onlar bununla tarixlərini qədimləşdirmək istəyirlər. Buna görə də istər Parfiya, istərsə də Midiya dönəmində olan türk mənşəli dövlətləri, sülalələri, Midiyaya bağlı ayrı-ayrı vilayətləri özlərinə aid edirlər. Bu cür cəfəngiyyatlar hay tarixçiləri tərəfindən 18-ci, 19-cu əsrlərdən formalaşdırılmağa başlayıb, bu gün də davam etdirilir”.

F.Ələkərli qeyd etdi ki, bəzi tarixçilər səhvən Albaniyanın, indiki Azərbaycanın qonşuluğunda “Ermənistan”ın olduğunu uydururlar. Onun sözlərinə görə, o dövrdə tarixdə Ermənistan yox, ermənilərə aidiyyəti olmayan Ərməniyyə dövləti mövcud idi. “Sonrakı dövrlərdə, xüsusən də Çar Rusiyası işğalından sonra bizim ölkəyə, ümumiyyətlə, Cənubi Qafqaza köçürülən ermənilər qıpçaq türklərinin tarixinə, mədəniyyətinə qarşı iddia irəli sürməyə və ona sahib çıxmağa başladılar. Ermənilərin internet üzrərindən həyata keçirdikləri saxtakarlıq, cəfəngiyyat dolu təbliğatı məhvə məhkumdur və bu öz nəticəsini verməyəcək. Onların məqsədi “Ermənistan dövləti”ni qədimləşdirmək cəhdləri ilə bağlıdır, halbuki, nə Cənubi Qafqazda, nə də başqa yerdə Ermənistan adlı dövlət olmayıb” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ