Cümə günü, 13 noyabr 2026
     

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi…

Image


Azərbaycan ikinci müstəqilliyini əldə edəndən sonra, bir çox sahələrdə olduğu kimi, diaspor sahəsinə də xüsusi diqqət ayrıldı. Düzdür, ilk vaxtlarda bu sahədə o qədər də geniş işlər həyata keçirilmirdi. Amma zaman keçdikcə, qarşıda duran vəzifələrdən biri də xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması idi. Buna görə də onlara dəstək çox önəmli idi.

Artıq dünyanın bir çox ölkələrində Azərbaycan diaspor nümayəndələri təşkilatlanıb və Azərbaycanı tanıtmaq yolunda xeyli işlər görülüb.

Bu sahədə ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etməliyik. 2001-ci ildə imzaladığı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi  haqqında" Sərəncamı ilə diaspor quruculuğu işinin təməli qoyulub. Həmin il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Təsadüfi deyil ki, həmin gün Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Prezident Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu işin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini özündə ehtiva edirdi.
Xarici ölkələrdə diaspor ordusu yetişib

Beynəlxalq Diaspor Təşkilatının sədri İsmayıl Ağayev isə deyir ki, son illər diaspor quruculuğu istiqamətində görülən işlər, Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət nəticəsində xarici ölkələrdə azərbaycanlılardan ibarət “diaspor ordusu” yetişib: “Azərbaycanın diaspor quruculuğu özünün inkişaf yolunu tutmaqdadır. Hazırda isə lobbiçilik işləri ilə məşğuluq. Beynəlxalq təşkilatlara maliyyə yardımının ayrılması onların diaspor quruculuğu işinə daha yaxşı diqqət göstərdiyini göstərir. Çox vaxt bu işlər qurultaydan-qurultaya, aydan-aya kimi göstərilir. Əslində, belə deyil. Bu sahədə müəyyən inkişaf var və diaspor quruculuğu fəaliyyət növüdür. O cümlədən, xaricdəki diasporlarımız Azərbaycanı kifayət qədər təbliğ edə bilirlər. Bir diaspor rəhbəri və bu işlərin içində olan birisi kimi deyə bilərəm ki, çox şeylər gözləyirik və bizdən də çox işlər gözləyirlər. Düşünürəm ki, bu sahədə işlərimiz hələ çox davam edəcək və uğurlarımız da bol olacaq”.

Ağayevin sözlərinə görə, artıq son illər Azərbaycanın xarici ölkələrdəki diaspor quruculuğu siyasəti erməniləri də qorxuya salıb: “Ermənilərin elə bir tədbiri yoxdur ki, xaricdəki diaspor təşkilatları onlara cavab verməsinlər. Bununla yanaşı, bizim diaspor təşkilatları Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində də iş aparırlar. Azərbaycandan kənarda fəaliyyət göstərən, Leyla Əliyevanın rəhbərlik etdiyi "Amor" təşkilatı son illər Rusiyada azərbaycanlıların vahid mərkəzdə birləşdirilməsinə nail olub. Leyla xanımın rəhbərliyi altında "Xocalıya ədalət" kampaniyası, demək olar ki, bütün dünyanı bürüyüb”. 

Diasporlarımız hansı işləri görürlər?

Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti, Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi saytımıza açıqlamasında diaspor rəhbəri olaraq gördüyü işlərdən danışıb: “Danimarkadakı “Vətən” cəmiyyəti 2007-ci ilin martından işə başlayıb. Artıq cəmiyyətimizin 11 yaşı var. Bu illər ərzində çox uğurlara imza atmışıq. Danimarkada ilk dəfə “Azərbaycan evi” açıldı. Danimarkada səfirliyimiz olmadan da “Azərbaycan evi”ndə uşaqlarımız üçün  “ana dili”, “musiqi” məktəbi açıldı. Bu da Danimarkada Azərbaycan diasporunun inkişafına təkan verdi. “Azərbaycan evi” Diaspora Komitəsinin köməkliyi ilə meydana gəldi. “Azərbaycan evi”ndə Azərbaycan torpaqlarının işğalının ildönümü, dövlət bayramları münasibətilə tədbirlər keçirmişik və gənclərimizə toy mərasimləri etmişik. “Vətən” cəmiyyətinin fəaliyyəti nəticəsində Danimarkada Azərbaycan barədə təbliğat işlərinin gözəl nəticələri olub. Cəmiyyətin təşkilatçılığı ilə Danimarka parlamentinin millət vəkilləri ilə görüşlər keçirilib. Xocalı soyqırımı ilə bağlı mitinqlər keçiririk. 31 Mart soyqırımı, 20 Yanvarla bağlı BMT-yə, Danimarka parlamentinə, Xarici İşlər Nazirliyinə məlumatlandırıcı məlumatlar göndərilir. Danimarka mediasında ermənilərin yalançı məlumatları ifşa olunur. Avropanın bir çox ölkələri yalançı “erməni soyqırımı”nı qəbul etdikləri vaxt, erməni diasporu Danimarka parlamentində “erməni soyqırımı”nı müzakirəyə çıxardılar. Danimarka “Vətən” cəmiyyəti və türk federasiyasının birgə fəaliyyəti nəticəsində Danimarka arxivlərində 1911-ci ildə Kopenhagendə “Daşnaksütun” partiyasının təşkil etdikləri konfransda qarşılarına qoyduqları planları üzə çıxarıb Danimarka parlamentinin sədrinə, millət vəkillərinə, Xarici İşlər Nazirliyinə göndərib onların yalanlarını ifşa etdik. Nəticədə bu gün Danimarka iqtidarında millətçi və sol partiyaların olmasına baxmayaraq, yalançı “erməni soyqırımı” mövzusu gündəlikdən çıxarıldı və bir daha bu mövzuya baxılmayacağı barədə qərar qəbul edildi.

Danimarkada azərbaycanlıların təşkilatlanması və birgə fəaliyyəti yüksək şəkildə təşkil olunub. Milli bayramlarımızda danimarkalılar tədbirlərimizə qatılır, mətbəximiz, musiqimiz, mədəniyyətimizlə tanış olurlar. Uğurlarımız çoxdur. Fəaliyyətimiz cəmiyyətin internet  www.vetencemiyyeti.com səhifəsində əks olunub. Qarşıda görüləcək işlərimiz çoxdur. Çox istərdik ki, danimarkalıları Azərbaycana gətirib hər bir iş barədə daha yaxından tanış edək. Ən böyük arzumuz Şuşada Azərbaycan bayrağının dalğalanması və Danimarkada anadan olan uşaqları Qarabağa aparmaqdır”.

2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi lobbi quruculuğu istiqamətində hansı işləri görüb?

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, 2017-ci il ərzində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə, həmçinin, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlər və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə müxtəlif tədbirlər keçirilib.

Yanvarın 30-da Nazim İbrahimov Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro və icraçı direktor Devid Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

Fevralın 26-da Azərbaycan nümayəndə heyəti ilə İzmit Bələdiyyəsində görüş keçirilib. Xocalı faciəsinin 25-ci ildönümü tədbirlərində iştirak etmək üçün Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev səfər çərçivəsində İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulutla görüşüb.

Lobbi quruculuğu istiqamətində 2017-ci il martın 16-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş V Qlobal Bakı Forumunu xüsusi qeyd etmək lazımdır. Tədbir çərçivəsində prezidentlərin iclası keçirilib. Forumda bir sıra ölkələrin indiki və sabiq prezidentləri, baş nazirləri, həmçinin, görkəmli siyasi-ictimai xadimlər, elm adamları iştirak ediblər. Forumda "Transatlantik münasibətlərin gələcəyi" mövzusu müzakirə olunub. Həmin gün, eyni zamanda, terrorizmlə mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınması məsələsi müzakirə olunub. Martın 17-də də öz işini davam etdirən forumda beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyinə dair müzakirələr aparılıb.

Bundan başqa, mayda Çin Xalq Respublikasında, iyunda isə Yunanıstanda tədbirlərimiz baş tutub.

İl ərzində Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova Finlandiyanın bir sıra deputatları, jurnalistləri və tanınmış ictimai-siyasi xadimləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan həqiqətləri, mədəni-tarixi irsi barədə məlumatlar verib.

Noyabrın 7-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin Çukuroba Bələdiyyələr Birliyinin üzvlərindən ibarət nümayəndə heyəti 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Cocuq Mərcanlı kəndinə səfər etmişlər. Nümayəndə heyəti bir sıra dövlət rəsmiləri ilə də görüşlər keçirib.

Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində “Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII ali səviyyəli toplantı işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyıb. Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, sabiq dövlət və hökümət başçıları, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak ediblər. Tədbirdə Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələləri müzakirə edilib.

Diaspor quruculuğu sahəsində gələcək planlar nədir?

Komitədən bildirilib ki, 2018-ci ildə diaspor və icmalar arasında təşkilatlanma işinin gücləndirilməsi, onların fəaliyyətinin koordinasiyası, yerli cəmiyyətə inteqrasiya, xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının, gənclərin diaspor quruculuğu işinə cəlb olunması, erməni diasporunun ölkəmizə qarşı antitəbliğat kampaniyalarının qarşısının effektiv şəkildə alınması, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması və digər mühüm məsələlər Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin prioritetlərini təşkil edəcək.

2018-ci il martın 15-18-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu keçiriləcək. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan forumda bir sıra ölkələrin indiki prezidentləri, baş nazirləri və nazirləri də daxil olmaqla, 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinin soydaşlarımızın yaşadığı ölkələrdə geniş qeyd olunması planlaşdırılır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi haqqında” və “1918-ci il azərbaycanlıların soyqırımının yüzilliyi haqqında” sərəncamlarına uyğun olaraq tədbirlər planı hazırlanıb və artıq icrasına başlanıb.

Namidə BİNGÖL

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ