Cümə axşamı günü, 22 oktyabr 2026
     

Makronun "Ukrayna-Tayvan müqayisəsi" Çini qəzəbləndirdi - Asiyada müharibə yetişir...

Image


Bu günlərdə Sinqapurda yekunlaşan Asiya təhlükəsizliyi üzrə Şanqri-La Dialoqu bəzi məqamlar baxımından xüsusi diqqət mərkəzində oldu. Tədbirdə Çinin Fransa prezidenti Emmanuel Makron və Pentaqon rəhbəri Pit Heqset tərəfindən tənqid edilməsi qarşı tərəfin kəskin reaksiyasıan səbəb olub.

Tədbirdə Çin və Rusiya dominantlıq istəyən və buna görə də qlobal sabitlik üçün təhlükəli güclər kimi təqdim olunub. Bu fonda çağırış edilib ki, ABŞ-ın müttəfiqləri müdafiə xərclərini artırmalıdır.

Lakin Çini ən çox narazı salan Makron olub. Çin Makronun Tayvan və Ukrayna arasında müqayisəsini rədd edib, bildirilib ki, ada Çinin ayrılmaz hissəsidir. “The New York Times” yazır ki, Heqset Sinqapurda çıxış edərək, ABŞ və tərəfdaşlarının əməkdaşlığı gücləndirməsinin vacibliyini vurğulayıb. Prezident Donald Trampın müttəfiqlərinin zəif və qətiyyətsiz olması ilə bağlı ritorikası və dünyanı heyrətə salan yüksək tarifləri məsələsi burada bir daha gündəmə gətirilib. Heqset bildirib ki, həm müttəfiqlərin öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürdükləri Avropada, həm də Hind-Sakit okeanı regionunda Birləşmiş Ştatlar ümumi işə öz töhfələrini artırmalıdır. Bunun sayəsində onlar birgə daha çox silah istehsal edəcək, daha tez-tez birgə hərbi təlimlər keçirəcəklər. Və bu, Çinin Tayvan da daxil olmaqla mübahisəli əraziləri ələ keçirmək cəhdinin qarşısını almağa kömək edəcək. Pentaqon rəhbəri bildirib: "Çindən gələn təhlükə realdır, ümid edirik ki, daha da pisləşməyəcək, amma ola bilər. Hər halda, heç kim ABŞ-ın Hind-Sakit okean regionundakı müttəfiqləri və tərəfdaşlarına sadiqliyinə şübhə etməməlidir". Belə çıxır ki, Trampın müttəfiqlərindən kəskin narazılığı fonunda Hind-Sakit okean regionu istisnadır. Burada Ağ Evin indiki rəhbəri öz sələfinin siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Hərbi sahədə konkret hərəkətlərə gəlincə, Heqset Pentaqonun keçmiş rəhbəri Lloyd Ostinin tezislərini təkrarlayıb. Bununla bağlı Pentaqonun rəhbəri Filippin adalarında gəmi əleyhinə raket batareyalarının yerləşdirilməsinə, Amerika və onun müttəfiqlərinin artilleriya mərmiləri və pilotsuz təyyarələrin birgə istehsalına işarə edib. Amma bunula belə Qərbdəki ekspertlər Çinin hərbi qüdrətini necə sürətlə artırmasından təəccübləndiklərini deyirlər. ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi, hazırda Sidney Universitetində Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edən Maykl Qrin qeyd edir: "Birləşmiş Ştatların daha çox uçuş-enmə zolağına, daha çox limana, çinlilərin getdiyi yerə daha çox çıxışa ehtiyacı var. Biz daha çox gözləyə bilmərik. Amerika da öz bazalarının raketlərlə vurulmasına hazır olmalıdır". Bu arada qeyd edək ki, Birləşmiş Ştatlar bu il Filippinin Luzon adasında Çin və Rusiyadakı hədəflərə raket zərbələri endirə bilən “Typhon” raket buraxılış sistemlərini yerləşdirib. Rusiya hələ ki, məsələyə o qədər reaksiya verməyib.

Çinin reaksiyası isə kəskindir. “Reuters”in xəbərinə görə, Çin Makronun bəyanatına və Heqsetin açıqlamalarına kəskin etirazını bildirib. Xüsusilə fransalı siyasətçi, Rusiyanın Ukraynanın hər hansı bir hissəsini məhdudiyyətsiz nəzarət altına almasına icazə verilsə, Tayvanın başına nə gələcəyi ilə maraqlanıb. Çinin Sinqapurdakı səfirliyi cavab verib ki, belə ərazi məsələləri müqayisə oluna bilməz və Fransa liderinin bəyanatı qəbuledilməzdir: “Tayvanla bağlı vəziyyət Çinin daxili işidir". Çin Xarici İşlər Nazirliyi isə Heqsetin çıxışının təəssüf doğurduğunu, nifaq və parçalanma səpmək məqsədi daşıdığını bildirib: “Eyni zamanda Pentaqon rəhbəri Asiya və Sakit Okean hövzəsi ölkələrinin sülh çağırışlarına qəsdən məhəl qoymur. ABŞ regionu barıt çəlləyinə çevirir". Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Cənubi Çin Dənizində hücum silahları yerləşdirdiyinə diqqət çəkib. Asiya ilə Avropa Pekin ticarət yollarının keçdiyi bu dənizdə bir çox ölkələrin maraqları toqquşur. Çin Cənubi Çin dənizinin, demək olar ki, bütün sularına iddia edir. Nəticədə Çin və Malayziya, Çin və Vyetnam, Çin və İndoneziya arasında mübahisələr yaranıb. Lakin ən kəskin münaqişə Çin və Filippin arasındadır. Amma yenə də ABŞ və Çin arasında potensial qarşıdurma üçün alov nöqtəsi Tayvan olaraq qalır. Çində Tayvanı materiklə birləşdirmək üçün gücdən istifadə etməyə icazə verən qanun var. Bunun üçün bəhanə Tayvanın müstəqilliyini elan etməsi olardı. Administrasiyasının sərbəst şəkildə seçildiyi Tayvan hökuməti suverenlik elan etmək niyyətində olmadığını, lakin demokratik prinsipləri müdafiə edəcəyini bildirir. Heqset deyib ki, Çinin adanı işğal etmək cəhdi bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Nazir birbaşa ABŞ-ın Tayvanı müdafiə edəcəyini deməyib. Lakin onun sözləri ABŞ-ın heç bir halda kənarda durmayacağını təsdiqləyir. Çin Tayvana öz ərazisi kimi baxır və bu məqsədlərə çatmaq üçün hərbi, siyasi təzyiqləri artırır. Tayvan hökuməti Pekinin iddialarını rədd edərək, onun gələcəyinə yalnız ada sakinlərinin qərar verə biləcəyini söyləyir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ