Cümə axşamı günü, 22 oktyabr 2026
     

Laçın görüşü - Dehlidə İrəvanla gizli Zəngəzur müzakirələrinin üstü açıldı...

Image


“Əziz qardaşlarımın - Türkiyə prezidenti və Pakistan baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir”. Bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.

Dövlət başçısı daha sonra qeyd edib: “Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik...Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. Artıq görünən odur ki, bu mesaj öz ünvanına çatıb. Hər halda verilən reaksiyalar da bunu təsdiq edir. Hindistanın nüfuzlu media orqanlarından olan “İndia.com” saytı yazır ki, Azərbaycan, Türkiyə, və Pakistan yeni güc mərkəzi formalaşdırmağa çalışırlar. Bu hal Hindistanın, regionda isə Ermənistan və İranın mövqeyinə ciddi təsir edəcək. Nəşr qeyd edilən fonda Zəngəzur dəhlizinə də xüsusi diqqət edir. O da qeyd olunur ki, Zəngəzur dəhlizi bir neçə ölkəyə təsir edə biləcək strateji regiondur. Ekspertlər bildirirlər ki, Hindistan burada Ermənistanı dəstəkləməklə Türkiyə, Azərbaycan və Pakistanın işini çətinləşdirə bilər: “Pakistanın baş naziri Şahbaz Şərif çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və Hindistana qarşı Pakistanı dəstəklədiyinə görə ona təşəkkür edib. Bu görüş Laçında baş tutub. Şərifin səfəri əsasən minnətdarlığını bildirmək məqsədi daşıyırdı, çünki Hindistanın “Sindur” əməliyyatı adlı anti-terror kampaniyası zamanı Türkiyə və Çin Pakistanın yanında yer aldıqdan dərhal sonra Azərbaycan da Pakistana açıq dəstək vermişdi”. Daha sonra maraqlı bir nüansa diqqət çəkən sayt qeyd edir: “Bu arada isə Hindistanda mühüm, lakin daha az diqqət çəkən bir hadisə baş verdi. Keçən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi sakitcə Dehlidə olub və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşüb. Onların danışıqlarında “Sindur” əməliyyatı ilə bağlı müzakirələr olub, lakin səfər zamanı başqa bir əsas narahatlıq var idi, o, Zəngəzur dəhlizi idi... Pakistan və Türkiyə Ermənistanla münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir, Hindistan isə həmişə Ermənistanın yanındadır. Hindistan və Pakistan arasında gərginlik dövründə İran Səudiyyə Ərəbistanından sonra sülhməramlı rolunda çıxış etməyə çalışıb. İranın xarici işlər naziri “Sindur” əməliyyatı zamanı Dehlidə də olub… Analitiklər hesab edirlər ki, Hindistan, İran və Ermənistan üçün daha sıx əməkdaşlıq etmək zamanıdır. Hindistan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı qəti şəkildə dəstəkləsə, Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə və Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə böyük zərbə vura bilər... Zəngəzur dəhlizindəki avtomobil və dəmir yolu Ermənistanın Sünik/Zəngəzur vilayətindən keçməlidir. Bu, Ermənistanı İranla birləşdirən yeganə quru yolu kəsəcək. Deməli, dəhlizin tikintisinin böyük strateji nəticələri olacaq. Əgər dəhlizin çəkilişi baş tutsa, bu marşrut həm də Azərbaycan və Türkiyəyə bir-birinə birbaşa qurudan çıxış imkanı verəcək - hal-hazırda bu ölkələrin belə bir imkanı yoxdur. Ona görə də Türkiyə bu layihəni tam dəstəkləyir.

Sirr deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir, türk və islam bölgələrini qurudan yenidən birləşdirməyi xəyal edir və bu dəhliz onun baxışlarına tam uyğun gəlir. Bir çox ekspert hesab edir ki, cənab Ərdoğan Zəngəzur dəhlizini Türkiyənin Asiyadakı təsirini bərpa etmək məqsədinin bir hissəsi kimi görür... Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycan arasında lokal məsələ deyil. Bu dəhliz regional güc balanslarını dəyişmək gücündədir: Əvvəla, Ermənistanın cənub bölgəsinə nəzarətini zəiflədə bilər. Ermənistanın əsas müttəfiqlərindən biri olan İrana girişinin qarşısını kəsə bilər. Eyni zamanda o, Türkiyə-Azərbaycan müttəfiqliyini və onların regiondakı daha geniş planlarını gücləndirəcək”.

Hesab olunur ki, bütün bunlar həm də Hindistanın Ermənistanı silahlandırmasının əsas səbəblərindən biridir. Amma Ermənistan da bilməmiş deyil ki, Hindistan dar məqamda ona kömək etməyəcək. Elə bu səbəbdən İrəvan indi əsas diqqətini Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması üzərində cəmləyir. Hər halda Ermənistanın baş naziri Nikol Paşinyan yenə belə bir mövqe sərgiləyir. Respublika Günü ilə bağlı Sardarapat Memorial Kompleksində çıxışı zamanı o bəyan edib ki, Bakı və İrəvan hazırda sülh sazişinin imzalanma vaxtı və digər texniki məsələlərlə bağlı razılığa gəlmək üçün ikitərəfli müzakirələr aparır. Paşinyan deyib ki, artıq müharibə deyil, sülh olacaq: “Biz artıq itkilərlə dolu tarixi bir dövrü arxada qoymuş, nailiyyətlər dövrünə daxil olmuşuq. Ermənistan Respublikasının yol yoldaşları artıq bədbinlik və ümidsizlik deyil. Sülh və təhlükəsizlik Ermənistanın uzunmüddətli yoldaşlarına çevriləcək – müharibə olmayacaq, sülh olacaq”. Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəldiyini xatırladan hökumət başçısı bildirib ki, hazırda sənədin imzalanmasının detalları üzrə ikitərəfli məsləhətləşmələr aparılır.Paşinyanın sözlərinə görə, erməni xalqı tarixi və dünyanı hələ də Sovet İttifaqının imperialist təbliğatının aşılamış olduğu formullar vasitəsilə dərk etməyə davam edir: “Dövlətimizin və kimliyimizin davamlılığını təmin etmək üçün ilk növbədə biz məhz bunu aşmalıyıq. Bunun nəticəsində bir sıra əsas reallıqları dərk edib mənimsəyə biləcəyik. Bizim kimliyimiz – bizim dövlətimizdir, bizim dövlətimiz – bizim kimliyimizdir. 29.743 kvadratkilometr beynəlxalq səviyyədə tanınmış əraziyə malik Ermənistan Respublikası xalqımızın itkilərinin deyil, nailiyyətlərinin ifadəsidir. Xalqımızın artıq bir vətən axtarmağa ehtiyacı yoxdur”. Bütün bunlar o deməkdir ki, Ermənistan istənilən vaxt Hindistanı da da yarı yolda qoya bilər. Hindistanın bunu nəzərə alması vacibdir və Ermənistan üçün istənilən tərəfdaşını yarı yolda atmaq adi haldır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ