Cümə günü, 23 oktyabr 2026
     

Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

Image


“Azərbaycan, şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının inkişafında əsas hərəkətverici qüvvələrdən biridir. Rəsmi Bakı yeni layihələrin təşəbbüskarı qismində çıxış edir, üzv dövlətlər arasında inteqrasiyanın dərinləşməsini müdafiə edir və əməkdaşlığın iqtisadiyyatdan tutmuş humanitar siyasətə qədər müxtəlif sahələrdə məzmunlu şəkildə inkişafı üçün səylər göstərir...

Bundan əlavə, Azərbaycan mühüm birləşdirici funksiyanı yerinə yetirir. O türk dünyası ölkələrini fiziki və geostrateji baxımdan birləşdirən körpü rolunu oynayır. Məhz buna görə də Zəngəzur dəhlizi məsələsi milli maraqlar çərçivəsindən çıxaraq bütün türk birliyi üçün prioritetə çevrilir. Bu dəhlizin reallaşması regionda birlik, dayanıqlıq və iqtisadi artım üçün yeni imkanlar açacaq”. Bu fikirlər Macarıstan Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun ekspert, professor Laşlo Vaşa tərəfindən səslənib. Onun dediklərindən bəlli olur ki, dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq yaranıb və onun açılması beynəlxalq tələbə çevrilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bu günlərdə məsələ ilə bağlı maraqlı açıqlamalar verib: “Zəngəzur dəhlizi layihəsini 3-4 il ərzində həyata keçirməyi planlaşdırırıq”. O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə türk dünyasını birləşdirəcək: “Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”. Amma o da bəllidr ki, 2020-ci il 10 noyabr bəyannaməsinin 9-cu bəndini yerinə yetirməkdən imtina edən Ermənistan, Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək quru yolun açılmasına mane olur. 10 noyabr bəyannaməsini imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan öz öhdəliyini yerinə yetirməkdən yayınır. Ermənistan tərəfi Zəngəzur dəhlizi layihəsinə qarşı alternativ kimi “Sülh kəsişməsi” layihəsini irəli sürür. Ermənistan hakimiyyətinin təqdim etdiyi bu layihə regional kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizinə qarşı alternativ layihədir. Amma “Sülhün kəsişməsi”nin reallaşması praktik olaraq mümkün deyil. Cari ilin yanvarında nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu mövzuya toxunan prezident İlham Əliyev bir daha vurğulayıb ki, Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur: “İndi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”. Azərbaycanın şərtləri isə sülhlə yanaşı, həm də Zəngəzur dəhlizinin aşılmasıdır. Zəngəzur dəhlizinin işə düşməsi “Sülh kəsişməsi” layihəsinə əslində, hansısa ehtiyac da qoymur.

Azərbaycanın yanaşmasının tam reallığı əks etdirməsini dünya ictimaiyyəti də qəbul edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanın öz ərazisini və maddi-texniki imkanlarını genişmiqyaslı kontinental proseslərə inteqrasiyası məqsədilə hazırladığı “Sülh kəsişməsi” təşəbbüsünün praktiki həyata keçirilməsi üçün vacib şərtdir. Eyni zamanda Sergey Lavrov onu da vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh müqaviləsindən əlavə, Türkiyə ilə də münasibətlərini normallaşdırmalıdır: “Münaqişələrin və onların nəticəsində nəqliyyat və iqtisadi əlaqələrə qoyulan qadağaların aradan qaldırılması qitənin bu hissəsinin və bütün qitəmizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”. O da bəllidir ki, Ermənistanın Türkiyə ilə də münasibətlərini normallaşdırması Azəbaycandan asılıdır. Yəni Ermənistan ölkəmizlə sülh müqaviləsi imzalayıb əlaqələr yaratdıqdan sonra Türkiyə də avtomatik olaraq bu ölkə ilə münasibətlərini normallaşdırmağa hazırdır. Türkiyə rəsmiləri bu xüsusda mövqelərini dəfələrlə açıq şəkildə bəyan ediblər. Ermənitan isə hələ də bunun əksinə ümid edir. “İrəvan Dialoqu – 2025” beynəlxalq forumu çərçivəsində keçirilən panel müzakirəsində xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması mövzusuna toxunarkən bu barədə bildirib: “Ermənistan və Azərbaycan arasında mümkün sülh sazişinin həm də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması üçün bir fürsətdir. Ancaq Ankaranın rəsmi mövqeyi ilə bağlı da münasibətimi bildirmək istəyirəm. Biz Türkiyə ilə dialoqumuza həm öz tərəfimizdən, həm də türk tərəfdaşlarımız tərəfindən bu prosesin heç bir ilkin şərt olmadan baş verməsini nəzərə alaraq və ictimaiyyətə bəyan edərək başladıq. Türkiyə ilə Ermənistan arasında dialoq güman edildiyi kimi problemli deyil. İndi biz elə bir nöqtəyə gəlmişik ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu, sərhədlərin açıla biləcəyi və kommunikasiya probleminin həll oluna biləcəyi yeganə şey Ermənistanla Azərbaycan arasında danışıqların və dialoqun tam başa çatmamış vəziyyətidir. Mənim şəxsi mövqeyim və qiymətləndirməm ondan ibarətdir ki, əgər Türkiyə ilə sıçrayış əldə edə bilsək, bu, Ermənistan və Azərbaycan araında da münasibətlərin normallaşmasına böyük müsbət təsir göstərəcək”. Amma Türkiyənin mövqeyi məlumdur. Ankara həm də Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəfdir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ