Bazar günü günü, 16 avqust 2026
     

Azərbaycan Suriya məsələsində İsrail və Türkiyə arasında vasitəçiliyi uğurla davam etdirir...

Image


Azərbaycan Suriyada daxili gərginliyi azaltmaq üçün İsrail və Türkiyə ilə sıx əlaqələrindən istifadə edir. Bu fikirlər “Agence France-Presse” nəşrində yer alıb. Nəşrin məlumatına görə, Azərbaycan prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev Suriyada təhlükəsizlik təhdidlərinin azaldılması ilə bağlı Türkiyə və İsrail arasında Bakıda ən azı üç raund danışıqların aparıldığını təsdiqləyib: “Azərbaycan razılıq əldə etmək üçün diplomatik səylər göstərir. Türkiyə də, İsrail də bizə güvənir”.

“Times of Israel” nəşri isə yazır ki, 2023-cü ildə Qarabağı erməni separatçılarından geri aldıqdan sonra artan nüfuzu ilə Azərbaycan Suriyada regional hərbi ağırçəkililər arasında gərginliyi aradan qaldırmaq üçün İsrail və Türkiyə ilə sıx əlaqələrindən istifadə edir. “İsrail Suriyanın cənubunda sərhəd bölgəsinə qoşun yerləşdirib, Türkiyə ordusu isə ölkənin şimalında fəaliyyət göstərir. Məlumata görə, iki ölkə öz qüvvələrinin toqquşmasının qarşısını almaq üçün Azərbaycanın vasitəçiliyi ilə qaynar xətt yaratmağa razılaşıb”. Nəşr əlavə edir ki, Türkiyənin yaxın müttəfiqi və strateji tərəfdaşı kimi Azərbaycan Suriya məsələsi də daxil olmaqla, əsas beynəlxalq məsələlərdə Ankaranın mövqeləri ilə ardıcıl şəkildə uzlaşır: “Amma Azərbaycan ondan neft alan və əsas silah tədarükçüsü olan İsraillə də yaxşı münasibətlərə malikdir”. O da vurğulanır ki, Suriyanın yeni rəhbərliyi ilə təmas quran Bakı Türkiyə ilə İsrail arasında texniki danışıqlara şərait yaradaraq, sakit diplomatiyaya təkan verir. Bunlar o fonda baş verir ki, son bir neçə həftə ərzində 500 ABŞ hərbçisi Suriyadan çıxarılıb, ən azı iki baza bağlanıb və üçüncü baza PKK-nın qolu olan “Suriya Demokratik Qüvvələri”nə təhvil verilib. ABŞ rəsmisi “Al Alabiya”ya bu barədə bildirib ki, ABŞ qüvvələrinin Suriyada yenidən yerləşdirilməsi yerdəki şərtlər əsasında təhlükəsiz, ölçülüb-biçilmiş şəkildə həyata keçirilir. Suriya üzrə xüsusi elçi Tomas Barak ABŞ-nin oradakı hərbi bazalarının sayını azaltmaq planını açıqlayıb. Türkiyənin NTV telekanalına müsahibəsində o, 8 bazadan yalnız birinin saxlanılacağını söyləyib. Barak həmçinin qeyd edib: “Bizim Suriya ilə bağlı indiki siyasətimiz son 100 ilin siyasətlərinə bənzəməyəcək, çünki bu siyasətlər nəticə verməyib”. Belə vəziyyətdə Suriyada daha kövrək durum yaranır. Bu, Azərbaycanda da diqqətlə izlənir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri məhz regionda sabitliyin təmin edilməsidir. Suriya böhranının regional təhlükəsizliyə təsiri Azərbaycanı bu məsələdə fəal rol oynamağa sövq edib. Eyni zamanda, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə münasibətlərinin güclənməsi, onun Suriyadakı münaqişə ilə əlaqədar təkliflər və həll yolları irəli sürməsində etibarlı bir tərəfdaş olmasına imkan yaradıb. Bununla yanaşı, Azərbaycanın vasitəçilik səyləri, xüsusilə də humanitar məsələlər Suriyadakı qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri gücləndirməsi də diqqətdən yayınmır.

O da məlum həqiqətdir ki, Türkiyə və İsrail Suriya böhranı ilə bağlı müxtəlif səbəblərdən fərqli yanaşmalar sərgiləsələr də hər iki ölkə Suriyada baş verənləri diqqətlə izləyir və öz maraqlarını qorumaq üçün müvafiq addımlar atırlar. Türkiyə Suriyada əsasən kürd qruplaşmaları ilə mübarizə aparan ölkə kimi öz təhlükəsizliyini təmin etməyə çalışır. Eyni zamanda, İsrail də Suriyada İranın artan təsirinin qarşısını almaq istəyir və son hadisələr göstərir ki, bu müstəvidə Təl-Əviv bir çox niyyətlərinə nail olub. Lakin əsas məsələ atılacaq addımların Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilməsidir. Diplomatik əlaqələr kəsildiyindən ən etibarlı kanal kimi Azərbaycanın imkanları yüksəlib və bu, hər iki tərəfə öz planlarını əlaqələndirmək, ümumi problemləri birgə səylərlə aradan qaldırmaq üçün güclü vasitədir. Azərbaycanın vasitəçilik rolu həm tarixi əlaqələri, həm də geosiyasi mövqeyi ilə sıx bağlıdır. Ölkə Şərq və Qərb arasında strateji mövqedə yerləşir və bu, onu regional gərginliklərin həllində potensial vasitəçi edən amillərdən biridir. Burada Azərbaycan və Suriya arasında əlaqələr də nəzərə alınmalıdır. Suriyada Bəşar Əl-Əsəd rejiminin devrilməsindən iki gün sonra, ötən ilin dekabrın 10-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, iki ölkə arasında ikitərəfli münasibətlərin bərpa olunacağına ümidini ifadə edib. Artıq 2024-cü ilin dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Dəməşqə səfər edib və Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ilə görüşüb. Görüş çərçivəsində o, Suriya üçün bu vacib mərhələdə Azərbaycanın Türkiyə ilə birlikdə Suriyanın yanında olduğunu bildirib. Nazir müavininin Dəməşq səfərindən sonra, dekabrın 30-da Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərib. Bu il fevralın 28-də Azərbaycandan Suriyaya humanitar yardımın ikinci hissəsi göndərilib. Azərbaycanın Suriyada humanitar problemlərin həllinə göstərdiyi dəstəyin digər nümunəsi Ramazan ayında baş tutdu. Belə ki, martın 28-də Azərbaycanın Suriyadakı səfirliyi paytaxt Dəməşqdə min kimsəsiz uşaq üçün iftar süfrəsi təşkil edib. Qeyd edək ki, fevral ayında Azərbaycan on iki illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa edib. Azərbaycan Suriya məsələsində Türkiyə ilə çiyin-çiyinə çalışır və bunu ilk günlərdən etibarən bəyan edib. Bunu həmçinin son aylarda baş tutan səfərlər və görüşlər kontekstində də sezmək mümkündür. Fevralın 15-də prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Əş-Şaraaya təbrik məktubu ünvanlaması qarşılıqlı əməkdaşlıq perspektivlərinə yeni işarə oldu. Aprel ayının 11-də isə Antalya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında ilk görüş ikitərəfli əlaqələrdə yeni müsbət təkana çevrildi. Hazırda ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ