Cümə axşamı günü, 22 oktyabr 2026
     

Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

Image


Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sonuncu brifinqdə Qarabağdan könüllü gedən ermənilərə Moskva tərəfindən yeni humanitar yardımların nəzərdə tutulub-tutulmadığı barədə suala cavabında belə bir humanitar yardımın Rusiyanın diqqət mərkəzində olduğunu bildirib.

Ardınca o qeyd edib ki, yaxın zamanlarda Rusiya QHT-ləri vasitəsilə daha geniş humanitar aksiya nəzərdə tutulur. Qarabağdan köçən ermənilərə Rusiya niyə yardım edir?

Rusiyanın Qarabağdan könüllü gedən ermənilərə belə həssaslıq göstərməsinin, humanitar yardım etməsinin arxasında nə dayanır? Bu doğrudan da sırf humanitar yanaşma sayıla bilərmi? Ola bilərmi ki, Rusiya özünü onların qarşısında mənəvi olaraq günahkar bilir və ona görə yardım edir? Ya bu daha uzağa hesablanmış bir plandır? Bunun arxasındakı nədir?

Aytən Rəhimli: “Qarabağ ermənilərini özünə yaxın tutmağa çalışır, onlara yardım etməklə Ermənistan daxilində Rusiyameyllu qüvvələrin mövqeyini gücləndirir”

Araşdırmaçı Aytən Rəhimli “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya üçün Qarabağ erməniləri geopolitik alət kimi vasitədir: “Qarabağ müharibəsindən sonra Rusiya bölgədə təsirini itirməyə başladı, 2020-ci il noyabr ayında imzalanan üçtərəfli bəyanata əsasən Rusiya Qarabağda sülhməramlı qüvvələr yerləşdirdi, amma 2023-cü il sentyabrında Azərbaycan antiterror əməliyyatı keçirdi və Rusiya sülhməramlıları müdaxilə etmədi. Sonucda Qarabağda yaşayan ermənilər Rusiyanı "xəyanətkar" kimi görməyə başladılar. Hətta Qarabağ separatçılarının başında duran Arayik Harutyunyan və Ruben Vardanyan “son günlərində” Rusiyanın onları tənha buraxdığını demişdilər. Dolayısı ilə, Rusiyanın Qarabağ ermənilərinə yardım edərək bu toplum üzərində təsirini qorumağa çalışmaqla, əslində onları yox, Paşinyan hakimiyyətini tək buraxdıqlarını göstərməyə çalışırlar. Yəni erməniləri gələcəkdə siyasi rıçaq kimi yenidən istifadə edə bilmək üçün “münasibətləri pozmurlar”.

Paşinyanın Qərbyönümlü olması fonunda Rusiya Ermənistan dövlətinə birbaşa güvənmir. Ona görə də Qarabağ ermənilərini özünə yaxın tutmağa çalışır, onlara yardım etməklə Ermənistan daxilində Rusiyameyllu qüvvələrin mövqeyini gücləndirir. Qarabağ erməniləri uzun illər Rusiyanın bölgədəki mövcudluğuna arxalanıblar, Rusiya da onlara qarşı imkanları daxilində məsuliyyət daşıdığını göstərməyə çalışır. Bu da etibarı zədələnən Rusiyanın etibar qazanması üçün atılan addımdır. Qarabağ ermənilərindən siyasi təzyiq vasitəsi kimi istifadə etmək, regionda yenidən münaqişə alovlanarsa, "Rusiya kömək edir" fikrindən yola çıxaraq

Cənubi Qafqazda birbaşa yox, dolayı yolla mövcudluq saxlamaqdır”.

A.Rəhimlinin fikrincə, sonuc olaraq Rusiya sübut etməyə çalışır ki, Paşinyana qarşı aqressiv olsa da erməni xalqına münasibətdə mövqeyini dəyişməyib. “Bu, məsələnin görünən tərəfi.

İkinci və görünməyən nüans bu yardımların QHT vasitəsi ilə həyata keçirilməsidir. Əlbəttə, QHT-lər də hökumətin birbaşa nəzarətindədir. Xatırladaq ki, həmin QHT-lər Suriyada, Donbasda, Abxaziyada və Cənubi Osetiyada da fəaliyyət göstərib və Moskvanın siyasi maraqlarına uyğun davranıblar. Yəni yardımlar vətəndaş cəmiyyəti adı ilə həyata keçirilsə də, əslində dövlət strategiyasının bir hissəsidir. Nəzərə alsaq ki, Donetsk və Luqanskda Rusiya bu bölgələrə uzun illər ərzində humanitar yardım göndərdikdən sonra "vətəndaşları qorumaq" bəhanəsi ilə müharibə başlatdı, hətta Abxaziya və Cənubi Osetiyada da humanitar yardım göstərdikdən sonra hərbi mövcudluqluğunu yeritdi. Belə olduqda Lavrovun tam da uğurlu olmayam İrəvan səfərindən sonra addımlar Paşinyan hakimiyyətinə yumşaq xəbərdarlıq və Cənubi Qafqazda səssizliyin Rusiyanın qulağına xoş gəlməməsi üçün gələcək əcəl zəngi hesab edilə bilər.

Və nəzərə alsaq ki, ABŞ Kəşfiyyatı Hesabatında Rusiyanın Cənubi Qafqazda yenidən akrivləşməsini ifşa edən məqamları göstərib, o zaman istər verilən açıqlamalar, istərsə də bölgəyə siyasi səfərlər tezliklə Cənubi Qafqazın daha da gərginləşəcəyini göstərir”-deyə A.Rəhimli vurğuladı.

Faiq Balabəyli: “Rusiyanın məqsədi budur ki, özünü yenidən ermənilərin “himayədarı” kimi qələmə versin”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın Qarabağdan könüllü köçüb getmiş ermənilərin bu şəkildə qayğısına qalması məsələsi birbaşa bu ölkənin öz maraqları ilə bağlıdır: “Bizim bir atalar sözümüz var: “Cidanı çuvalda gizlətmək olmaz”. Rusiyanın Qarabağdakı erməniləri son 30 ildə açıq-aşkar dəstəklədiyi məlumdur. Təbii ki, burda Rusiyanın öz maraqları var. Bilirsiz ki, Ermənistan Qərbə meyl edir, Rusiyadan uzaqlaşır. Rusiya istəyir ki, ermənilərin üzünü yenidən özünə çevirsin. Vətən müharibəsində Rusiya özünü elə apardı ki, guya tərəf tutmur, erməniləri dəstəkləmir. Lakin hər kəsə məlumdur ki, Rusiya hansısa formada ermənilərin yanında olduğunu göstərdi, altdan-altdan silah, ərzaq göndərdi. Bu hallar baş verdi. Amma Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində və ordumuzun şücaətilə biz istəyimizə nail olduq.

Azərbaycan Prezidentinin yürütdüyü daxili və xarici siyasət imkan vermədi ki, Rusiya açıq-aşkar tərəf kimi görsənsin”.

F.Balabəyli qeyd etdi ki, ermənilər Qarabağı könüllü şəkildə tərk edib və Rusiya o vaxt onları açıq şəkildə müdafiə edə bilmədiyi üçün indi “günahlarını yumağa” çalışır: “Biz erməniləri Qarabağdan zorla çıxarmamışıq, onlar özləri gediblər. İndi Rusiya “qaçqın” kimi qələmə verməklə onlara yardım göstərəcəyini bəyan edir. Təbii, burda Rusiyanın özünün maraqları var, bununla yenidən ermənilərin marağını çəkmək istəyir. Rusiyanın məqsədi budur ki, özünü yenidən ermənilərin “himayədarı” kimi qələmə versin. Humanitar yardım etmək olar, amma erməniləri “qaçqın” kimi qələmə vermədən etsinlər”

-deyə F.Balabəyli qeyd etdi.

F.Balabəyli onu da vurğuladı ki, bu, Rusiyanın Ermənistanın daxilində öz mövqeyini möhkəmləndirmək, itirdiyi etimadı geri qaytarmaq məqsədi də daşıyır: “Rusiya ermənilərin əldən çıxmasını istəmir, çünki yalnız Ermənistan vasitəsilə bölgədə mövqeyini gücləndirə bilər. Odur ki, bu cür addımlara cəhd edir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ